DƏF₂

[ ər. ]
1. Özündən uzaqlaşdırma, sovuşdurma, rədd etmə.
[Vəli:] Bizim borcumuz bunları dəf üçün hər yolla çalışmaqdır. Ə.Haqverdiyev.

□ Dəf etmək (eləmək) – ortadan qaldırmaq, bərtərəf etmək.
[Əziz bəy:] Amma Ağa Həsən kimi nadürüstlərin hiyləsini və zərərini dəf edə bilər. M.F.Axundzadə.

Dəf olmaq – uzaqlaşmaq, sovuşmaq, başdan olmaq, rədd olmaq, yox olmaq, ortadan qalxmaq.
2. Həmləni geri qaytarma, hücumun qarşısını alma, müqavimət göstərmə.
□ Dəf etmək – qaytarmaq, qarşısını almaq (hücumun və s.).
Qoşun düşmənin hücumunu dəf etməyə çalışırdı. Çəmənzəminli.
…Nəhayət, ayın iyirmi doqquzundakı həmləsi də dəf edildikdən sonra, düşmən böyük tələfatla geri çəkilmişdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏF dəf bax qaval

Omonimlər

  • DƏF DƏF I is. [ ər. ] mus. Zərbli musiqi alətlərindən biri, qaval. Bir neçə dəqiqədən sonra, qızlar dəf, ud və kamança ilə gəlib oturdular (M
DƏDƏVERDİ
DƏF₁

Digər lüğətlərdə