ruzisini kəsmək, gəlir mənbəyindən məhrum etmək, dolanışığına qəsdən mane olmaq; ~ çörəyinə bais olmaq, çörəyini kəsmək
riskli işlərə girişməmək, mübahisələrə qoşulmamaq, qətiyyətli olmamaq mənasında işlədilən ifadə; ~ az aşım, ağrımaz başım
hər şeydən məhrum etmək, var-yoxunu əlindən almaq, müflis etmək, dilənçi halına salmaq; ~ ac qoymaq.
çox fikir eləmək, əzab-əziyyətə düşmək.
inad etmək, tərslik etmək; ~ prinsip aparmaq.
bərk hirsləndirmək, öz hərəkəti, ya sözü ilə başqasının tərslik etməsinə səbəb olmaq.
xoşlamamaq, xoşu gəlməmək, bəyənməmək; ~ zəhləsi getmək.
hirslənmək, hiddətlənmək, qəzəblənmək; ~ ağlı başından çıxmaq (getmək), cin atına minmək.
bax: zəncir çeynəmək (gəmirmək).
hirsini, acığını büruzə verməmək; ~ səbrini basmaq (cilovlamaq), özünü saxlamaq, hirsini boğmaq (cilovlamaq)
hirslənmək, acıqlanmaq, acı sözlər demək; ~ hirsini üstünə tökmək.
bax: acığını tökmək.
bax: heyif çıxmaq.
qəsdən hirsləndirmək, qıcıqlandırıcı hərəkətlər etməklə kimdənsə əvəz çıxmaq, acıqlandırmaq; ~ yanıq vermək, yandı-qındı vermək
bax: acından günorta durmaq.
çox kasıb yaşamaq, yeməyə heç nə tapmamaq; ~ qəpiyə güllə atmaq, acından köpük qusmaq, acından bitini yemək, cibində siçаnlаr oynamaq
çox kasıb olmaq; ~ acından günorta durmaq, qəpiyə güllə atmaq, acından bitini yemək.
bax: qarnı fit çalmaq.
həddən artıq kasıb olmaq; ~ acından günorta durmaq, qəpiyə güllə atmaq, acından köpük qusmaq, acından bitini yemək, cibində siçаnlаr oynamaq
gizli olan bir işi faş etməklə hədələmək, şantaj etmək məqsədilə işlədilən ifadə.
özünü idarə edə bilməmək, danışdığı sözün, etdiyi hərəkətin məsuliyyətini dərk etməmək.
dərin düşünərək, götür-qoy edərək.
hər şeyə realist yanaşmaq, həqiqəti görmək.
həll olunmamaq, bir işi aydınlaşdırmadan yarımçıq qoymaq, problemin həllinə nail olmamaq.
hər hansı müəssisə və ya təşkilatla yaxından tanış olmaq məqsədilə ayrılmış gün.
mənasız işlərlə məşğul olmaq, məqsədi bilinməyən işlərə girişmək.
səmimi, ürəkdən, xoş niyyətlə.
dan. “rədd ol, məni narahat etmə” mənasında işlədilən ifadə.
çətinlikləri aradan qaldırmaq, çox çətin olan işləri həll etmək.
bax: döymədiyi qapı qalmamaq (qoymamaq).
yaxşı işinə görə şöhrətlənmək; ~ ad qazanmaq.
yaxşı və ya pis əməlləri ilə tanınmaq, məşhur olmaq; ~ barmaqla göstərilmək, ad qazanmaq.
nişanlamaq, adaxlamaq.
bax: ad çıxarmaq.
1. Yaxşı işləri ilə adını əbədiləşdirmək, şöhrət qazanmaq (bu mənada “ad qoyub getmək” şəklində də işlənir)
yetişdirmək, cəmiyyət içinə çıxarmaq; ~ ortalığa çıxarmaq, adam eləmək, üzə çıxarmaq.
cəmiyyət içinə çıxmaq, mədəni insanların əhatəsində olmaq; ~ adam içinə çıxmaq, üzə çıxmaq.
tanınmaz hala düşmək, əvvəlki görkəmini dəyişmək.
yaxşılaşmaq, yaxşı zahiri görünüşü ilə diqqəti cəlb etmək; ~ özünə əl gəzdirmək.
tərbiyə vermək, böyütmək, oxutmaq, yetişdirmək; ~ ortalığa çıxarmaq, adam arasına çıxarmaq.
bax: adam arasına çıxmaq.
1. Vasitəçi göndərmək. 2. Kimi isə axtarmaq üçün bir başqasını yollamaq.
saymamaq, hesablaşmamaq; özünü yekəxana aparmaq; ~ adam yerinə qoymamaq.
saymamaq, hesablaşmamaq, hörmət etməmək; ~ adam saymamaq, heç saymaq, it yerinə qoymamaq.
sırtıqlıq etmək, özünü çox açıq-saçıq aparmaq.
bax: gəl-gəl deyir.
insani keyfiyyətlərini itirmək, kobud və xoşagəlməz olmaq.
hörmətsiz etmək; ~ abırdan salmaq.
təşəbbüs etmək, yeni bir işə başlamaq.
yanlış işdən, hərəkətdən çəkinmək, müəyyən çərçivədə davranmaq, cızığından çıxmamaq.