ESTRÁDA

[ fr. ]
1. Kütlə qabağında çıxış edən artistlər üçün tikilən açıq səhnə, taxta meydança.
[Səbri] …ürəyi bərk döyünə-döyünə estradanın yanındakı ağ məhəccərə söykənərək oğrun-oğrun tamaşaçılara baxırdı. M.Hüseyn.
…Qədim Misirdə sehrbazlar və bu sehrbazların oyun çıxarmaları üçün müəyyən estradalar – səhnələr olmuşdur. Ə.Haqverdiyev.

2. Estradada göstərilən, nömrələri tez-tez dəyişən konsertlərdən və s.-dən ibarət kiçik formalı tamaşa. Estrada orkestri. Estrada nömrələri.
ESTONCA

Digər lüğətlərdə