DUSTAQXANA

is. köhn. Həbsxana, həbs evi, qazamat. Dustaqxanaya salmaq.
– Mənim adətimdir: bir dustaqxana adı gələndə, gərək iki ağaclığından qaçam, yox olam. C.Məmmədquluzadə.
Şaban gedən günü Məşədi Məmmədəli, arvadı Gülsüm, neçə nəfər dost-aşna gedib yığıldılar dustaqxananın qapısına. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DUSTAQXANA qazamat — həbsxana
  • DUSTAQXANA dustaqxana bax həbsxana
DUSTAQÇILIQ
DUSTAQLIQ
OBASTAN VİKİ
Dustaqxana
Həbsxana (ing. Prison) — Cinayət törətmiş və ya qanunsuz hərəkət törətməkdə təqsirli bilinən şəxslərin saxlanıldığı yer.
Ağ ayı dustaqxanası
Ağ ayı dustaqxanası (ing. Polar bear jail) – Kanadanın Manitoba əyalətinin Çörçill qəsəbəsində yerləşən xüsusi tikili. Qəsəbə ətrafında tutulan təhlükəli ağ ayıları əvvəlcə bu yerə gətirirlər. == Tarixi == Dustaqxana yaradılmamışdan öncə təhlükəli ağ ayıları vururdular. Dustaqxana 1982-ci ildə fəaliyyət göstərməyə başlamışdır. Bəzi mənbələrə görə isə 1983-cü ildə küçədə baş vermiş bir ağ ayı hücumundan sonra dustaqxana yaradılmışdır. Əvvəllər bu bina hərbi morq kimi fəaliyyət göstərirdi. == Saxlanılma == Əvvəlcə tikilinin 20 kamerası var idi; 16 ağ ayının və 4 ağ ayı ailəsinin saxlanılması üçün şərait mövcud idi. Ağ ayılar 2–30 gün ərzində burada saxlanılırlar. Əgər ağ ayı bir çox dəfə tutulmuş ağ ayıdırsa, bu müddət uzana bilər.

Digər lüğətlərdə