1. Həcmcə və ya miqdarca artmaq, genişlənmək. Şiş böyümüşdür. Mikroskop altında mikrob yüz dəfə böyümüşdür. Sürülər xeyli böyümüşdür.
2. Artmaq, şiddətlənmək, güclənmək, qüvvətlənmək. Mübahisə böyüdü. Qovğa böyüdü. Söhbət böyüdü.
3. Boy atmaq, uzanmaq, yetişmək, inkişaf etmək. Uşaqlar böyüyür. Evkalipt ağacı çox tez böyüyür. Taxıllar bu il çox gec böyüdü.
4. Hər hansı bir yerdə ömür keçirmək, yaşamaq, cavanlığını, uşaqlığını keçirmək. Uşaq yaxşı mühitdə böyüyür.
5. Vəzifəsi, rütbəsi, nüfuzu, hörməti artmaq; yüksəlmək. Onun vəzifəsi böyümüşdür.