DİDİŞMƏ


1.Didişmək”dən f.is.
2. is. məc. Dava, qovğa, çəkişmə, çeynəşmə, boğuşma.
İki qardaş arasında olan didişmələr get-gedə uzandı. A.Şaiq.

□ Didişmə düşmək – vuruşma, döyüşmə baş vermək, qovğa düşmək;
// bir-birinə macal verməmək, boğuşma düşmək, bir-birini didmək, didişmək.
[Əmiraslan baba:] Çərçilərin xurcunlarından bir sırıq bafta, ya bir top güləbətin çıxanda qız-gəlin toplaşar, bir didişmə düşərdi ki, gəl görəsən. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİDİŞMƏ dava — qovğa — çəkişmə — boğuşma
DİDİŞDİRMƏK
DİDİŞMƏK

Digər lüğətlərdə