BELƏ

əvəz.
1. Bu cür, bu təhər, bu kimi, bu sayaq. Mən belə adam görməmişəm. Belə işlərə yol vermək olmaz.
– Fikirləşirəm, … axırda yəqin edirəm ki, hələ gərək belə də olsun. M.Ə.Sabir.
[Suraxanski:] Mən heç vaxt … demərəm ki, məni tərif et.
Belə təvəqqe ancaq mənə əskiklik gətirib, mənim şənimə toxunar. Ə.Haqverdiyev.

// Bu qədər, bunca.
Belə gec niyə gəldin? – Sən ki bu qaydada belə gözəlsən; Yoxdu gözəllikdə sənə tay, gözəl. Aşıq Abbas.
[Kərbəlayı Rəcəb:] Hacı, dərdin alım, nöşün belə kəmhövsələ olmusan? N.Vəzirov.

2. “Hətta” mənasında bağlayıcı kimi işlənir.
Firidun sual belə vermədən xarabaya girdi. M.İbrahimov.
Beş dəqiqə belə keçməmiş asfaltlı yolda təzəcə abı rəngə boyanmış … maşın göründü. M.Hüseyn.
Burada ağaclar belə sınmış, bağçalar qurumuş, … heyvanlar belə sanki qaçıb bu kənddən uzaqlaşmışdılar. Ə.Məmmədxanlı.

3. Bu boyda, bu yekəlikdə. Belə ağacın başına qalxmaq çətindir.
4. dan. Bu tərəfə, bu yana, o tərəfə, o yana. Bir-birimizdən ayrıldıq, mən belə gəldim, o belə getdi.
5. “Bundan”, “bu gündən” sözləri ilə bərabər: bundan sonra, bundan etibarən, başlayaraq. Bundan belə mən sizə gəlməyəcəyəm.
– Nə yaraşır sana, divanə könül; Həmdəm olmaq yara bu gündən belə. Q.Zakir.

6. Yalnız cəm şəklində: belələr(i) – bu cür adamlar.
Belələrinə söz kar eləmir. M.Hüseyn.

7. Qoşa şəkildə: belə-belə – bax belə 1-ci mənada.
Bizə belə-belə adamlar lazım deyil. C.Məmmədquluzadə.
Belə-belə fikirlər Rüstəm bəyi artıqlığınca məşğul edirdi. Çəmənzəminli.
Sən belə-belə işlərə qarışmasan, yaxşıdır; özüm bilərəm. Ə.Əbülhəsən.

8. “Ki” bağlayıcısı ilə: belə ki (əski forması “belə kim”) – nəticə bildirən qovuşuq cümlələri birləşdirən bağlayıcı yerində işlənir (“buna görə də” mənasında). Belə kim mən görürəm dilbərimin, qəmzəsini; Öldürür aşiqi-sərgəştəni mərdanə bu gün. Reyhan xanım.
◊ Belə ha – tərif, bəyənmə mənasında işlənən nida. Bir qarı fəxrlə dedi: – Belə ha!… Deyəsən, bu gündən belə xəstəni xəstəxanaya çalğı ilə aparacaqlar. Kirpi”.

Elə belə1) nə yaxşı, nə pis, babat, miyanə, orta;
2) müəyyən məqsədsiz, qərəzsiz, bikarçılıqdan. Elə belə tində durmuşdum.
[Qaçay:] Elə belə demək istəyirsənsə, de. Z.Xəlil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BELƏ BELƏ [Suraxanski:] Belə təvəqqe ancaq mənə əskiklik gətirib, mənim şənimə toxunar (Ə.Haqverdiyev); BU CÜR Pəs bu cür mənfəətli sövdədən hansı axmaq qa

Omonimlər

  • BELƏ BELƏ I əvəz. İşarə mənasında işlədilən əvəzlik. O belə adamlara həmişə hörmət etməyi sevirdi (Ə.Vəliyev)

Etimologiya

  • BELƏ Bu sözün əsli bulayu olub və “bu sayağı” deməkdir. Tatar dilində həmin kəlmə bolay kimi işlədilir, əslini bir qədər hifz edə bilib
BELETÁJ
BELƏCƏ

Digər lüğətlərdə