BAL-MASKARÁD

[ fr. ] İştirakçıları üzlərinə maska taxmış və fantastik paltarlar geymiş halda gəldikləri şənlik və rəqs məclisi.
BAL₃
BALA
OBASTAN VİKİ
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
Bal (dəqiqləşdirmə)
Bal — arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qida. Bal (rəqs) — təntənəli rəqs növü.
Bal (rəqs)
Bal (fr. bal, it. ballo alm. ball‎) — hər iki cinsdən insanların cüt şəkildə rəqs etdiyi çox sayda iştirakçıların toplandığı mərasim. Ballar adı rəqs məclislərindən və diskotekalardan toplantının təntənəsi, ciddi etiketi və əvvəldən seçilmiş klassik rəqs ifası ilə seçilir. == Ədəbiyyat == Е. Дуков. Общественные балы и концертная культура XVIII в. // Дуков Е.В. Концерт в истории западноевропейской культуры. М., 2003, с.
Bal arısı
Bal arısı (lat. Apis mellifera) – Pərdəqanadlılar dəstəsinin əsl arılar fəsiləsinə aid həşərat növü. Vətəni Cənubi Asiyadır. Hər arı ailəsi bir ana arıdan, 60–80 min işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yuvalarını ağac koğuşlarında, qaya yarıqlarında və s. dalda yerlərdə düzəldir. Ayrı-ayrı arı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyildir, buna görə də bal arıları üçün "ailə" məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Bal arısı beçə verməklə çoxalır; partenogenez səciyyəvidir. Yayda əmələ gələn erkək arılar payızda tələf olur. Qışlamaya yalnız ana və işçi arılar qalır.
Bal ayı
Bal ayı — evliliyin ilk ayı ki gəzməkdə keçirilir, evliliklərini səmimiyyət və inzivada qeyd etmək üçün yeni evlilər tərəfindən keçirilən ənənəvi tətil.
Bal porsuğu
Bal porsuğu (lat. Mellivora capensis) — Afrika və Asiyada yaşayan dələlər fəsiləsinə aid olan bir növ. Mellivorinae alt fəsiləsində yeganə olan bal porsuğu monotipik cins (Mellivora) kimi təsnif edilir. Çox kiçik ölçüsünə baxmayaraq vəhşiliyi və qorxmazlığı ilə tanınır. Ginnesin Rekordlar Kitabı 1998-2003-cü illər üçün nəşrlərində bal porsuğunu "dünyanın ən qorxmaz məməlisi" elan etmişdir. == Təsvir == Bal porsuğu orta boylu bir heyvandır (Avropa porsuğundan bir qədər kiçikdir), bədən uzunluğu təxminən 70-75 sm, quyruğu orta hesabla 18-20 sm[-ə (25 sm-ə qədər) çatır. Çəkisi 7 ilə 13 kq arasında dəyişir. Erkəklər dişilərdən bir qədər ağırdır. Bal porsuqunun bədən quruluşu köklü və çömbəlmiş, ayaqları və quyruğu nisbətən qısa, ön pəncələri qazmağa uyğunlaşmış iti pəncələrlə təchiz olunmuşdur. Başı uzunsov və genişdir, qısa iti buruna, kiçik göz və qulaqlara (qulaqların hündürlüyü təxminən 2 sm-ə çatır).
Bal pətəyi
Bal pətəyi və ya Bal şanı — bal və yumurtalarını saxlamaq üçün arıların mumdan hazırladığı yuvacıqlar. Bal pətəyinin qəribə memarlığı tarix boyunca insanların marağına səbəb olmuşdur. Yan-yana altıbucaqlılardan təşkil olunan bu quruluş, son dərəcə dəqiq olub ortalama divar qalınlıqları 0.1 mm-dir. Bu orta rəqəmdən fərqlənmə isə, ən çox 0.002 mm-ə qədərdir. Pətəklərin inşasında həndəsə qaydalarına ideal şəkildə riayət olunur. Dairə, müəyyən bir sabit sahəni əhatə edən ən qısa kənar uzunluğuna malik həndəsi formadır. Məsələn, sahəsi 10 sm² olan kvadrat və dairənin çevrə uzunluqları müqayisə edildikdə dairənin çevrəsinin daha qısa olduğunu görərik. Ancaq bal pətəyinin inşasında vəziyyət heç də belə deyil. Burada bal pətəyinin geniş çərçivəsi, bərabər və daha kiçik sahələrə bölünəcəkdir və bölmə əməliyyatında ən az çevrə uzunluğuna malik quruluş istifadə ediləcəkdir. Çərçivəni, bərabər sahələrə malik kiçik dairələr şəklindəki pətəklərə bölmək istəsək, yuxarıda ifadə edildiyi kimi ən qısa kənar xüsusiyyəti təmin edəcək, fəqət dairələrin kənarları arasında qalan boşluqlar üçün daha çox mum sərf edilmiş olacaqdır.
Bal tortu
Bal şəlalələri
Ballı şəlalələr (qaraç.-balk. Бал чучхурла) — Qaraçay-Çərkəz Respublikasında şəlalələr qrupu. Şəlalələr Alikonovka və Eçki-Baş çayları üzərində yerləşib Maloqaraçayevsk rayonuna daxildirlər. Bu adla həm də yaxınlıqda yerləşən təbii-rekeresiya mərkəzi və turizm bazası adlanır. Şəlalələrə ən yaxın yaşayış məntəqəsi Kommunstroydur. Rayon mərkəzi Uçkekendən şəlalələrə qədər məsafə 10 km, Kislovodsk şəhərinə olan məsafə isə 20 km-dir. Ballı şəlalələr qrupuna 5 şəlalə daxildir. Onlardan üçü: Jemçujnıy, Skrıtıy və Şumnıy (Şeytan dəyirmanı) Alikonovka çaynda yerləşir. Digər iki şəlalə isə, Böyük və Kiçik Ballı şəlalə Eçki-Baş çayındadır. Çay 18 metr hündürlükdən Alikonovka çayına tökülərək Böyük Ballı şəlaləsini yaradır.
Bal (film, 2010)
Bal — 2010-cu ildə çəkilmiş türk filmidir. Film 60-cı Berlin Beynəlxalq Film Festivalının ən prestijli mükafatı olan "Qızıl Ayı" mükafatını almışdır. == Yayım == Film 16 Fevral 2010-cu ildə 60-cı Berlin Beynəlxalq Film Festivalında tənqidçilərin bəyənməsinə təqdim olunmuşdur. == Məzmun == Filmdə Yusifin iç dünyası Qara dənizin möcüzəvi ortamı içərisində göstərilmişdir. Film Yusifin evdə ana-atasıyla, məktəbdə müəllim və dostları ilə olan münasibətlərindən bəhs edir. Yusifin atası arıçıdır, anası isə çay tarlasında çalışır.
Bal Qandahar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Bal arısının zərərvericiləri
Bal arısının zərərvericiləri - Varroa destructor (Parasitiformes), Acarapis woodi (Trombidiformes) kimi növlər bal arısının əsas zərərverici gənələridir. == Varroa destructor == Varroa destructor Anderson & Trueman, 2000 zərərverici gənəsi həm Apis mellifera, həm də Apis cerena arılarında parazitlik edir. Dişi gənənin uzunluğu 1,1-1,2 mm, eni isə 1,6-1,7 mm olub, bədəni qırmızımtıl qəhvəyi rəngdə və yastı olur. Əsasən arıların qarıncıq hissəsinin halqaları arasına yapışır və buradan arının hemolimfası ilə qidalanaraq yaşayır. Dişi gənələr içərisində erkək və işçi arıların sürfələri olan yuvalara girərək sürfə qidası ilə qidalanırlar. Yuvanın ağzı bağlandıqdan 60-70 saat sonra yumurta qoymağa başlayırlar. Bir dişi gənə 4-6 yumurta qoyur ki, bunlardan da 4 ədədi həyatda qala bilir. Yumurtaların birindən erkək, digər üçündən isə dişi varroalar çıxır. Varrotoz olan arı ailələrinin məhsuldarlıq qabiliyyəti aşağı düşür, bir sıra viruslu və nozematoz kimi xəstəliklərin yaranmasına şərait yaradır. === Mübarizə üsulları === Arıçılar varroa gənəsi ilə mübarizədə planlı şəkildə həyata keçirilən kimyəvi və bioloji mübarizə üsullarından istifadə edirlər.
Bal və yonca
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Əsl bal arıları
Əsl bal arıları (lat. Apis) — Əsl arılar fəsiləsinə mənsub cins. Yarımcins Micrapis Apis andreniformis F. Smith, 1858 Apis florea Fabricius, 1787 Yarımcins Megapis Apis dorsata Fabricius, 1793 — nəhəng arı Yarımcins Apis Apis cerana Fabricius, 1793 Apis koschevnikovi Enderlein, 1906 Apis mellifera Linnaeus, 1758 — bal arısı Осычнюк А. З., Панфилов Д. В., Пономарева А. А. Надсемейство Apoidea. // Определитель насекомых европейской части СССР. Л., 1978. Т. 3, ч. 1: Перепончатокрылые. С. 279—518.
Bal Qandadhar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Bal arısının bakterial xəstəlikləri
Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir. == Amerikan çürüməsi == Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür.
Bal arısının virus xəstəlikləri
Bal arısının virus xəstəliklərinə — deformasiya qanad virusu, talamus sürfə çürüməsi virusu, qara ana arı virusu, kəşmir arı virusu, xroniki arı iflici virusu, arı X virusu, arı Y virusu, bulanıq qanad virusu, misir arı virusu, filamentoz arı virusu, torba çürüməsi virusu və s. göstərmək olar. == Deformasiya qanad virusu == Bu virus Apis mellifera və Apis cerena-da xəstəlik törədir. Virusla yoluxma zamanı qanadlarda büzüşüklük, gövdədə kiçilmə və rəngsizləşmə meydana çıxır. Xəstə arılar sürfə və pup mərhələsində ölürlər. Xəstəlik əsasən varroa ilə yayılır. == Qara ana arı virusu == Bu xəstəlik ilk dəfə olaraq üzəri örtülmüş ana arı yuvalarında sürfə və ya pup mərhələsində rast gəlinmişdir. Ölü arıların sürfə və pupları tünd qəhvəyidən qara rəngə çevrilir. Xəstə sürfələrin rəngi isə açıq sarı rəngdə olur. Bu virus işçi arılara öz sürfələrini qidalandırdığı zamanı keçir.
Qan və Bal diyarında (film, 2011)
Qan və Bal diyarında — 2011-ci ildə ABŞ tərəfindən istehsal edilən romantik-dram filmi. Filmin rejissoru Ancelina Colidir. Filmin büdcəsi 13 milyon dollardır. Filmdə Bosniya müharibəsi fonunda müəyyən bir sevgi hekayəsi təsvir edilir.

Digər lüğətlərdə