1. İnsan və heyvanın üzündə iybilmə və tənəffüs orqanı. Dik burun. Düz burun. Yastı burun. Burun pərdəsi (burun deşiklərinin arasındakı pərdə).
2. Müxtəlif şeylərin, alətlərin və s.-nin uc tərəfi, irəli çıxan hissəsi. Çəkmənin burnu. Dəhrənin burnu. Külüngün burnu.
□ Burun vurmaq – tənəklərin uclarını kəsmək.
3. coğr. Qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi. Zığ burnu. Ümid burnu.
◊ Burnu qanamamaq – heç bir zərər görməmək.
Burnu ovulmaq – cəzalanmaq.
Burnundan düşmək – tamamilə oxşamaq, eyni olmaq.
Burnundan gəlmək – ziyan görmək, zərər çəkmək, xeyrini görməmək, çox pis nəticələnmək.
Burnunu ovmaq – cəzalandırmaq. [İbrahim xan:] Kəlbəli qudurub, məni tanımaq istəmir.
Burnunu yuxarı tutmaq – iddialanmaq, lovğa olmaq, təşəxxüs satmaq, başqalarına xor baxmaq.
Burnunun ucu göynəmək – əldə edilə bilməyən bir şeyi çox arzu etmək, həsrətini çəkmək.
Burnunun ucunda – lap yaxınlıqda.