DÜNƏNKİ

sif. Dünən olmuş, bir gün əvvəl vaqe olmuş, baş vermiş. Dünənki yağış. Dünənki hadisə. Dünənki iclas uzun çəkdi.
– Dünənki gün də gün idi, bu gün də bir gündür. S.Ə.Şirvani.
[Muzdurun] nitqi kəsildi, ay aman, olmaya ki, dünənki çamadan əhvalatıdır. S.M.Qənizadə.

// Yaxın, ya uzaq keçmişdəki, əvvəlki, olub bitmiş. Bu, dünənki məsələdir. Dünənki işləri yada salma.
– Dünənki boz çöllərdə; Axar zümrüd kimi su. M.Seyidzadə.

Antonimlər (əks mənalı sözlər)

  • DÜNƏNKİ DÜNƏNKİ – BAYAQKI Dünənki bu çöllərdə; Axar zümrüd kimi su (M.Seyidzadə); Eynəkli kişinin bayaqkı istehzalı baxışından əsər-əlamət qalmadı (C
DÜNƏN
DÜNGÜN
OBASTAN VİKİ
Dünənki keçdi
Dünənki keçdi — 1983-ci il Çingiz Mustafayevin və "Ozan" qrupunun mahnısı. Mahnının musiqisi və sözləri Rasim Müzəffərliyə aiddir. Mahnı Azərbaycan dilində ilk rep mahnısı kimi tarixə düşmüşdür.
Dünənki keçdi (mahnı)
Dünənki keçdi — 1983-ci il Çingiz Mustafayevin və "Ozan" qrupunun mahnısı. Mahnının musiqisi və sözləri Rasim Müzəffərliyə aiddir. Mahnı Azərbaycan dilində ilk rep mahnısı kimi tarixə düşmüşdür.

Digər lüğətlərdə