Albrext fon Run
Albrext fon Run (alm. Albrecht Theodor Emil Graf von Roon; 30 aprel 1803 – 23 fevral 1879, Berlin) — qraf (19 yanvar 1871-ci il), alman hərbi və siyasi xadimi, Prussiya general-feldmarşalı (1 yanvar 1873-cü il).
2 sentyabr 1859-cu ildən Prussiyanın hərbi naziri, bu vəzifədə 1873-cü ilədək qaldı. Bir sıra əhəmiyyətli hərbi islahatlar keçirdi, hərbi qulluq üç illik oldu, ordunu daha çevik vəziyyətə gətirdi. Prussiyanın 1864-cü ildə Danimarka ilə , 1866-cı ildə Avstriya ilə , 1870–1871-ci ildə Fransa ilə muharibələrində qələbə çalmasında böyük rol oynadı.
I Vilhelm ilə hərbidən dost idi və ona Otto fon Bismarkı kansler təyin etməyi məsləhət bilmişdi.
Roon W. von: Denkwürdigkeiten aus dem Leben des General-Feldmarschalls Kriegministers Grafen von Roon, Bd.1–2, Breslau 1892.
Vikianbarda Albrext fon Run ilə əlaqəli mediafayllar var.