SXOLASTİ́K

sif. [ yun. ]
1. Sxolastikaya (1-ci mənada) aid olan, sxolastika mahiyyətində olan. Sxolastik fəlsəfə.
2. məc. Formal, zahiri, real məzmundan məhrum, real həyatdan uzaq. Sxolastik tənqid. Sxolastik mühakimə.
– “Kəşkül” səhifələrində köhnə sxolastik ədəbiyyat üslubu ilə hakim ədəbi cərəyan olmağa başlayan realizm ədəbi üslubu mübarizə edir. M.İbrahimov.

SXEMATİ́ZM
SXOLÁSTİK
OBASTAN VİKİ
Sxolastika
Sxolastika (yunanca "schole" – elmi söhbət, məktəb) – dini fəlsəfə tipi. Hərfi mənada "məktəb fəlsəfəsi" deməkdir. Orta əsrlər dövrü üçün xarakterikdir. Sxolastlar xristianlıq dini etiqadını rasionallıqla əsaslandırmağa və sistemləşdirmək niyyətində idilər. Bunun üçün isə onlar antik filosofların ideyalarından istifadə edirdilər. Teologiyaya üstünlük vermək, ehkamçı ilkin şərtləri rasionalist metodika ilə birləşdirmək və formal məntiq problemlərinə maraq sxolastikanın səciyyəvi cəhətləridir. Orta əsrlərdə ən çox Qərbi Avropada inkişaf etmişdir. Sxolastikanın kökləri son antik fəlsəfəsinə, xüsusilə Proklın görüşlərinə gedib çıxır. == Sxolastismin dövrləri == Sxolastism üç dövrə bölünür. Erkən sxolastika Orta sxolastika və ya Klassik sxolastika Müasir sxolastikaErkən sxolastikaya (IX-XIII əsrlər) neoplatonizmin təsiri olmuşdur (Kenterberili Anselm, İbn Sina, İbn Rüşd, Akvinalı Foma ) Klassik sxolastika dövründə (XIV-XV əsrlər) xristian aristotelizmi (Böyük Albert), üstün idi.

Digər lüğətlərdə

ге́йша круши́тель неоснова́тельность па́реное припы́ливать тексто́лог ...проце́нтный перенасы́щенный продриста́ться проща́ться строка́ фанфаро́нство хо́ду! бахур easy-going marshland Melos natural science protobiotic soup Tiber Trade Board wadeable дезориентировать паниковать чары