Azərbaycan dilinin dialektoloji lüğəti.

  • AYILLAMAĞ

    (Dərbənd) şələ bağlamaq. – Odun ayıllıyıb gətirətdi uşağlar

    Tam oxu »
  • AYIMMAX

    (Göyçay) dincəlmək

    Tam oxu »
  • AYIN-ŞAYIN

    (Meğri, Şərur) arxayın. – Ayın-şayın otumuşdux, çörex’ yeyirdix’, əmir Ərşət atdısı töküldü kəndə (Meğri)

    Tam oxu »
  • AYINDIRMAĞ

    (İsmayıllı) utandırmaq. – Adə, uşağı ayındırma

    Tam oxu »
  • AYIRTDAMAX

    (Qazax, Şəmkir) bax ağartdamax. – Bir əz düyü ayırtda, aş pişirəx’ (Şəmkir); – Ay bala, get bu yerimizin pöhrənini ayırtda; – Düyüdə suluf olor, de:ri

    Tam oxu »
  • AYIRTMAÇ

    (Ağdaş) pöhrə

    Tam oxu »
  • AYIŞMAX

    (Qazax) artmaq, şiddətlənmək (xəstəlik haqqında). – Naxoşun xəstəliyi ayışer, ölör; – Şiş gün-günnən qalıxsa <qalxsa>, ona ayışmax de:ll

    Tam oxu »
  • AYQAX

    I (Qax) bələdçi II (Naxçıvan) təlxək. – Keçmiş vaxda şahların yanında ayqax olardı; – Bu ayqax nə qədər söz deyir, Şa:bbas gəlmir

    Tam oxu »
  • AYQUL

    (Yevlax) laqeyd

    Tam oxu »
  • AYLAMMAĞ

    (Quba) gəzib-dolanmaq, hərlənmək. – Gidağ bir az aylanağ gəlağ

    Tam oxu »
  • AYLIĞA

    (Borçalı) bax ayalğa. – Bu kətdə aylığası olan çoxdu

    Tam oxu »
  • AYLIXÇI

    (Şəki) bir ayda 30 əməkgünü alan

    Tam oxu »
  • AYMAĞ

    (Füzuli) söyləmək, demək. – O mq: söz aydı

    Tam oxu »
  • AYMALAMAX

    (Kürdəmir, Tovuz) basmarlamaq, boğuşmaq. – Qoyma, ittər birbirini aymalıyıf öldürər (Tovuz)

    Tam oxu »
  • AYNA

    I (Bakı, Gəncə, Qazax, Şəmkir) 1. pəncərə (Gəncə). – Havalar soyuxlaşır, usda tafseydıx aynaları saldırardıx 2

    Tam oxu »
  • AYNAGÜL

    (Xanlar, Şəmkir) pəncərənin şüşə salınan yeri. – Aynanı aynagülə salıllar, soyux gəlmir (Şəmkir); – Aynagülüyə ayna salıllar kın, işıx tüşsün öyə (Şəm

    Tam oxu »
  • AYNAX

    (Ağcabədi, Bərdə, İmişli, Şuşa) məzəli, şən, zarafatcıl. – Bu kətdə Yəhya aynaxdı (Ağcabədi); – Aynax Həsən bizi güldürdü (Şuşa)

    Tam oxu »
  • AYNAXLAŞMAĞ

    (İmişli) şən olmaq, şənlənmək. – Tay aynaxlaşıf sənin bu oğlun, qavax qaradimməzdi

    Tam oxu »
  • AYNAMAX

    (Oğuz) artmaq. – Külfət aynıyıf, hindi hamı işdi:r

    Tam oxu »
  • AYNID

    (Çənbərək) eybəcər, çirkin. – Osman aynıd adamdı

    Tam oxu »
  • AYNIMAX

    (Qazax) sağalmağa başlamaq, yaxşılaşmaq. – Əmim xəsteydi, indi yuaş-yuaş aynıyer

    Tam oxu »
  • AYNİMAĞ

    (Xaçmaz, Şəki) inkişaf etmək (bitki haqqında). – Yazda ağajdar aynimağa başdiyədi (Xaçmaz); – Lovyə ehmişıx, heç aynimiyi (Şəki)

    Tam oxu »
  • AYPƏRƏX’

    (Qazax) qızıldan və ya gümüşdən qayrılmış yarımdairə şəkilli qadın bəzəyi, aypara

    Tam oxu »
  • AYRANAŞI

    (Ağbaba, Masallı, Zəngibasar) dovğa. – Yaxşı ayranaşımız var, qonağ ol (Masallı)

    Tam oxu »
  • AYRANQUŞU

    (Kəlbəcər) qazaoxşar çöl quşu adı. – Ayranquşu ən çox yerə tüşər

    Tam oxu »
  • AYRANNI

    ayrannı aş: (Lənkəran) dovğa. – Fəridə, patılı taxçadan ver, ayrannı aş bişirim

    Tam oxu »
  • AYRANNIX

    I (Gəncə, Şəmkir) itlərə ayran tökmək üçün qazılan çuxur. – Ay qız, ay qız, ayrannığa ayran töx’, itdər ajınnan öldü (Gəncə) II (Gəncə, Şəmkir) qarın,

    Tam oxu »
  • AYRANVERMƏZ

    (İmişli) xəsis. – Mı:n xalası ayranverməz arvadıdı, əliyaçığ dö:rdi

    Tam oxu »
  • AYRASI

    (Şəki) təəccüb ◊ Ayrası qalmax – məəttəl qalmaq. – Söynün işinə mən lap ayrası qaldım

    Tam oxu »
  • AYRAZ

    (Mingəçevir) başqa. – Sənnən ayraz mən heş kəsi tanımıram

    Tam oxu »
  • AYRƏNAŞI

    (Lerik) bax ayranaşı

    Tam oxu »
  • AYRI-SAYRI

    (Xanlar) başqa, kənar. – Bir ayrı-sayrı sözü gətdi, ortalığı qatdı

    Tam oxu »
  • AYYAR-UYYAR

    (Oğuz) uydurma. – Ayyar-uyyar danışır

    Tam oxu »
  • AZA

    (Lerik) çöldə qurumuş mal təzəyi. – Aza yığmağa gedirəm

    Tam oxu »
  • AZARGƏZDİRƏN

    (Şəmkir) həmişə xəstə olan. – Zalım oğlu elə quruyuf, laf azargəzdirənə oxşuyur

    Tam oxu »
  • AZARNƏK

    (Ucar) yarımxəstə, zəif. – Azarnək adam ağır işdər görəmməz

    Tam oxu »
  • AZAYLAMMAX

    I (Cəbrayıl, Zəngilan) öz-özünə deyinmək, şikayətlənmək. – Genə nə azaylannersaη, no:luf sq: (Zəngilan) II (Meğri) tənbəlləşmək, tənbəllik etmək

    Tam oxu »
  • AZBAR

    (Dərbənd) həyət. – Mən gidəndə uşağlar məkdəbin azbarında oyniyeydilər

    Tam oxu »
  • AZIX

    (Qazax) yol azuqəsi

    Tam oxu »
  • AZIXDIRMAX

    (Ağcabədi) fikrini yayındırmaq, çaşdırmaq. – Ə:, məni azıxdırma

    Tam oxu »
  • AZILAMAX

    (Çənbərək) meyvəni əbəs yerə yığıb yerə tökmək. – Uşağ almıyı başındaja azılıyıp yerə tökür

    Tam oxu »
  • AZIMCUR

    (Sabirabad) bir az, bir qədər. – Azımcur oxıyıb-yazmağ billəm

    Tam oxu »
  • AZIRINQI

    (Şəmkir) azca. – Maηa azırınqı pul lazımdı

    Tam oxu »
  • AZIRQA-AZIRQA

    (Ağcabədi) az-az, azacıq. – Bu kətdə hər meyvədən azırqaazırqa var

    Tam oxu »
  • AZIŞMAX

    I (Qax, Şəki) itmək, yayınmaq. – Gözdən azışan kimi qorxuya düşüy (Qax) II (Qazax) kəskinləşmək, şiddətlənmək (xəstəlik haqqında)

    Tam oxu »
  • AZITMAX

    (Şəmkir) azdırmaq. – Bizi azıtdı, özü gizdəndi

    Tam oxu »
  • AZİXLƏMƏX’

    (Meğri) acıyıb ötmək (xəmir haqqında). – Ruqiyə, xamır azixliyir, təndirdə durmeçex’, tez gə

    Tam oxu »
  • AZİŞMAX

    I (Şəki) azmaq. – Yolu azişmişdim, zornan tapbişəm sizi II (Şəki) huşunu itirmək. – Hağlı azişifdi, gedə danışığını bilmiyi heç

    Tam oxu »
  • AZQINTI

    azqıntı düşməx’: (Ağdam) azmaq. – Keşmişdə olur iki uşax, ollar azqıntı düşür, itir

    Tam oxu »
  • AZMAN

    I (Bakı, Ordubad) iri, çox böyük, nəhəng. – Bakidə azman öylər tikilir (Bakı); – Atam bir azman keçi aldı (Ordubad) II (Ağdam, Bakı, Beyləqan, Borçalı

    Tam oxu »