BAYIR

is.
1. Binanın və s.-nin xarici; eşik, həyət, çöl, dişarı, kənar, açıq yer. Bayırda qar yağır. Bayırda hava necədir? İndicə bayırdan gəldi. Bayırdan musiqi səsi gəlir. Uşaqlar bayırda oynayırlar.
– Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlıarabalı dərəyə uçub ölməyini xəbər verdi. S.S.Axundov.
Bayırda bərk xəzri əsirdi. M.İbrahimov.
Onların hər ikisi pəncərədən bayıra baxdı. Ə.Sadıq.

□ Bayıra atmaq (basmaq) dan. – qovmaq, çıxarmaq.
O katibi birdəfəlik bayıra atmaq lazımdır. S.Rəhimov.

2. dan. Üz, zahir, xarici görünüş. İçərim özümü yandırır, bayırım özgəni. ( Ata. sözü ).
3. Adətən “sayır-bayır” şəklində dan. – boş, hədərən-pədərən, rabitəsiz, mənasız. Sayır-bayır danışmaq. Gecə-gündüz sayırbayır danışırdım.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAYIR üz — zahir
  • BAYIR eşik — çöl — dişari
  • BAYIR BAYIR, ÇÖL (bax), EŞİK, XARİC
BAYILTMAQ
BAYIR-BACA
OBASTAN VİKİ
Bayır üzük-çalovabənzər əzələ
Bayır üzük-çalovabənzər əzələ (lat. musculus cricoarytenoideus lateralis) — qırtlağın əzələsi.
Bayır şəhər yaşayış yeri
Bayır şəhər — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. == Haqqında == 1977-ci ildə Kamaltəpənin Cənub ətəyi meşə örtüyündən təmizlənən zaman, buradan da yaşayış yeri xarabalığı üzə çıxmışdır. Bu xarabalıq təxminən 10 hektarlıq bir ərazini əhatə edir. Onun şimal kənarında Kamaltəpə və Qalanın cənub divarları yerləşir. Qərb tərəfdən axan Qaraçay isə yaşayış yerinin xeyli hissəini yuyub aparmışdır. Cənub tərəfdən Kamaltəpəyə qalxan köhnə yol yeri də var. Yeni aşkar edilən yaşayış yeri xarabalığı, Qalanın cənub divarından bayır tərəfdə yerəşdiyi üçün onu şərti olaraq Bayır şəhər adlandırırlar. XIX əsrn 40-cı illərində Qəbələ şəhər xarabalığını nəzərdən keçirən A. Yanovski Bayır şəhər abidəsi üçün elmi əhəmiyyəti olan şifahi məlumat toplaya bilmişdir. Onun əldə etdiyi məlumata görə, şəhər xarabalığa çevriləndən sonra Qalanın cənub ətəyində (yerli əhalinin dili ilə desək Çuxurda) yaşayış davam edirdi. O zaman artıq əhali bu yeri Qəbələ deyil, yerin təbii-coğrafi quruluşuna görə Çuxur-Qəbələ adlandırırdı.
Budun bayır dəri siniri
Bayırku yürüşü
Bayırku yürüşü – Qapağan xaqanın Doqquz Oğuzlardan Bayırkular üzərinə təşkil etdiyi və qələbə qazandığı son yürüşüdür. == Döyüşdən əvvəl == Göytürk imperiyası böyük siyasi qarışıqlıq içərisində idi. Tanq imperatoru Hsüan Tsunq Qapağan xaqanı tamamilə ortadan qaldırmaq ya da ələ keçirmək istəyirdi. Bu məqsədlə Göytürk dövlətində üç ayrı bölgədə olan və Tanq ilə daha əvvəllər ittifaq qurmuş olan türk boylarının öndərlərinə daha öncə də edildiyi kimi müxtəlif titullar və hədiyyələr təqdim edildi. Beləcə, türk boyları Göytürk xaqanlığına qarşı üsyan etmələri üçün təhrik edildilər. 709-cu ildə çiklər və qırğızlar, 711-ci ildə türkeşlər, 714-cü ildə də qarluqlar üsyan qaldırdı və üsyanlar bir-birinin ardıyca meydana çıxdı. Buna əlavə olaraq, Qapağan xaqanın mərhəmətsizcə bütün üsyanları yatırtması vəziyyətin daha da pisləşməsinə səbəb oldu. Bir çox türk boyu Tanq sülaləsinə sığındı. Hətta bir müddət sonra Qapağan xaqanın öz kürəkəni Aşidə Hu-lu da Tanqa bağlılığını bildirdi. == Döyüş == Üsyanlar ardı-ardına davam edərkən bu dəfə də Göytürk xaqanlığının onurğasını təşkil edən Doqquz Oğuzların üsyan etməsi dövləti çətin vəziyyətə saldı.

Digər lüğətlərdə