BARƏ₁

[ fars. ] Adətən nisbət şəkilçiləri ilə işlənir – xüsusda, xüsusunda, haqqında. Bu barədə fikriniz nədir? Bu məsələ barəsində mən heç bir şey deyə bilmərəm.
– Sultan bu sözlərdən sonra Bahadıra baxıb, onun bu barədə sözünü gözlədi. N.Nərimanov.
Burada mənim söhbətim “Kimyagər” komediyası barəsindədir ki, bir gün o pyesi biz həvəskarlar, haman səhnədə mövqeyi-tamaşaya qoyurduq. C.Məmmədquluzadə.
İkinci xahişim odur ki, baş aqronom Məcid Əlyarov barəsində yazdığım əmri təsdiq elə. M.Hüseyn.

// Hər barədə, hər cəhətdən.
Hər kəs onun [Mirzə Süleymanın] yerində olsaydı, elə atasından inciyərdi, çünki kişi çox zəhmət çəkmişdi və hər bir barədə öz işini düzəltmişdi. B.Talıblı.

BARELYÉF
BARƏ₃
OBASTAN VİKİ
Tarix qavramı barədə tezislər
Tarix qavramı barədə tezislər — Alman-yəhudi filosof Valter Benyaminin 1940-cı ildə Gestapodan qaçarkən intihar etməsindən bir necə ay öncə şəxsi qeydləri arasına yazdığı tezislər nəzərdə tutulur. Benjaminin tarix düşüncəsi avtomatik bir inqilab gözləyişinin yersizliyi tənqidi ilə başlayır. Benjaminə tarixi əzilənlərlə əzənlər arasından intiqam alma sahəsi olaraq təsəvvür edir. Benjaminin əsas tənqid hədəfləri o dövrün sosial-demokratlarıdır. Ona görə kültür və mədəniyyət nümunələri əzənlərin qanlı zəfərləri üzərində yüksələn barbarlıq nişanələridir. Gec kəşf edilən əsər olmasına baxmayaraq, sol teleolojik tarix təxəyyülündə və fəhlə sinfinin mütləq inqilab edəcəyi fikrində mühüm qırılmağa səbəb olmuş, Yəhudi ilahiyyatı ilə Marksist ideologiyanı qovuşdurmuşdur.

Digər lüğətlərdə