BƏXT

is. [ fars. ]
1. Tale, qismət.
O zülf qarə qılıb bəxtimi məgər, Seyyid? Mənim əzəl də bu bəxti-qarəliyim var idi. S.Ə.Şirvani.
Kişiyə hər şeydən qabaq bəxt lazımdır. Ə.Haqverdiyev.
Mənim böyük düşmənim öz bəxtimdir. M.S.Ordubadi.

2. Müvəffəqiyyət, uğur. Onun oyunda heç bəxti yoxdur.
3. Nisbət şəkilçisi ilə, çıxışlıq halda: bəxtimdən, bəxtimizdən (ara söz) – bir hadisə, keyfiyyət və s. münasibəti ilə məmnunluq, razılıq ifadə edir (bəzən mənfi mənada işlənir). Bəxtimizdən hava açıldı.
– Bəxtindən işıq sönməsi onun [Qulamın] işini daha asanlaşdırdı. Ə.Əbülhəsən.

◊ Bəxt ulduzu şair. – bəxt simvolu.
Bir körpə tək oxşardı məni yaşlı gözəllər; Bəxt ulduzu parlaq və uzun saçlı gözəllər. S.Rüstəm.

Bəxt əxtəri (sitarəsi) klas. – bax bəxt ulduzu.
Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn; Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana. Füzuli.
Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxün yetər bu gecə karivanə, şəm! S.Ə.Şirvani.

Bəxti ayaq üstə durmaq – işi avand olmaq, istədiyinə çatmaq.
Bəxti açılmaq – işi yaxşı gətirmək, işi düzəlmək, çətinlikdən, ağır və pis vəziyyətdən qurtarmaq.
[Musa kişi:] Bəlkə bu il bəxtimiz açıldı, … ərbabın su pulunu verdim, uşaqlara əyin-baş düzəldib, bir çərək torpaq ala bildim. M.İbrahimov.

Bəxti dönmək – uğursuzluğa məruz qalmaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlamaq.
Bəxtim dönüb, evim yıxılıb, izzətim gedib; Seyyid, o mah yar olub əğyarə, ağlaram. S.Ə.Şirvani.

Bəxti işləmək – bax bəxti gətirmək.
Bəxti gətirmək – müvəffəq olmaq, işi düz gətirmək, taleyi gətirmək.
[Puan Qay] bəxti gətirib 60-70 qəpikdən çox qazananda … balıq da alıb şad evlərinə gələrdi. S.S.Axundov.

Bəxti çönmək – bax bəxti dönmək.
Bəxti çönüb, çünki zəmanə dönüb; Şadü xürrəm işi fəğanə dönüb. M.V.Vidadi.

Bəxtinə çıxmaq1) yaxşı, ya pis bir şeyə təsadüf etmək, rast olmaq;
2) udmaq, aparmaq (oyunda).
Xoş bəxtiniz olsun! – salamatlıq, xoşbəxtlik arzusunu bildirən ifadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏXT BƏXT “Bəxt”, “qismət” kimi əlfazı unut; Səy ilə bazuyi-iqbalını tut (A.Səhhət); İQBAL (kl.əd.) O deyirdi: “Bu ulduz ki, sanki indi sönəcək; Yazıq, yox
  • BƏXT qismət — tale
BƏXŞİŞ
BƏXTƏBƏXT
OBASTAN VİKİ
Bəxt gölü
Bəxt gölü (özb. Baxt, Бахт — «baxt») — Özbəkistanın Daşkənd şəhəri Bəyteymur tümənliyi ərazisinə daxil olan süni göl. Göl Çirçik çayının suları ilə doldurulmuşdur. Göl istirahət zonası rolunu oynayır. Bura park-göl statusu verilmişdir. == Təsviri == Bəxt gölü təqribi olaraq 27 ha ərazini əhatə edir. Göl sanki üçbucaqlı formaya malikdir. Ancaq kənarları düz xətt üzərində yerləşmir. Göl cənub-qərbdən, şimal-şərqə istiqamətlənmiş formaya malikdir. Gölün uzunluğu 900 metr, eni isə 300 metr təşkil edir.
Bəxt üzüyü
Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir. == Məzmun == Bu qrotesk film qəhrəmanlardan biri-Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu (Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar. İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız.
Bəxt üzüyü 2
== Film haqqında == Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı “Bəxt üzüyü 2” filmi çəkilib. Filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbəyli Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk “Bəxt üzüyü”ndə oynamış aktyorların iştirakına çalışılıb. Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb. Nüşabə xanım deyib ki, "möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək”. “Bəxt üzüyü 2“ filminin çəkilişlərini “Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəst-xət üzrə davam edir.
Bəxt üzüyü (film, 1991)

Bəxt üzüyü 2 (film, 2017)

Bəxtiyar Tuncay
Bəxtiyar Tuncay — türkoloq, publisist, ssenarist. == Həyatı == Bəxtiyar Tuncay (Şahverdiyev Bəxtiyar Adil oğlu) 1960-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirib. Hazırda AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsində elmi işçidir. == Yaradıcılığı == Qədim və orta əsrlər Azərbaycan tarixi və mədəniyyətinin, həmçinin ümumtürk tarixi və mədəniyyətinin tədqiqatçılarındandır. Qafqaz albanlarına məxsus türkcə yazılı mənbələri üzə çıxarmiş, alban türkcəsinin lüğətini tərtib etmişdir. Tarix, mədəniyyət və ideoloji mövzuda çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan tarixi mövzusunda film ssenariləri yazmışdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda milli azadlıq ideyası ilə fəaliyyət göstərmiş "Çənlibel" təşkilatının yaradıcılarından və bu dövrdə formalaşmış milli azadlıq hərəkatının aparıcı şəxslərindən olmuşdur. == Kitabları == XXI əsrin perspektivləri: Azərbaycandan baxış.
Bəxtiyar Vahabzadə
Vahabzadə Bəxtiyar Mahmud oğlu və ya Zəkəriyya oğlu. (16avqust 1925 il, Nuxa −13 fevral 2009, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünası, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, (2000), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M. F. Axundov adına ədəbi mükafatın laureatı (1989), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000), "İstiqlal" ordeni ilə təltif olunmuşdur. == Həyatı == Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Mahmud Vahabzadənin həyat yoldaşı isə 1905-ci il hadisələri zamanı yetim qalmış Vartaşendən olan erməni qızı olub, daha sonra Şəkidə Allahverdi adlı bir nəfərin himayəsində Gülzar adı ilə böyüdülüb. Mahmud Vahabzadə ilə Gülzar Allahverdiqızı 1918-ci ildə evlənirlər, lakin uşaqları olmadığından Bəxtiyarı övladlığa götürürlər 1934-cü ildə onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942–1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.
Bəxtiyar Vahabzadə (film, 1987)
Bəxtiyar Vahabzadə qısametrajlı sənədli televiziya filmii rejissor Nazim Abbas tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 60 illiyinə həsr olunmuşdur. == Məzmun == Sənədli televiziya filmi görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 60 illiyinə həsr olunmuşdur. Filmdə şairin həyat və zəngin yaradıcılığı haqqında söhbət gedir.
Bəxtiyar Vahabzadə küçəsi (Bakı)
Bəxtiyar Vahabzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Şəhriyar və Əbdürrəhim bəy Haqverdiyev küçələrinə paralel küçə. Küçə Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin adını daşıyır. Küçənin adı 2011-ci ilə qədər Firudin Ağayev olmuşdur. Küçənin uzunluğu 817 mt, eni isə İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə qədər 10 mt, Hüseyn Cavid prospektindən Mətbuat prospektinə qədər isə 13,4 mt-dir. == Haqqında == "Azəryolservis" ASC tərəfindən küçənin əsaslı təmiri 2015-ci ilin may ayında qutarmışıdır. Küçədə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. == Yeraltı keçidlər == Küçədə Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışı inşa edilmişdir. 4 istiqamətə yönələn çıxış həm də ərazidə keçid rolunu oynayır və beləcə, ətraf zonada piyadaların təhlükəsizliyi ilə birlikdə, sərnişinlərin rahatlığı da təmin olunmuşdur. Bəxtiyar Vahabzadə küçəsinə 3 istiqamətdə çıxışı vardır. Biri Bakı Dövlət Universitetinin arxasında olmaqla Mətbuat prospektindən istifadə edən sərnişinlərin metroya yolunu asanlaşdırmağa xidmət edir.
Bəxtiyar Vahabzadənin ev-muzeyi
Bəxtiyar Vahabzadənin ev-muzeyi — Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadəyə həsr olunmuş xatirə muzeyi. Muzeyin binası Şəkidə, Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı, sonradan uşaq bağçası kimi fəaliyyət göstərən evdə yerləşir. Muzey Azərbaycan şairi Bəxtiyar Vahabzadə irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir. == Tarixi == Muzeyin əsası şairin doğumunun 100 illiyi ilə münasibətilə, Azərbaycan Prezidentinin 27 oktyabr 2015-ci il tarixli sərəncamı ilə qoyulmuşdur. 2017–2018-ci illərdə aparılan bərpa, yenidənqurma və bədii tərtibat işlərindən sonra muzeyin rəsmi açılış mərasimi 31 avqust 2018-ci ildə olmuşdur. == Ekspozisiya == Ev muzeyinin ekspozisiyası 70m2 təşkil edir və 3 otaqdan ibarətdir. Burada həmçinin inzibati və fond otaqları da vardır. Muzeyin ekspozisiyasının əsasını şairin ailəsi tərəfindən təqdim edilmiş sənəd, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar təşkil edir. Burada ümumilikdə 735 ədəd eksponat ziyarətçilərə nümayiş olunur.
Bəxtiyar Vəliyev
Bəxtiyar Vəliyev — 1-ci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vəliyev Bəxtiyar Mansur oğlu 1974-cü ildə Gədəbəy rayonunun Slavyanka kəndində anadan olub. 1991-ci ildə Slavyanka kənd orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olmuşdur. 1993-cü ildə hərbi xidmətə getmişdir. 21 aprel 1994-cü ildə Ağdərə döyüşlərində şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Bəxtiyar Xanızadə
Bəxtiyar Oqtay oğlu Xanızadə (13 iyul 1957, Şağan) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2013), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). == Həyatı == Bəxtiyar Xanızadə Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. Azərbaycan SSR Əməkdar Artisti Hamlet Xanızadənin yaxın qohumudur. == Fəaliyyəti == 1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981 – 1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982–1983-cü illərdə Azərbaycanfilm kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanı-Zadəyə "Səhnə hərəkəti və xoreoqrafiya sənəti" kafedrasının dosenti elmi adı verilmişdir. 16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbələrə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasın Azərbaycanda "Dəli yığıncağı" adlı ilk Pantomim teatr studiyası yaradıb. Bəxtiyar Xanı-Zadə Gürcüstanda və Bolqarıstanda keçirilən teatr seminarlarında iştirak etmiş və sertifikatlarla təltif edilmişdir. (2000). O, "Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti" (1991), "Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar" (1992), "Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti" (1993) adlı elmi əsərlərin müəllifidir.
Bəxtiyar Yaqubov
Bəxtiyar Yaqubov (tam adı:Bəxtiyar Mikayıl oğlu Yaqubov; d. 26 iyul 1941, Göyçay, Azərbaycan SSR, ö. 25 yanvar 2015) — professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti. == Həyatı == Bəxtiyar Yaqubov 26 iyul 1941-ci ildə Göyçay rayonunda doğulub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Neft-kimya institutuna daxil olub. 1963-cü ildə buranı bitirib, iki ildən sonra isə həmin təhsil müəssisəsinin aspiranturasına daxil olub. 1968-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. On il müddətində Azərbaycan Politexnik institutunda nəzəri mexanika fənnini tədris edib. Azərbaycan Memarlıq və İnşaat Universitetində mühazirələr oxuyub. Sonralar İsrailə köçüb və həmin ölkədə yerləşən Holon Texnologiya Universitetinin professoru olub.
Bəxtiyar İskəndərzadə
Bəxtiyar Əziz oğlu İskəndərzadə(d. 17 noyabr 1983, Bakı ş., Azərbaycan) — kikboksinq üzrə ikiqat dünya çempionu. == Həyatı == 1983-cü il noyabr ayının 17 də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı şəhər, Biləcəri qəsəbəsindəki 2 nömrəli (hal hazırda 297 nömrəli) tam orta məktəbin 1-ci sinfinə qədəm qoyur, 2000-ci ildə həmin məktəbin 11-ci sinfini müvəffəqiyyətlə bitirir. 2000-ci ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi və idman Akademyasına daxil olur və 2004-cü ildə Akademyanı bitirir. 2006-cı ildə Azərbaycanın ordu sıralarında hərbi xidmətdə olmuşdur. == Fəaliyyəti == 1997-ci ildən Kikboksinq idman növü ilə məşğul olmağa başalayır. 2004 ildə Moskvada keçirilən World profi uzre dünya kubokunun qalibi, 2006-cı ilde Makedoniyada keçirilən WAKO versiyasi üzrə k 1 növündə Avropa 2-cisi, 2008-ci ildə kyuprusda World profi üzrə dünya çempionu və 2005, 2007, 2008-ci illərdə Azarbaycan cempionu adlarını qazanmışdır. Peshekar kikboksda 25 döyüşdən 23 qalibiyyəti olmuşdur. Peşəkar kikboksinqde 2 dəfə Avropa ve dünya kəmərini qazanmışdır.
Bəxtiyar İslamov
Bəxtiyar Cuma oğlu İslamov (15 mart 1936, Xaçmaz, Vartaşen rayonu – 2 iyul 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Oğuz Rayonu Partiya Komitəsinin (1978–1985), Balakən Rayonu Partiya Komitəsinin (1985–1991), Xanlar Rayonu Partiya Komitəsinin (1991) Birinci Katibi və Xanlar Rayon Sovetinin Sədri (1991). == Həyatı == Bəxtiyar İslamov 1936-cı ilin mart ayının 15-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Atası kolxozçu anası isə evdar qadın idi. Orta məktəbi Xaçmaz kəndində başa vurduqdan sonra ali təhsili almaq üçün Gəncə şəhərinə getmiş, Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutununə qəbul olmuşdur. İnstutu əla qiymətlərlə başa vuraraq 1958-ildə təyinatla Oğuz rayonuna gəlmiş, rayon kənd təsərrüfatı idarəsində toxumçuluq üzrə aqronom vəzifəsinə təyin edilmişdir. == Siyasi fəaliyyəti == Bəxtiyar İslamov qısa müddətdə rayon komsomol komitəsinin katibi seçilmişdir. 1958-ildə Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqı Oğuz Rayon Komitəsinin katibi, 1959-da 2-ci katib, 1960-cı ildə 1-ci katibi seçilmişdir. 1965-ci ilin sentyabr ayına kimi rayon komsomol təşkilatına rəhbərlik etmişdir. Sonra isə Rayon Komitəsinin 2-ci katibi seçilmişdir. Həmin vəzifədə 1972-ci ilin avqust ayına kimi çalışmışdır.
Bəxtiyar İslamov (dəqiqləşdirmə)
Bəxtiyar İslamov (siyasətçi) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Oğuz Rayonu Partiya Komitəsinin (1978–1985), Balakən Rayonu Partiya Komitəsinin (1985–1991), Xanlar Rayonu Partiya Komitəsinin (1991) Birinci Katibi və Xanlar Rayon Xalq Deputatları Sovetinin Sədri (1991) Bəxtiyar İslamov (leytenant) — leytenant.
Bəxtiyar İslamov (leytenant)
Bəxtiyar Saleh oğlu İslamov (11 iyun 1997, Əli-Bayramlı – 12 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar İslamov 1997-ci il iyunun 11-də Şirvan şəhərində anadan olub. == Hərbi xidməti == Bəxtiyar İslamov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Bəxtiyar İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar İslamov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı Hadrut istiqamətində şəhid olub. Şirvan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəxtiyar İslamov (siyasətçi)
Bəxtiyar Cuma oğlu İslamov (15 mart 1936, Xaçmaz, Vartaşen rayonu – 2 iyul 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Oğuz Rayonu Partiya Komitəsinin (1978–1985), Balakən Rayonu Partiya Komitəsinin (1985–1991), Xanlar Rayonu Partiya Komitəsinin (1991) Birinci Katibi və Xanlar Rayon Sovetinin Sədri (1991). == Həyatı == Bəxtiyar İslamov 1936-cı ilin mart ayının 15-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Atası kolxozçu anası isə evdar qadın idi. Orta məktəbi Xaçmaz kəndində başa vurduqdan sonra ali təhsili almaq üçün Gəncə şəhərinə getmiş, Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutununə qəbul olmuşdur. İnstutu əla qiymətlərlə başa vuraraq 1958-ildə təyinatla Oğuz rayonuna gəlmiş, rayon kənd təsərrüfatı idarəsində toxumçuluq üzrə aqronom vəzifəsinə təyin edilmişdir. == Siyasi fəaliyyəti == Bəxtiyar İslamov qısa müddətdə rayon komsomol komitəsinin katibi seçilmişdir. 1958-ildə Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqı Oğuz Rayon Komitəsinin katibi, 1959-da 2-ci katib, 1960-cı ildə 1-ci katibi seçilmişdir. 1965-ci ilin sentyabr ayına kimi rayon komsomol təşkilatına rəhbərlik etmişdir. Sonra isə Rayon Komitəsinin 2-ci katibi seçilmişdir. Həmin vəzifədə 1972-ci ilin avqust ayına kimi çalışmışdır.
Bəxtiyar İslamov (siyasətçi, 1936)

Bəxtiyar Şərifov
Bəxtiyar Nadir oğlu Şərifzadə (d. 1962, Qax rayonu – ö. 24 iyun 2016, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti. Mətn oxuyan. Film səsləndirən. Film aparıcısı. == Həyatı == Azərbaycanın Qax rayonunda anadan olan və yaradıcılığı dövründə 23 sənədli filmi səsləndirən, çoxsaylı verilişlərin kadr arxası mətnini oxuyan Bəxtiyar Şərifzadə AzTV-nin radiosunda çalışmışdır. Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində iştirak edib. 24 iyun 2016-cı ildə Bakı şəhərində vəfat etmiş və 25 iyunda doğulduğu Qax rayonunun Güllük kəndində dəfn olunmuşdur. == Təltifləri == Azərbaycan Respublikasının əməkdar artisti — 04.11.1998 == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-dublyaj: titrlər Tikdim ki, izim qala (film, 1997) Tikdim ki, izim qala.
Bəxtiyar Şərifzadə

Bəxtiyar Əliyev
Bəxtiyar Əliyev (deputat)
Bəxtiyar Əliyev (alim)
Bəxtiyar Əliyev (Əliyev Bəxtiyar Həmzə oğlu; 20 mart 1961, Ağdam) — AMEA-nın müxbir üzvü (2007), professor, psixologiya elmləri doktoru, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri. == Həyatı == Bəxtiyar Əliyev 1961-ci il mart ayının 20-də Ağdam şəhərində dünyaya gəlmişdir. 1978-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olmuşdur. 1983-cü ildə həmin fakültəni bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Psixologiya və pedaqogika kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə fəlsəfə sahəsində "Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1998-ci ildə isə psixologiya elmləri üzrə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2000-ci ildən psixologiya elmləri üzrə professordur. Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biridir. Həmin nəzəriyyəyə söykənərək ilk dəfə olaraq, fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji meyarlarını, həmçinin məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifat sistemini müəyyənləşdirmişdir. Əldə edilmiş nəticələrdən hüquq praktikasında cəzanın fərdiləşdirilməsində və obyektiv araşdırılmasında istifadə edilir. Zəruri əhəmiyyət daşıyan "fizioloji affektin" məhkəmə ekspertizasının təşkili və keçirilməsi prinsiplərini, ekspert–psixoloqun rəyini sübutun bir növü kimi qiymətləndirilməsinin elmi-hüquqi əsaslarını müəyyənləşdirmişdir.

Bəxtsiz cavan
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. == Əsərin mövzusu == XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Bəxtsiz cavan (pyes)

Bəxtəvər (film, 1990)
Bəxtəvər qısametrajlı bədii filmi rejissor Ömür Nağıyev tərəfindən 1990-cı ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Bu, çox gözəl səsi olan uğursuz adamın taleyi haqqında niskilli film-hekayətdir. Əsas rolları Kamil Məhərrəmov və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Bu, çox gözəl səsi olan uğursuz adamın taleyi haqqında niskilli film-hekayətdir. == Film haqqında == Film yazıçı Yuri Kazakovun "Ləhlülülü" (Trallivalli) hekayəsinin motivləri əsasında çəkilmişdir. == Rollarda == Kamil Məhərrəmov — Gündüz Mehriban Xanlarova — Dilşad Səhiyəddin Həsənov — Kök Xanlar Muradov — Uzun Xəyyam Aslan (Xəyyam Aslanov kimi) — Cavan Arif Kərimov — sürücü Filmi səsləndirənlər: Eldəniz Rəsulov — Gündüz (Kamil Məhərrəmov)(titrlərdə yoxdur) Nəcibə Hüseynova — Dilşad (Mehriban Xanlarova)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Bəxtəvər (film, 2012)
Bəxtəvər (ing. The Lucky One) — 2012-ci ildə Nikolas Sparksın eyniadlı romanı əsasında rejissor Skott Hiks tərəfindən çəkilmiş dram-melodram filmi. == Məzmun == Loqan Tibault İraqda hərbi xidmətdə olan gəncdir. Bir gün arxasında "Saxla" yazılı olan bir gənc qadın şəkli tapır. Qadının gözəlliyinə heyran qaldığı bir vaxt komandası hücuma məruz qalır, lakin o bundan xilas ola bilir. Öz xilasının şəkilə görə olduğunu düşünən Loqan həmin şəkildəki qadını axtarmağa başlasa da, tapa bilmədiyi üçün artıq onun öldüyünü fikirləşir. Amerikaya geri qayıtdıkdan sonra İraqda olan hadisələri unuda bilmədiyi üçün bir xeyli çətinlik çəkir. Bir gün həmin şəkildəki qadının Luiznada yaşadığına dair bir işarə tapır və həmin işarəni izləyərkən qadını tapır. Adının Bet Qrin olduğunu öyrənən Loqan, ona hər şeyi başa salmağa çalışsa da, dili dolaşır və izah edə bilmir. Anası ilə itlər satılan mağazada işləyən Bet, onun iş elanına görə gəldiyini fikirləşir.
Bəxtəvər soxulcan
Bəxtəvər soxulcan — 2011-cü ildə çəkilən orijinal Disney Channel filmidir.
Bəxtəvər soxulcan (film, 2011)
Bəxtəvər soxulcan — 2011-cü ildə çəkilən orijinal Disney Channel filmidir.

Digər lüğətlərdə