BARINMAQ

f. Himayə altına girmək, sığınmaq, himayə olunmaq, mühafizə olunmaq, qorunmaq, yedirilib-içirilmək, bəslənmək.
Yaylağımda el barınar, gül bədənlər bəslənər; Obaların arxasında kəkliklərim səslənər. M.S.Ordubadi.
[Məsmə:] Bu yandan da uşaq ac-susuz buralarda qalıb nə yeyəcək, nə barınacaq. Mir Cəlal.

Etimologiya

  • BARINMAQ Bar (məhsul) sözündən bərk-i-mək qəlibi üzrə əmələ gəlib. “Məhsul (yemək) əldə etmək, bəslənmək” deməkdir
BARINMA
BARIŞ

Digər lüğətlərdə