1. Mağaza, dükan və s.-də pulların yığıldığı yeşik, sandıqça; kassa. Daxılda nə qədər pul var? Pulu daxıla qoymaq.
– Puldan da yana qəti cavab verdi ki, … indi daxılında doqquz manat tapılar…
Mahmud daxılın üstündəki qamçını gördüsə də, buna heç bir məna vermədi.
2. İçinə xırda pul toplamaq üçün dəmirdən, gipsdən və s.-dən düzəldilmiş, üzərində pul salmaq üçün deşiyi olan kiçik qutu və s.