Azərbaycan dilinin izahlı lüğətində XAB sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [fars.] klas.
1. Yuxu. Gecələr gözlərim xabı görməmək; Ol siyah nərgisiməstanədəndir. M.P.Vaqif. Dayansın qarşıda, gətirsən tabı; Ayıltsın qəflətdən, unutsun xabı. Aşıq Ələsgər. _Xabi-qəflət klas. – b a x qəflət yuxusu (“qəflət”də). Ey qafil xortdan, bu nə xabi-qəflətdir ki, uyubsan? Ə.Haqverdiyev. Sənə molla çalır lay-lay, yatırdır xabi-qəflətdə; Səni yar eləyir hurilər ilə baği-cənnətdə. Ə.Nəzmi. [Dərviş:] Bəşərsən, zəhmətkeşsən, halını qan, ömrünə yan, olma biiman, xabi-qəflətdən oyan, – dəmbədəm deyən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu.
2. məc. Qəflət yuxusu, cəhalət, avamlıq. _ Xabi-cəhalət klas. – b a x xabi-qəflət. Tərpənmə, amandır, bala, qəflətdən ayılma; Açma gözünü, xabi-cəhalətdən ayılma. M.Ə.Sabir.
← HÜZUR

is. [ər.] klas. 1. Ön, qabaq, pişgah. _ Hüzur(u)na – yanına, qabağına, önünə.

XABANÉRA →

[isp.] İspaniyada geniş yayılmış Kuba xalq rəqsi və onun havası.