1. Ayağa qaldırmaq, yerindən qaldırmaq.
// Yerindən qalxmağa (durmağa) məcbur etmək. Başqasını durğuzub yerində oturmaq.
– Mansur onu durğuzub aparmaq istədisə də, Sitarə mane olub oturdu.
2. Yuxudan oyatmaq. Uşaqları erkən durğuzdular.
– Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı.
[Qulu dedi:] …Gərək gedib Əliqulu əmini durğuzam ki, gəlib … [oğrunu] tüfəngləsin.
[Pristav dedi:] Durğuzun bu kafir oğlunu!
◊ Üzünə durğuzmaq – əleyhinə qaldırmaq.
[Şah:] Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durğuza bilər.