DOD

dod vermək – bax dodu vermək (“dodu”da).
DO₂
DODAĞABƏNZƏR
OBASTAN VİKİ
Dodaq
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Dodaq boyası
Dodaq boyası — əsasən qadınların dodaqlarına çəkdikləri müxtəlif rəngli kosmetik məhsul. Dodaq boyama mədəniyyəti təxminən 5000 il bundan əvvələ təsadüf edir. Dodaq boyasını ilk icad edənlər qədim Mesopotomiyalılar hesab edilir. Qədim zamanlarda qadınlar dəyərli daşları əzərək əldə etdikləri rəngdən dodaqlarını boyamaq üçün istifadə etmişlər. Qədim Misirdə isə dodaq boyasından istifadə kral və şahzadə ailələrinə mənsub olmuş, onlar böcək, bitki, yod, brom, yosun, balıq pulcuğu və oxralardan istifadə edərək dodaq boyası əldə edirdilər. Orta əsrlərdə kilsə güclü bir təşkilat idi və buna görə dodaq boyasını günah hesab etdiyi üçün qadağan etmişdir, amma sonrakı dövrdə bu mədəniyyət sərbəstləşdirilmişdir.
Dodaqayaqlılar
Dodaqayaqlılar və ya çiyanlar (lat. Chilopoda) — buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif. Dodaqayaqlıların bədəni dartılmış, bel-qarın istiqamətində yastılanmış olub, başa və hər seqmentində bir cüt qaçış ətrafı olan seqmentləşmiş gövdəyə bölünür. Anal-genital sahəni təmsil edən birinci və bir neçə sonuncu seqmentlərdə ətraflar olmur. Başın ön kənarında seqmentləşmiş antenalar (bir cüt) yerləşir. Başın böyürlərində bəzən böyük topalar əmələ gətirən mürəkkəb faset gözə (milçəktutanlarda) bənzəyən gözcüklər yerləşir. Bəzən isə daim torpaqda yaşayan formalarda (geofil və kriptoslarda) gözlər olmur. Ağız hissələri 3 cüt çənə ilə təmsil olunmuşdur. Xilopodların ayaqları çanaqcıq (geofillərdə) reduksiyaya uğramışdır, burma (skolopendrkimilərdə son cüt ayaqlarda reduksiyaya uğramışdır), budönü, bud, baldır və pəncəkdən ibarət olub, buğumlarının sayı 1-2-yə çatır. Son cüt ayaqların arxasında gövdənin buğumlu çıxıntıları – dişi və erkək qonopodiyaları olan genital-anal şöbəsi yerləşmişdir.
Dodaqdan Qəlbə
Dodaqdan qəlbə (roman)
Dodaqdan qəlbə (roman)
Dodaqdan qəlbə (türk. Dudaktan Kalbe) — Rəşad Nuri Güntəkinin ilk dəfə 1925-ci ildə nəşr olunmuş romanı. Roman kiçik yaşlarında çoxlu əziyyət və məşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir. Uşaqlığı çətin keçən Kənan məşhur bəstəkar ikən san-şöhrət onun başını gicəlləndirir, keçmişdəki ağrılı-acılı illərinin intiqamını alırmış kimi əyləncəli, qayğısız bir həyat yaşamağa qərar verir. Bu yolda o hətta onun musiqisinə dəlicəsinə vurulan gənc, saf Lamiənin həyatını məhv etməkdən belə çəkinmir. Yetim, köməksiz qızı həyatın axarına buraxaraq gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur. Lakin bu izdivac ona xoşbəxtlik gətirmir. Sonda yalançı şan-şöhrət, zəngin həyat tərzi onu bezdirir, əvvəlki həyatına qayıtmağı, hüzuru lamiyənin sevgisində tapmağı çox arzulayır. Bu istək onda xəstəlik halını alır. Lamiyəyə qovuşmaq istəsə də, buna nail ola bilmir və həyatına intiharla son qoyur.
Dodaqdan Ürəyə
Dodaqdan qəlbə (roman)
Dodaqdəyməz
Dodaqdəyməz (türk. Ləbdəyməz) — aşıq şeiri şəkli. Təcnisin əsas növlərindən biridir. Əsasən, qoşma formasında olur. Dodaqdəyməzin başlıca xüsusiyyəti şeirdə qoşa dodaq samitləri (m, b, p), bəzən isə diş və dodaq samitləri (z, v, f) olan sözlərin işlədilməməsidir. Belə şeirlərin qoşulması çətin olduğundan bu formaya az müraciət edilir. Dodaqdəyməzdə süni kəlmələrdən, təhrif olunmuş ifadələrdən istifadə edilməməlidir. Dodaqdəyməz yüksək sənətkarlıq nümunəsi hesab edilir. Aşıq Ələsgərin "A yağa-yağa", "Çata-çat", "Nə yaxşı-yaxşı", "Ay eylər qıj-qıj" və s. şeirləri dodaqdəyməzin ən gözəl nümunələrindəndir.
Dodaqdəyməz təcnis

Dodaqlar
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Dodaqçiçəklilər
Dalamazkimilər (lat. Lamiaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə daxil olan növlərin əksəriyyəti ot, yarımkol, kol və kiçik ağaclardır. Yarpaqları sadə olub, qarşvq-qarşıya düzülür. İkicinsiyyətli mürəkkəb çiçəkləri salxım və ya süpürgəyəbənzər çiçək qrupunda yerləşir. Fəsiləyə daxil olan 200-ə yaxın cinsiə aid 3500 növ demək olar ki, dünyanın hər yerində, əsasən, Aralıq dənizyanı ərazilərdə, həmçinin Ön və Orta Asiyada geniş yayılmışdır. Azərbaycanda dodaqçiçəklilərin 203 növü məlumdur. Dodaqçiçəklilərin bir çox növü efir yağı ilə zəngindir. Lavanda, rozmarin kimi növlərindən ətriyyatda, kəklikotu, qaraqınıq, nanə və s. kimi növlərindən təbabətdə istifadə olunur.
Dodeh (Həştrud)
Dodeh (fars. دوده‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 177 nəfər yaşayır (37 ailə).
Dodekaedr
Dodekaedr düzgün çoxüzlü.
Dodekafoniya
Dodekafoniya (yunan dilində "dodeko" — 12, "fon" — səs deməkdir) — Arnold Şönberq tərəfindən yaradılan sistem. Şönberq "dodekafoniyanın atası" adlanırdı. 1909-cu ildən Arnold Şönberqin yeni üslub axtarışlarının təməli qoyulur. Bəstəkar tonal musiqinin ənənəvi prinsiplərindən uzaqlaşmağa çalışır. Və beləliklə, o, atonal sistemi yaradır. Bu sistem səslərin sabit — qeyri sabit bölgüsünü inkar edir. Atonallıq üçün xarakterik olan cəhətlər: dissonansların üstünlüyü, həlli olmayan gərginliyin stabilliyi "Gözləmə" monodramında öz əksini tapır. Bu dövrün əsas əsəri "Aylı Pyerro" melodeklomasiya silsiləli vokal məcmuədi. Bu əsərdə həm də vokal partiyasının traktovkası yeni idi. İlk dəfə olaraq, Şönberq burada danışıq oxuma — "şprexqesonq" — növündən istifadə edir.
Dodekan
Dodekan (C12H26) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Dodekanal
Dodekanal (C12H24O) — rəngsiz mayedir. Efir yağlarında olur. Turşuların təsirilə polimerləşə bilir. Digər adı: 2-Metilindekanal. Хейфиц Л. А., Дашунин В. М. Душистые вещества и другие продукты для парфюмерии. — М.: Химия, 1994. — 256 с. — 2 000 экз. — ISBN 5-7245-0967-9 Войткевич С. А. 865 душистых веществ для парфюмерии и бытовой химии. — М.: Пищевая промышленность, 1994.
Dodekanes türkləri
Dodekanes türkləri — 1911-1912-ci illər İtaliya-Türkiyə müharibəsi nəticəsində italyan işğalına məruz qalan Dodekanes adaları 1947-ci ildə Yunanıstana verildi. Yerli türklər Yunanıstan vətəndaşı halına gəlmiş və hazırda bu adalarda təxminən 5 000 türk əsilli şəxs yaşayır. Haqqında danışılan türk icması xüsusilə Rodos və Kos adalarında sıx məskunlaşdıqları üçün Rodos türkləri (3000 nəfər) və ya Kos türkləri (2000 nəfər) də adlandırılırlar. Bundan başqa, adalılar ifadəsi də istifadə edilir, yaxud bəziləri bura Krit adasından köçdükləri üçün mədəniyyət bənzərlikləri səbəbi ilə kritlilər adlandırılır. İtaliyanın əlinə keçdikdən sonra adalardakı yunanlar Yunanıstan ilə birləşməyi tələb etsələr də, türklər Osmanlıya qatılmağı, bu da olmasa, İtaliyanın suverenliyində qalmaq istəyirlər. Bu istiqamətdə 1919-ci ildə "Rodos və İstanköy Müdafa-i Hüquq-i İslamiyyə" Cəmiyyətini qururlar. 1923-cü ildə Dodekanes adaları İtaliyanın nəzarətində olduğu üçün adalardakı türklər və yunanlar Türkiyə ilə Yunanıstanla arasındakı əhali mübadiləsinə məruz qalmamışdılar. Amma yenə də Türkiyəyə köçmək istəyənlər Atatürkün əmri ilə əvvəl Fəthiyəyə, sonra isə Marmarisin Turqutköy, Dəlikliyol bölgəsinə yerləşdirilmişlər. 1522-ci ildə, Osmanlı fəthi sonrası saymaya görə Narince (Narence) 'də 17 məhəllə-505 xana, Pili'de 8 məhəllə-404 xana və Kefaroz'da 4 məhəllə-216 xana Rum vardır. Adanın Türkleştirilmesi üçün 79 könüllü Türk xanası, Narinceye yerləşdirilir.
Dodesilamin
Dodesilamin (1-dodekanmin, laurilamin) C12H25NH2. Sənayedə dodesilamini bitki yağlarında və heyvan piylərindən ayrılmış dodesil turşusunun ammonyakla qarşılıqlı təsirindən, sonra isə alınan nitrili hidrogenləşməklə alırlar. Texniki məhsul adətən aminlərin qarışığıdır, hansı ki, 60%-dək dodesilamindən ibarətdir. Dodesilamin ammonyak iyli rəngsiz mayedir, molekul çəkisi 185.34; ərimə temperaturu 28.350C, qaynama temperaturu 247–2490C,.; üzvi birləşmələrdə həll olur, suda pis həll olaraq hidrat əmələ gətirir və alınan məhlul kristallik formada zəif əsasdır. (pKa 2.68, 250C). Havada saxlanarkən dodesilamin karbon qazı ilə asan reaksiyaya girir. Alifatik aminlərə xarakterik olan bütün reaksiyalara girir. Qeyri üzvi turşularla duz əmələ gətirir, hansılar ki, üzvi həlledicilərdə pis həll olur. Dodesilaminlərin xloridləri, asetatları və formiatları-SAM kationlarıdır. Sulu mühitdə pH<7-də sabit kolloid sistemlərini əmələ gətirir; mitsel əmələ gətirməsinin kritik qatılığı (1–3)102M; 25–30%-li duzlu maye qellər və ya maye kristalliki fazalar əmələ gətirir.
Dodge
Dodge — avtomobil və yük maşını markası. Horake Doc və Con Doc qardaşlar tərəfindən qurulan şirkət ilk qurulduğunda Ford Model T üçün hissələr istehal edirdi. Avtomobil istehsalına başladıqdan sonra 1914-ci ildən 1927-ci ilə qədər Dodge Brothers Motor Vehicle Company adını istifadə etmişdir. 1928-də Chrysler MMM. tərəfindən satın alınmışdır. Şirkət 1970-ci illərdə ailə avtomobilləri, 1980-ci illərdə isə kiçik həcmli və ön çəkişli avtomobil istehsalına başlamışdır. Chrysler ilə birlikdə 2002-də Daimler-Chrysler Avtomobil Qrupuna qatılmışdır. Ancaq 2007-ci ildə Daimler-Chrysler Qrupunun dağılması nəticəsində bağlı olduğu əsas firma Chrysler Qrupunu Cerberus adlı investisiya firması tərəfindən satın alındı. Horace və Con Dodc 1900-cü ildə Detroitdə Dodge Brothers şirkətini qurdular və tez bir zamanda şəhərdə artan avtomobil firmaları üçün dəqiq mühərrik və şassi komponentlərinin istehsalı ilə bağlı iş tapdılar. Onların arasında əsas qurulmuş Olds Motor Vehicle Company və yeni Ford Motor Company idi. Henry Ford, bütün şassidən ibarət orijinal Model A (1903-04) üçün geniş çeşidli komponentlər təmin etmək üçün Dodge qardaşlarını seçdi: Ford avtomobilləri bitirmək üçün yalnız kuzov və təkərlər əlavə etməli idi.
Dodj

Dodl
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibətilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Dodo
Dodo (lat. Raphus cucullatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin raphus cinsinə aid heyvan növü.
Dodo (dəqiqləşdirmə)
Dodo — göyərçinlər fəsiləsinin raphus cinsinə aid quş növü. "Dodo" — Azərbaycanda talış dilində nəşr olunan qəzet. Dodo — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biri.
Dodo (personaj)
Dodo — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biri. Dodo quş növüdür. Əsərin 2-ci və 3-cü hissələrində peyda olur.
Dodo (qəzet)
"Dodo" — Azərbaycanda talış dilində nəşr olunan qəzet. Qəzetdə Azərbaycan dilində də məqalələr dərc olunur. Baş redaktoru müstəqil araşdırmaçı və tədqiqatçı İradə Məlikovadır. 2017-ci ildən nəşr olunur. Qəzet 25 may 2017-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 8 səhifədən ibarət olan qəzet 1000 tirajla nəşr olunur. 2017-ci ildə 6 nömrəsi çap edilmişdir. Qəzetin dodoqezeti.az adlı saytı fəaliyyət göstərir. Əbülfəz Rəcəbli; İmamaverdi Həmidov; Anar İsgəndərəov; Nəsrulla Məmmədov; Mirağa Cəfərquliyev; Əli İbrahimov; Məsud Məmmədov; Yadulla Ağayev; Allahverdi Bayrami; Bahadur Tahirov; Mehman Ağayev; Mehman Fərzəliyev.
Dodo mağara kilsəsi
Dodo mağara kilsəsi (gürc. დოდოს რქა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. Onun tarixi aid olduğu monastırın ümumi tarixi ilə birbaşa əlaqəlidir. XII-XV əsrlərdə tikili monastır və monastır kilsəsi kimi fəaliyyət göstərmişdir. XIII-XVIII əsrlərdə kompleks monqollar, Teymurilər, Səlcuqlular və Səfəvilərin hücumlarına məruz qalmış, dəfələrlə yağmalanmış və tərk edilmişdir. Kilsə müxtəlif dövrlərə (VI-XVIII əsrlərə) aid mağaralar kompleksindən ibarətdir. Kilsənin əsas zalı XI-XIII əsrlərə aid edilir. Qayanın küncündə yerləşən kiçik sövmə kilsənin ən mühüm və qədim hissəsi olmaqla ziyarətgah kimi istifadə olunur.

Digər lüğətlərdə