Qısa vaxt, an, ləhzə. (“Koroğlu” dastanının lüğəti)
Sən demə, Bolubəygil də bu dəmdə elə buraları gözdən keçirmişdilər. (“Koroğlu ilə Bolu bəy”)
*
Koroğlu der dəm bu dəmdi,
İslam ləşkəri möhkəmdi,
Savaş bir toydu, bayramdı,
Könül qəmdən açan gəlsin.
(Paris nüsxəsi, 2-ci məclis)
Kef, nəşə. (“Koroğlu” dastanının lüğəti)
Qəmli könül dəmə gəlməz,
Dərdi olan ağlar, gülməz,
Qorxaqlar ər qədri bilməz.
Ağlama, Nigar, ağlama!..
(“Koroğlunun Bayazid səfəri”)