EHKAM

is. [ ər. “hökm” söz. cəmi]
1. Hər hansı bir nəzəriyyənin (əsasən dini nəzəriyyənin) əsas qanunu. İslam dininin ehkamları.
– Peymani-fərhəngin ehkamından hər gün nədimlər padşaha oxurdular. M.F.Axundzadə.
O kəs ki “Cameyi-Abbas” kitabında dərc olunan həmin şəriət ehkamından xəbərdar deyil, o kəs bu yazılan mətləbi layiqincə başa düşməyəcək. C.Məmmədquluzadə.
[Hacı:] Cəmi millətlər ayılıb islam dininin mübarək ehkamlarından faydalanıblar. Mir Cəlal.

2. Bütün tarixi şəraitlər və dövrlər üçün dəyişilməz və inkaredilməz həqiqət kimi qəbul edilən qanun.
Müstəbid zülmünü doğrultmaq üçün; Ehkamlar yaratdı, bütlər yaratdı. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EHKAM hökm

Etimologiya

  • EHKAM Ərəbcə hökm sözünün cəmidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
EH
EHKAMPƏRƏST

Digər lüğətlərdə

обма́кивание перее́зд перепре́лый полупризна́ние приклоня́ться змеи́ться искарио́тство перезрева́ть пло́тник провёртывать я́вственность ботфорт извиниться карикатура матня рюха хвост bestride body English bullae erode lay shaft волкодав намолоть приглашение