ELŞAD

elin xanzadəsi; əyalət xanı olan xanzadə (Qədim türklərdə xanın varisi olan oğluna "tegin", qalan oğlanlarına "şad" titulu verilərdi).
ELSON
ELŞAN
OBASTAN VİKİ
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid. Elşad Məmmədov Elşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad Quliyev Elşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Elşad Abbaszadə
Elşad Abdullayev
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. == Həyatı == Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Allahverdiyev
Elşad Allahverdiyev (27 iyun 1973) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Elşad Allahverdiyev 1994-cü ildə İtaliyada baş tutan Avropa Çempionatını beşinci pillədə başa vurdu. 1995-ci ildə isə Elşad Allahverdiyev İsveçrədə Avropa Çempionatında 11-ci, Birləşmiş Ştatlarda Dünya Çempionatında isə 18-ci pillədə qərarlaşdı. 1996-cı ilin martında Macarıstanda baş tutan Avropa Çempionatını beşinci pillədə başa vuran Elşad Allahverdiyev həmin ilin iyununda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin birinci görüşündə Elşad Allahverdiyev Macarıstan nümayəndəsi Yanos Forins ilə üz-üzə gəldi. Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 4:0 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı. Bu mərhələdə isə onun rəqibi Cənubi Koreya nümayəndəsi Hvan San-O oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elşad Allahverdiyev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi. Bu qrupda onun birinci rəqibi Estoniya güləşçisi Küllö Koiv oldu. Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 1:5 hesabı ilə məğlub oldu və nəticədə Atlanta Olimpiadasını 14-cü pillədə başa vurdu.
Elşad Ağayev
Elşad Baloğlanlı
Elşad Bayramov
Elşad Bayramov — Quba rayonunun Alpan kəndinin ilk şəhidi. == Həyatı == Elşad Bayramov 1971-ci ilin 29 aprelində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət Sabir adına sovxozda fəhlə işləmişdir. 1989–1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və 1992-ci iin iyul ayında Milli orduya yazılmışdır. Elşad şərəfli döyüş yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir, amma onun bu döyüş yolu çox qısa olmuşdur. 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çaldıran kəndi uğrunda gedən ağır döyüşdə şəhid olmuşdur. Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: "Heç ölməli oğul deyildi. O hamıya ürək dirək verirdi. Sentyabrın 17-də səhər saat 5 radələrində gördük ki, Çaldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir.
Elşad Fərəcullayev
Elşad Hüseynov
Elşad Hüseynov (8 oktyabr 1968, Xıl, Masallı rayonu – 15 iyun 1992, Fərrux, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 1960-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979–1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür. == Döyüşlərdə iştirakı == Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi.
Elşad Həsənov
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019). == Həyatı == 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. İngilis və rus dillərini bilir. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.
Elşad Mahmudov
Elşad Mirbəşir
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. == Həyatı == Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.
Elşad Mirbəşiroğlu

Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. == Həyatı == Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib. Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib.
Elşad Məmmədov
Elşad Məmmədov (14 fevral 1975, Haçaqaya, Xanlar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13–17 mart hadisələri zamanı gülləyə tuş gəlmidir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir. Haçaqaya kənd orta məktəbi Elşad Məmmədovun adını daşıyır. Daşkəsən yolu üstündə büstü qoyulub.
Elşad Nağıyev
Elşad Nəsirov
Elşad Nəsirov (siyasətçi) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. Elşad Nəsirov (hüquqşünas) — Azərbaycan hüquqşünası.
Elşad Qadaşev
Elşad Eldar oğlu Qadaşev (1 may 1968, Bakı) — SSRİ və Azərbaycan basketbolçusu. == Uğurları == 1989-cu ildə keçirilmiş Avropa çempionatında SSRİ yığmasının heyətində bürünc medal qazanmışdır. 1993 və 1994-cü illərdə Latviya çempionu olmuşdur. 1992 Yay Olimpiya Oyunlarında MDB yığmasının heyətində yer almışdır.
Elşad Qoca
Elşad Qoca (tam adı: Elşad Qoca oğlu İsayev; 2 may 1959, Yuxarı Körpülü, Noyemberyan rayonu) — yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist. == Həyatı == Elşad Qoca oğlu İsayev 1959-cu ilin may ayının 2-də Qərbi Azərbaycanın (indiki Ermənistan, Noyemberyan) İncəsu rayonunun Yuxarı Körpülü kəndində müəllim ailəsində doğulub. 1976–1977-ci illərdə Yuxarı Körpülü kəndində fəhlə işləyib. 1966–1976-cı illərdə Yuxarı Körpülü kənd orta məktəbində oxumuşdur. 1977–1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. 1982–1984-cü illərdə leytenant rütbəsində sovetlər birliyinin Sibir və Ural Hərbi Dairələrində vzvod komandiri, rota komandirinin müavini vəzifələrində hərbi xidmət keçib. Bir müddət həmin dairələrin "Boyevoye Znamya" və "Sovetskiy voin" qəzetləri ilə hərbi müxbir kimi yaxından əməkdaşlıq edib. Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət edib. Azərbaycan Vətən müharibəsi veteranıdır. == Jurnalist fəaliyyəti == Əmək fəaliyyətinə "Kənd həyatı" jurnalında (1984–88-ci illər) müxbir kimi başlayıb.
Elşad Quliyev
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Elşad Qurbanov
Qurbanov Elşad Məcnun oğlu (2 yanvar 1951, Urud, Sisian rayonu) — Azərbaycan alimi, biologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olub. O, 1968–ci ildə Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbini, 1973-cü ildə isə fərqlənmə diplomu ilə Bakı şəhəri 8 nömrəli tibb məktəbini bitirmişdir. Qurbanov 1972–1980–ci illərdə Bakının Nərimanov və Yasamal rayonlarının sanitar–epidemioloji stansiyalarında sanitar–həkim köməkçisi vəzifəsində çalışmışdır. Elşad Qurbanov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin botanika ixtisasını bitirib. 1979–1982-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil alan Qurbanov 1984-cü ildə "Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 2004-cü ildə isə "Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. O, həmin ildən BDU-nun professorudur. == Elmi fəaliyyəti == Onun elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyi və bitki örtüyünün öyrənilməsi ilə əlaqədardır. “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” adlı doktorluq işində o, bir çox bitki növlərinin yeni yayılma areallarını müəyyənləşdirməklə Azərbaycan elminə böyük töhfələr vermişdir. Qurbanov Azərbaycan ərazisi üçün ilk dəfə olaraq “Psevdomakki” və “Səhra” bitkilik tiplərini müəyyən etmiş, onların fitosenoloji xüsusiyyətlərini araşdırmış, həmçinin ərazi üçün onlarca növün yeni yayılma areallarını elmə gətirmişdir.
Elşad Rəhimov
Elşad Rəhimov (11 oktyabr 1974, Bakı) — Azərbaycan kino xadimi, montaj rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016). == Həyatı == Rəhimov Elşad İbrahimxəlil oğlu 11 oktyabr 1974-cü il Bakı şəhərində anadan olmuşdur. 1981–1989-cu illərdə Bakı şəhəri 20 saylı məktəb. 1994–1999 AzTV. 1999–2001 ABA TV. 2001–2002 Rast production. 2002–2005 Space TV. 2005–2007 A.S.V.A Profi studiya. 2007–2009"Bizim Kino prodüser mərkəzi" 2009-cu ildən Azərbaycanfilm kinostudiyasında çalışır. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Zəvvar ORT rus (2001) Bir anın həqiqəti (film, 2003) Qraf Krestovski NTV rus (2004) Bomba (film, 2005) İnterpapa (film, 2006) Hökmdarın taleyi (film, 2008) Cavad xan (film, 2009) Ölüm növbəsi (film, 2009) Kuklalar (film, 2009) Yaddaş (film, 2010) Əlavə təsir (film, 2010) İlahi məxluq (film, 2011) Dolu (film, 2012) Xoca (film, 2012) Dərvişin qeydləri (film, 2013) Qisas almadan ölmə (film, 2014) Axırıncı dayanacaq (film, 2014) Əlvida, Şmidt!
Elşad Tahirov
Elşad Tahirov — Azərbaycan futbolçusu == Həyatı == Elşad Tahirov 22 yanvar 1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1989–1990, 2001–2002, 2005–2007-ci illərdə Xəzər FK (Lənkəran), 1990–1992-ci illərdə Neftçi PFK (Bakı), 1992–1995-ci illərdə Saxalin FK (Saxalin), 1995–1999-cu illərdə Viləş FK (Masallı), 1999–2001-ci illərdə Xəzər Universiteti FK (Bakı), 2004–2005-ci illərdə "Şəmkir" FK (Şəmkir), 2007–2008-ci illərdə isə Masallı FK (Masallı) kimi klublarda peşakar futbolla məşğul olmuşdur. Peşəkar məşqçilik karyerasına 2008-ci ildə Xəzər FK (Lənkəran) klubunda qapıçı-məşqçisi olaraq başlamışdır. 2010–2011-ci illərdə 16 yaşadək oğlanlardan ibarət milli komandanın, 2011–2013-cü illərdə 17 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013–2014-cü illərdə 15 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013–2014-cü illərdə yenidən Xəzər FK-nın (Lənkəran) məşqçisi olmuşdur. 2014-cü ildən etibarən 16 yaşadək oğlanlardan ibarət milli komandanın qapıçı məşqçi funksiyasını yerinə yetirir. 2009-cu ilin iyun ayında "C" kateqoriyalı məşqçi lisenziyasına yiyələnmiş, noyabr ayından etibarən isə "B" kateqoriyalı məşqçi lisenziyanın sahibidir.
Elşad Xose
Elşad Xose (tam adı: Elşad Əliyev; 25 sentyabr 1979, Bakı) — Azərbaycan repçisi. Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Manana Caparidze, Miri Yusif, Natavan Həbibi, Röya, Samirə Allahverdiyeva, Zülfiyyə Xanbabayeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === 1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlmişdir. Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib. === Populyarlıq qazanması === 1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib. Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb. 2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdır. O, bu mahnını studioda 20 dəqiqəyə yazmışdır.
Elşad Yəhyayev
Elşad Yəhyayev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı. == Döyüşlərdə iştirakı == Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər.
Elşad Abdullayev (hüquqşünas)
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. == Həyatı == Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Həsənov (hüquqşünas)
Elşad Həsənov (mayor)
Elşad Həsənov (siyasətçi)
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019). == Həyatı == 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. İngilis və rus dillərini bilir. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.
Elşad Mirbəşir oğlu
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. == Həyatı == Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.
Elşad Məmmədov (baş əsgər)
Elşad Məmmədov (gizir)
Elşad Məmmədov (milli qəhrəman)
Elşad Məmmədov (14 fevral 1975, Haçaqaya, Xanlar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13–17 mart hadisələri zamanı gülləyə tuş gəlmidir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir. Haçaqaya kənd orta məktəbi Elşad Məmmədovun adını daşıyır. Daşkəsən yolu üstündə büstü qoyulub.
Elşad Məmmədov (əsgər,1990)

Digər lüğətlərdə