DİLRÜBA

sif.is. [ fars. ] şair. Ürəyi cəlb edən, ürəkçəkən, xoşagələn, məftunedici.
[Böyükxanım] gah-gah öz-özünə dilrüba bir səslə oxuyub ayaqlarını oynadırdı. M.S.Ordubadi.
…Azərşəhr, doğrudan da, Azərbaycanın dilrüba bir guşəsidir. M.İbrahimov.

// Dilbər, gözəl, canan.
Şəninə dedim şirin söz, bir şey ondan dadmadım; Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm. M.P.Vaqif.
Xəyali-yar edib aldım bu şəb ol dilrübadan həzz. S.Ə.Şirvani.
[Dərviş:] Gecələr bu dilrübanın keşikçisi, gündüzlər qulu oldum. A.Divanbəyoğlu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLRÜBA dilrüba bax 1. ürəkaçan; 2. gözəl
DİLPƏSƏND
DİLSİZ
OBASTAN VİKİ
Dilrüba Sultan
Dilrüba Sultan (Osmanlı türkcəsi: ديلروبا سلطان)(d. 1594 - ö. 1623) — III Mehmedin Həlimə Sultandan doğulan qızıdır. I. Mustafanın doğma, I Əhmədin isə ögey bacısıdır. == Həyatı == Dilrüba Sultan 1594-cü ildə atasının Manisa sancaqbəyliyi dövründə dünyaya gəlmişdir. Anası Həlimə Sultan əslən çərkəzdir. Atasının vəfatının ardından taxta çıxan I Əhməd qardaşına toxunmadı. Bununla da, həm Şahzadə Mustafa, həm də bacısı ilə anası sarayda güc qazandı. Sultan Əhmədin səltənəti dövründə təxminən 1610-cu ildə Rumeli bəylərbəyi Qara Davud Paşa ilə evləndirildi. Qardaşı I Mustafanın ilk səltənətində anası və əri Davud Paşa ilə birlikdə dövlət məsələləri ilə məşğul oldu.

Digər lüğətlərdə