Qiyas əd-Din Mənsur Dəştəki
Qiyas əd-Din Mənsur Dəştəki (1462 və ya 1461, Şiraz – 1542) – İran filosofu.
Gənc yaşlarında Cəlaləddin Dəvvani ilə apardığı elmi münazirələr şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərmişdir Mənsur Dəştəki Şah İsmayılın dövründə Marağa rəsədxanasının təmiri işlərinə cəlb olunmuş, I Təhmasibin dövründə isə sarayda sədr vəzifəsində (1530-32) fəaliyyət göstərmişdir.
Mənsur Dəştəkinin görüşləri Şiraz fəlsəfə məktəbinin formalaşmasında mühüm rol oynamış, Molla Sədranın fəlsəfi sistemi üçün zəmin yaratmışdır. Tənasüx (reinkarnasiya) və can haqqında özünəməxsus fikirləri ilə seçilmişdir.
İbn Sina və Sührəvərdiyə şərhlər yazmışdır. Fəlsəfə, məntiq, kəlam, eləcə də astronomiya, tibb və riyaziyyata dair bir sıra əsərin müəllifidir.