1. Nəzarətsiz, baxımsız, himayəsiz. Başlı-başına qoymaq (buraxmaq). Başlı-başına qalmaq.
– [Sərdar Rəşid:] Mən heç vaxt səni başlı-başına qoyub getmək istəməzdim.
2. Öz bildiyi kimi, özbaşına, kefi istədiyi kimi, sərbəst. Başlı-başına işləmək. Başlıbaşına hərəkət etmək.
3. Öz-özünə, özbaşına, başqasının köməyi olmadan.
[Dəmirov:] Yoxsa başlı-başına belə bir bağ düzün ortasında əmələ gələ bilməz.
4. Boş, adamsız, sahibsiz. Başlı-başına qalmış ev (bağ).
– …Gurultu ilə keçən soldat oynağı olan küçələr indi başlı-başına idi.