BƏDNƏZƏR

is. [ fars. bəd və ər. nəzər] Guya gözündə başqasına xətər yetirə biləcək qüvvə olan adam.
Al-yaşıl geyinib durma qarşıda; Yayın bədnəzərdən, göz dəyər sənə. Qurbani.
Tüklərindir ipək kimi parlaq; Bədnəzərdən vücudun olsun iraq. M.Ə.Sabir.
Pəh, pəh, pəh! Elə bizim gənc ədibimiz əskik idi, Allah bədnəzərdən saxlasın. C.Məmmədquluzadə.

// Sif. mənasında. Bədnəzər adam.
BƏDNAMLIQ
BƏDNİYYƏT

Digər lüğətlərdə