BAYIR-BACA

is. Çöl, bayır, ümumiyyətlə, hər hansı bir yer.
Pəri xanım kəndli qızı idi, necə olmuş olsa da, gənə bayırbacaq görmüşdü. (Nağıl).
[Cəfər əminin] əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı var idi. H.Nəzərli.
Bəlkə elə bayır-bacaqda Allahqulu kimilərin ağzına dil verən də Veysdi? Ə.Əbülhəsən.

// Həyət, evin ətrafı.
Qapıbacanı əhənglə ağartmaq, evlərin bayırbacağını süpürmək … ümumi bir həvəs idi. H.Sarabski.

BAYIR
BAYIR-BACAQ
OBASTAN VİKİ
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Sisanna Baca
Sisanna Baca (24 may 1944) — məşhur Perulu müğənni; Peru Mədəniyyət naziri (2011-dən). Sisanna Baca 2002-ci ildə "Lamento Negro" albomu ilə Latın Gremmi mükafatını alıb. O, 2011-ci ildə – 67 yaşında Peru Mədəniyyət naziri təyin olunub. Ölkənin İspaniyanın əsarətindən çıxıb müstəqillik qazandığı vaxtdan – 1821-ci ildən bəri ilk qaradərili naziri olmuşdur.
Bayır üzük-çalovabənzər əzələ
Bayır üzük-çalovabənzər əzələ (lat. musculus cricoarytenoideus lateralis) — qırtlağın əzələsi.
Bayır şəhər yaşayış yeri
Bayır şəhər — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. == Haqqında == 1977-ci ildə Kamaltəpənin Cənub ətəyi meşə örtüyündən təmizlənən zaman, buradan da yaşayış yeri xarabalığı üzə çıxmışdır. Bu xarabalıq təxminən 10 hektarlıq bir ərazini əhatə edir. Onun şimal kənarında Kamaltəpə və Qalanın cənub divarları yerləşir. Qərb tərəfdən axan Qaraçay isə yaşayış yerinin xeyli hissəini yuyub aparmışdır. Cənub tərəfdən Kamaltəpəyə qalxan köhnə yol yeri də var. Yeni aşkar edilən yaşayış yeri xarabalığı, Qalanın cənub divarından bayır tərəfdə yerəşdiyi üçün onu şərti olaraq Bayır şəhər adlandırırlar. XIX əsrn 40-cı illərində Qəbələ şəhər xarabalığını nəzərdən keçirən A. Yanovski Bayır şəhər abidəsi üçün elmi əhəmiyyəti olan şifahi məlumat toplaya bilmişdir. Onun əldə etdiyi məlumata görə, şəhər xarabalığa çevriləndən sonra Qalanın cənub ətəyində (yerli əhalinin dili ilə desək Çuxurda) yaşayış davam edirdi. O zaman artıq əhali bu yeri Qəbələ deyil, yerin təbii-coğrafi quruluşuna görə Çuxur-Qəbələ adlandırırdı.
Budun bayır dəri siniri

Digər lüğətlərdə