Country Music Television
CMT orijinal adı ilə CMTV, Viacoma məxsus olan Amerika Birləşmiş Ştatları.ödənişli televiziya kanalıdır O öz adını "Country Music Television" qısaltmasından alır.Yerli musiqilərə həsr olunmuş ilk milli kanaldır. Kanalda proqramlaşdırma öncəlik olaraq kantri musiqisinə seçilir. musiqi videoları , bəstəkarlərın konsertləri vəkontri musiqi ulduzlarının çıxışları kanalın proqramına daxildir.. CMT-nin hazırkı proqramı əsasən reality şoular və seriyallardan ibarətdir
2018-ci ilin yanvar ayından etibarən təxminən 92 milyon Amerikalı evlərində (və ya təxminən 119.2 milyon televiziya izləyicisinin 76.9%-i) CMT tezliyini qəbul edir. Kanal Nyu-Yorkda və Naşvildə ofislərə malikdir.
CMTV, Kontri Musiqi Televiziyasının öncüsü Glenn Daniels tərəfindən, Video World Productions şirkətinin Hendersonvil Tenesi şəhərində təsis edilib. Daniels, Telestar Korporasiyasının mülkiyyət qrupunu və Blinder Robinson & Company investisiya bankını bir araya gətirərək bu təşəbbüsə nail oldu. Daniels həmçinin proqram direktoru və şəbəkənin ilk prezidenti kimi çıxış etdi.
Şəbəkə 5 mart 1983-cü il saat 6: 19-da yayına başlamışdır. .Kanalın əsas rəqibi TNN-idi , Faron Younq 1971-ci ildəki "Dördüncü Gündüz " adlı hiti ilk TV proqaramı olaraq yayınlandı.