BAFA

(Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Gədəbəy, İmişli, Qarakilsə, Qazax, Quba, Oğuz, Salyan, Şəki, Şəmkir, Tovuz, Zəngilan)
1. bir neçə çəngədən ibarət biçilmiş taxıl və ya ot bağlaması (Cəbrayıl, Füzuli, Şəmkir, Tovuz). – Bafaları yığıf dərz bağlerıx (Şəmkir); – Dörd bafadan bir dərz olur (Füzuli); – Bişdix’cən bafeyi belə qoyurux, yığırıx üçün-beşin bəndəmni:f dərz bağle:rıx (Tovuz); – Beş bafa bir dərz əmələ gətirir (Cəbrayıl)
2. dərz (Şəki)
BADYANNIX
BAFARD
OBASTAN VİKİ
Bafadar Muradov
Muradov Hacı Bafadar Sultanəli oğlu (20 yanvar 1936, Xızı rayonu – 2007, Xızı rayonu) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1994-2001). == Həyatı və fəaliyyəti == Bafadar Muradov 1936-cı il yanvarın 20-də Xızı rayonunun Giləzi (indiki Giləzi qəsəbəsi) kəndində anadan olmuşdur. 1955-ci ildə Giləzi kənd orta məktəbini, 1971-ci ildə isə Bakı Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt Sintetik Kauçuk Zavodunda fəhlə kimi başlamışdır. 1957-ci ildə Giləzi Kolxozunda mexanizator, tarlaçılıq briqadasında şöbə müdiri, quşçuluq fabrikində sex müdiri, zootexnik, Giləzi Qarışıq Yem Zavodunda direktor, 1980-cı ildən Abşeron Rayon Aqrokombinatında baş direktor, Qobustan qoyunçuluq sovxozunda direktor, 1986-cı ildən Abşeron rayonundakı Xırdalan südçülük sovxozunda baş zootexnik, 1989-cu ildən Altağac sovxozunda direktor, 1992-ci ildən Xızı rayon Aqrokombinatı baş direktorunun müavini, 1994-2001-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2007-ci ildə Xızıda vəfat etmişdir.
Bafadar Səfərov
Bafadar Səfərov (tam adı: Bafadar Ağamirzə oğlu Səfərov; 8 mart 1923, Baxışlı, Xızı rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1923-cü il martın 8-də Xızı rayonunun Baxışlı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Berlinə qədər yetişmişdir. Müharibədən sonra 25 il milis orqanlarında işləmişdir. 3 uşağı, ona yaxın nəvə-nəticəsi olmuşdur. Qanlı Yanvar faciəsi ərəfəsində təqaüdçü idi. == Qanlı Yanvar faciəsi == 19-dan 20-nə keçən gecə Q-87—99 AQ markalı "Moskviç" maşınında Salyan kazarmasına tərəf gedərkən yolda hərbçilər tərəfindən öldürülmüşdür. Meyidi yalnız yanvarın 27-si Təzəpir Məscidində tapılmışdır. Meyid Hərbi Hospitaldan gətirilmiş, meyidin bel və bud nahiyəsində süngü, beyin nahiyəsində isə güllə yarası olmuşdur. Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Bafata
Bafata — Qvineya-Bisauda şəhər,Bafata reqionun inzibati mərkəzidir. Ölkə paytaxtı Bisaudan 150 km şərqində yerləşir. Sənayesi kərpiç istehsalatı, pambıqtəmizləmə, yerfındıqı və kokos qozu emal müəssisələrindən ibarətdir. Yaxılıĝında hava limanı yerləşir.
Əlvida, Bafana (film, 2007)
Əlvida, Bafana (ing. Goodbye Bafana) — Nelson Mandelanın həbsxana həyatından bəhs edən 2007-ci ilin dram filmidir. Film Mandelanın həbsxana şefi olan Ceyms Qreqorinin "Əlvida Bafana: Nelson Mandela, mənim dustağım, mənim dostum" adlı kitabı əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri 2006-cı ilin ortalarında Cənubi Afrikada aparılmışdır. Filmin rejissoru danimarkalı Bil Oqast, Nelson Mandela rolunun ifaçısı Denis Heysbert, Ceyms Qreqori rolunun ifaçısı isə Cozef Faynesdir. == Məzmun == Film siyasi xadim Nelson Mandelanın 20 illik həbsxana həyatını və buradakı həbsxana şefi Ceyms Qreqori ilə dostluq münasibətlərini əks etdirir.

Digər lüğətlərdə

беспреме́нный косне́ть немногосло́жность отравля́ться поёрзать фармакопе́йный переусе́рдствовать предприи́мчивый сельку́п торцева́ться корвет criminally dog's-mercury eunomy May week paean pampas-grass pot-au-feu stone-ground tikkie transit number unchartered whatman морфинизм эллин