DƏŞT

is. [ fars. ] klas. Çöl, səhra, biyaban.
Əqlü-huşum gedib bir Leylivəşdə; Məcnunişeyda tək düşmüşəm dəştə. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏŞT dəşt bax səhra
DƏŞNƏ
DƏŞTİ
OBASTAN VİKİ
Dəşt mahalı
Dəşt mahalı — Urmiya xanlığına bağlı məntəqələrdən biri. == Tarixi == Dəşt mahalının ərazisi əsasən dağlıq və təpəliklərdən ibarətdir. O, cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə mahalı, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəddir. Mahalın dərələrindən və düzənliklərindən bir sıra çaylar, çeşmələr axır. XVIII və XIX əsrlərdə mahal bəyləri Bərdəsur kəndindəki qalada yaşayırdılar. Dəştin dağlarında bir neçə tayfa, o cümlədən Hərgi adlı kürd əşirəti yaşam sürürdü. Onlar qışda Amadi vadisinə köçürdülər.
Mirabad (Dəşt)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (15 ailə).
Dəşt-i Qıpçaq
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. == Tarixi == Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir. Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Dəşt Azadegan şəhristanı
Dəşt Azadegan şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Susəngerd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 96,115 nəfər və 16,604 ailədən ibarət idi.
Dəşt Azadəqan şəhristanı

Qaragöl (Dəşt dehistanı)
Qaragöl (fars. قره گل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 349 nəfər yaşayır (65 ailə).
Qurttəpə (Dəşt dehistanı)
Qurttəpə (fars. قورت تپه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,447 nəfər yaşayır (317 ailə).
Dəşt-i Gəndoman (Piranşəhr)
Dəşt-i Gəndoman (fars. دشت گندمان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (6 ailə).
Dəşt-i Qürə (Nəqədə)
Dəşt-i Qürə (fars. دشت قوره‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 610 nəfər. yaşayır (93 ailə).
Dəşt-i Dena-yi yek
Dəşt-i Dena-yi yek (fars. دشت دنايك‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 37 ailədə 82 nəfəri kişilər və 91 nəfəri qadınlar olmaqla cəmi 173 nəfərdir. Kəndin əhalisi qaşqayların Lərki tayfasına mənsubdur, qaşqay türkcəsində danışırlar və şiə müsəlmandırlar.
Xızıri Dəşt Bəyaz
Xızıri Dəşt Bəyaz — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Nimbeluk bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,930 nəfər və 1,385ailədən ibarət idi.
Dəştabad (Özbəkistan)
Dəştabad (özb. Dashtobod) — Özbəkistanın Cizzəx vilayətində şəhər.
Dəştabi bəxşi
Dəştabi bəxşi (fars. بخش دشتابی‎) , (az.-əski. دشتابی بؤلومو‎) iranın Qəzvin ostanının Buyinzəhra şəhristanının ərazisinə daxil olan bəxş.
Dəşti-Kəbir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Dəşti-Kəvir

Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Dəşti-Marqo
Dəşti-Marqo (fars. دشت مارگو‎) — gilli-qumlu səhra, Yaxın Şərqdə, Əfqanıstannın cənub-qərbində, Qilmend çayı ilə Xaşrud çayı arasında qərarlaşır. Səhranın sahəsi 150 000 km², hündürlüyü 500–700 m təşkil edir. Cənub-qərbində qumlu massiv yerləşir. Burada takır və şoranlıqlar geniş sahə tutur.
Dəşti-Naümid
Dəşti-Naümid (fars. دشت ناامید‎) - Orta Asiyada, Əfqanıstan - İran sərhədində yerləşən səhra. Dəşti-Kəvir səhrasının tərkib hissəsini təşkil edir.
Dəşti-Qıpçaq
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. == Tarixi == Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir. Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Dəşti (Sərdəşt)
Dəşti (fars. دشتي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (14 ailə).
Dəşti şəhristanı
Dəşti şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xurmoc şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 71 285 nəfər və 15 465 ailədən ibarət idi.
Dəştistan şəhristanı
Dəştistan şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Borazcan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 222,226 nəfər və 47,773 ailədən ibarət idi.
Dəştivənd mahalı
Dəştivənd mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Uluf mahalı, şərqdən Xəzər dənizi, qərbdən Səfidəşt mahalı, şimaldan isə Salyan sultanlığı ilə həmsərhəd idi. Mahalın ərazisi indiki Boradigah kəndindən Göytəpə çayına kimi uzanırdı. "Cəvahirnameyi-Lənkəran" əsərində Dəştivənd mahalı ilə Ərkivan mahalının eyni mahal olduğu bildirilir. Talış xanlığındakı mahallardan ən böyüyü olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərq hissəsi isə düzənlik olan bir mahal olmuşdur. Dəştivənd mahalında türk kəndlərinin sayı talış kəndlərinin sayından çox idi. Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə, türklər bu əraziyə yeni gəlmişdi və xeyli çoxalmışdılar. Əhalinin mütləq əksəriyyəti şiə olan mahalda yaşayanların əsas məşğuliyyəti ipəkçilik idi. Bu tarixi mahalın ərazisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun qeydlərinə əsasən hazırda qismən Cəlilabad, qismən də Masallı və Salyan rayonları tərkibindədir.
Dəştə (Sərdəşt)
Dəştə (fars. دشته‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (8 ailə).
Dəştəndar
Dəştəndar (fars. دشت اندر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (14 ailə).
Məhəmməd xan Dəşti
Məhəmməd xan Dəşti (1852-?)—Dəştinin xanlarından, Nasirəddin şah Qacar dövrünün şairlərindən. Məhəmməd xan Hacı xan oğlu 1852-ci ildə İranın Fars əyalətinin Dəşti bölgəsinin Şunbə kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi.

Digər lüğətlərdə