ETİMADLI

sif. Etibarlı, inanılan, bel bağlanıla bilən, sədaqətli. Etimadlı adam.
– Məktub Zahir Bəlxinin ən etimadlı qulamı olan Bəsirə tapşırıldı. M.S.Ordubadi.
Professorun hərarətli və etimadlı danışığı hamının diqqətini cəlb etmişdi. Mir Cəlal.
[Sarxan] …ən etimadlı adamlardan ibarət balaca özəklər düzəltmişdi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ETİMADLI etibarlı — inamlı — sədaqətli
  • ETİMADLI etimadlı bax etibarlı 1
ETİMADKAR
ETİMADNAMƏ

Digər lüğətlərdə