direct1
adj 1. düz; a ~ road düz yol; ~ line düz xətt; 2. birbaşa; bilavasitə; açıq-aydın, şübhəsiz; a ~ lie açıq-aydın / ağ yalan; a ~ train birbaşa qatar; 3. açıq, düz üzünə; aydın; a ~ answer açıq cavab; a ~ statement aydın bəyanat; 4. tam; mütləq; absolyut; ~ opposite / contrary mütləq əkslik; 5. el. sabit; ~ current sabit cərəyan
direct2
v 1. yönəltmək, tuşlamaq; istiqamətləndirmək, istiqamət vermək; yol göstərmək; to ~ one’s steps to the house evə yollanmaq; to ~ attention to an interesting fact diqqəti maraqlı fakta yönəltmək; 2. rəhbərlik / idarə / nəzarət etmək; to ~ a business müəssisəyə rəhbərlik etmək; 3. göstəriş vermək, təklif etmək; to ~ smb. to come gəlmək üçün bir kəsə göstəriş vermək; 4. məsləhət / öyüd / öyüd-nəsihət vermək; to ~ smb. in matters of diplomacy bir kəsə diplomatiya məsələləri üzrə məsləhət vermək; 5. ünvanlamaq; göndərmək, adresə / ünvana göndərmək; to ~ a letter / a parcel to smb. bir kəsə məktub / bağlama göndərmək; 6. dirijorluq etmək; to ~ an orchestra orkestrə dirijorluq etmək
direct3
adv düz, düzünə; birbaşa, bilavasitə; to go / to come ~ to London birbaşa Londona getmək / gəlmək