1. Bolşevik inqilabından əvvəl: yerlərdə olan inzibati hökumət idarələrinə verilən ümumi ad.
// Bu idarələrin yerləşdiyi bina.
Bunların çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hansı əməlin ucundan onları divanxana qabağına toplayıblar.
2. Məhkəmə və onun yerləşdiyi bina.
[Hacı Fərəc:] Divanxanalarda bütün məmurları təngə gətirmişəm.
Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi.
3. tar. Şərq ölkələrində: padşah saraylarında rəsmi qəbul otağı.
Fəxrəddin və Ələddin baş endirib Toğrulun divanxana otağından çıxdılar.
Şərq ölkələrində saray səciyyəli yaşayış binalarının rəsmi qəbul hissəsi divanxana adlanır.