ENLİKÜRƏK

sif. Kürəyi enli olan. Enlikürək adam.
[Dəli Həsən] baxdı ki, bu [atlı] əynində çuxa, ayağında bağdadı başmaq, başında tirmə şal, enlikürək, qarnıyoğun bir kişi idi. Koroğlu”.
Səkinə iftixar dolu gözlərlə … enlikürək, ucaboylu, çatmaqaşlı və qartalgözlü oğlunu süzdü. M.İbrahimov.
[Dirsə xan] yaşına görə boylu, enlikürəkli, qarayanız bir oğlandı. M.Rzaquluzadə.

ENLİKƏNAR
ENLİKÜRƏKLİ

Digər lüğətlərdə