FƏRZİYƏ
FƏRZULLA
OBASTAN VİKİ
Fərziyyə
Fərziyyə– 1) hipotez – həqiqi mənası qeyri-müəyyən olan haqqında elmi ehtimal. Fərziyyə metodunun meydana gəlməsi tarixən antik riyaziyyatın erkən inkişaf mərhələləri ilə bağlıdır; 2) bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ossillyasion-fərziyyə
Ossillyasion-fərziyyə (rus. осцилляционная гипотеза, ing. oscillation hypothesis fr. oscillation) — titrəyiş, tərəddüd Xaarman tərəfindən təklif edilmiş fərziyyə. O.f. tektonik strukturların əmələ gəlməsini kosmik quvvələrin təsiri altında yaranan qabıqaltı plastik kütlənin yerdəyişməsi nəticəsində əmələ gələn yer qabığının titrəyişli hərəkətləri ilə izah edir. Xaarman qırışıqların əmələgəlməsində sıxılmanın rolunu rədd edir. Xaarman fərziyyəsinə qarşı müxtəlif etirazlar mövcuddur.
Anadolu fərziyyəsi
Anadolu fərziyyəsi 1987-ci ildə İngilis arxeoloqu Colin Renfrew tərəfindən hazırlanmış və proto-Hind-Avropalıların yayılmasının Neolit ​​Anadolusunda yarandığını irəli sürmüş bir nəzəriyyədir. Kurqan fərziyyəsinə qarşı akademik dairələrdə dəstəklənən ən mühüm nəzəriyyə hesab olunur. Anadolu fərziyyəsi, Neolit ​​dövründə Anadoluda yaşayan proto-Hind-Avropa dillərində (PHA) danışanların eramızdan əvvəl VII və VI minilliklərin Neolit ​​inqilabı zamanı yayıldığını və Hind-Avropa dillərinin tarixən yayılmasına səbəb olduğunu irəli sürür. Bu fərziyyəyə görə, Hind-Avropa dilləri eramızdan əvvəl VII minillikdə Aqrar inqilab nəticəsində Kiçik Asiyadan Avropaya sülh yolu ilə yayılmışdır. Bu fərziyyəyə görə, Neolit dövründəki ​​Avropa əhalisinin əksəriyyəti Hind-Avropa dillərində danışırdı və sonrakı köçlər əvvəllər mövcud olan Hind-Avropa dillərini başqa yeni gələn Hind-Avropa dilləri ilə əvəz etmişdir.
Böyük toqquşma fərziyyəsi
Böyük toqquşma fərziyyəsi və ya Teyanın toqquşması — Günəş sisteminin formalaşmasından 20–100 milyon il sonra, təqribən bundan 4,5 milyard il əvvəl baş verdiyi ehtimal olunan Teya planetinin Yerlə toqquşması hadisəsi. Təqribən Mars böyüklüyündə olduğu düşünülən Teyanın Yerlə toqquşması nəticəsində, Yer ətrafı boşluğa yayılan qalıqların orbitdə toplanması nəticəsində Ayın formalaşdığı ehtimal olunur. == Alternativ fərziyyələr == Ayın formalaşması ilə bağlı bir sıra alternativ fərziyyələr də vardır. Bölünmə fərziyyəsinə görə Ay mərkəzəqaçma təcili nəticəsində Yer qabığından qoparaq ayrılmışdır. Belə olduğu halda Yerin başlanğıc sürətinin çox böyük göstəriciyə sahib olması lazımdır. Əgər bölünmə fərziyyəsi düzgün olarsa, Yerin ekvator müstəvisi ekliptikin müstəvisinə uyğun olmalı idi, ancaq bu belə deyil. Ayın Yerin cazibə qüvvəsi tərəfindən sonradan tutulması fərziyyəsinə görə Ay fərqli yerdə meydana gəlmişdir və Yerin yaxınlığından keçərkən onun cazibə qüvvəsi tərəfindən tutulmuşdur. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində bu fərziyyənin doğru olması üçün tələb olunan şərtlərin ödənmədiyi məlum olmuşdur. Birlikdə formalaşma fərziyyəsinə görə isə Yer və Ay Günəş sistemi formalaşarkən molekulyar buluddan eyni vaxtda və yerdə formalaşmışdır. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində Ayda metal maddələrinin həddən artıq az olması səbəbindən Yer və Ayın birlikdə formalaşması fərziyyəsinin doğru olması ehtimalı azdır.
Frigiya-yunan fərziyyəsi
Frigiya-yunan fərziyyəsi — Hind-Avropa dil qrupunun fərziyyəvi qolu. Bu qrup qədim yunan (müxtəlif dialektləri ilə birlikdə) və Frigiya dillərini birləşdirir. Yunan dili erməni (erməni-yunan; ari-yunan), qədim makedon və messap dilləriylə də uyğunlaşdırılmışdır. Ermənicə istisna olmaqla, bu dillər bəzən "yunan" qrupu altında sinifləşdirilir. Çexiya dilşünası Vatslav Blajek bu iki dilin qədimliyi və həmin dillərdə yazılmış mətnlərin az olmasından onların sinifləşdirilməsinin doğru olmadığını deyir. Klod Briks qədim yunan və frig dillərində digər dillərdə olmayan bənzərliklərin olduğunu deyir. == Biblioqrafiya == Blajek, Vatslav. "On the internal classification of Indo-European languages: survey" (PDF). Linguistica Online. noyabr 2005.
Hind-Het fərziyyəsi
Hind-Het və ya Hind-Anadolu; İndiyə qədər mövcud olmuş bütün Hind-Avropa və Anadolu dilləri də daxil olmaqla vahid Hind-Avropa termininə ekvivalent bir model olaraq, ilk dəfə 1926-cı ildə Amerika dilçisi "Edqar H. Sturtevant" tərəfindən təklif edilmişdir və sırf hipotetik dil ailəsidir. Termin; "Hind" prefiksi isə Hind-Ari və ya İran hissəsinə aid deyil, yalnız ənənəvi "Hind-Avropa" termini üçün simvolikdir, "Het" hissəsi isə bütövlükdə Anadolu dil ailəsini öz ağuşuna alır. Edgar H. Sturtevant; O, qeyd edir ki, het (Anadolu dilləri) proto-Hind-Avropa dilinin (PHA) yenidən qurulmuş formalarından daha çox arxaik xüsusiyyətlər nümayiş etdirirdi və ola bilsin ki, "proto-hind-avropa"dan əvvəlki, primitiv (ilkin) mərhələdə ayrılıb. Anadolu dilləri üzrə mütəxəssis olan dilçi Haig C. Melchert isə digər tərəfdən, belə fikirləşir ki, "hazırkı trend olan Proto Hind-Avropa dili təkamül etmiş, Anadolunun ibtidai icma quruluşu dövründəki yaşayan insanları proto Hind-Avropa dilində danışan cəmiyyətin qalan hissəsindən böyük ölçüdə təcrid olunmuşdurlar və bir çox ümumi dil yenilikləri xüsusiyyətlərini isə bölüşməmişdirlər". Oxşar bir formada Het və Anadolu "əmiuşaqlarının" "proto-Hind-Avropadan əvvəlki" zamanın çox erkən mərhələsində ayrılaraq, digər Hind-Avropa dillərində itirilmiş olan arxaizmləri mühafizə edərək saxladığı bildirilmişdir. Hind-Het fərziyyəsinin tərəfdarları iddia edirlər ki, ayrılma Hind-Avropa dillərinin qalan bütün qollarının yayılmasından bir neçə min il əvvəl, ehtimal ki, e.ə. VII minillikdə olduğunu iddia edirlər. Bu kontekstdə, Anadolu qolunun ayrılmasından əvvəlki proto dilin "Proto Hind-Het" (PHH) adlandırılması məqsədəmüvafiqdir. Müvafiq olaraq, bütün sonrakı qolları birləşdirən proto-dil növbəti bölünmə qoluna (bəlkə də Tohar) qədər "Proto-Hind-Avropa dili (PHA)" adlandırıla bilər. Bu terminologiya məsələsi olsa da, Hipotez; Anadolu dillərinin Hind-Avropa dilləri və onların geriyə qalan qolları ilə son genetik əlaqəsini müzakirə etmir, yalnız zaman fərqlərinin böyüklük sırasını və xronologiyasını vurğulayır.
Kurqan fərziyyəsi
Kurqan fərziyyəsi (nəzəriyyəsi) erkən Hind-Avropa mənşəyinin Qara dəniz-Xəzər çöllərində tapılan arxeoloji “Kurqan mədəniyyəti”nə mənsub olduğunu irəli sürən nəzəriyyələrdən biridir. Kurqan türkcə “koruqan” sözündən götürülmüş olub, hörülmüş məzar mənasını verən bir termindir. Kurqan modeli Hind-Avropa tayfalarının mənşəyi ilə bağlı ən çox qəbul edilən təklifdir. Kurqan təhlili olduqca maraqlıdır və bir çox arxeoloq və linqvistik tərəfindən tam və ya qismən qəbul edilmişdir. Kurqan fərziyyəsi ilk dəfə 1950-ci illərdə Marija Gimbutas tərəfindən irəli sürülmüşdür. Gimbutas “Kurqan mədəniyyəti”ni bir-birini izləyən dörd ardıcıl dövrün nəticəsi kimi tanımışdır. Ən qədimi (I Kurqan) Mis dövrünə (e.ə. 4-cü minilliyin əvvəlləri) aid olan və Dnepr/Volqa arasında tapılmış Samara və Seroqlazovka mədəniyyətlərini də ehtiva edir. Fərziyyəyə görə, bu mədəniyyətlərin köçəri tayfaları eramızdan əvvəl III minilliyə qədər Qara dəniz-Xəzər çöllərinə və Şərqi Avropaya yayılıblar. === Ümumi baxış === Nəzəriyyə ilk dəfə 1956-cı ildə Tarixdən əvvəlki Şərqi Avropa kitabının I hissəsində təqdim edilərkən, Marija Gimbutasın Hind-Avropa mənşələrinin axtarışına verdiyi töhfə arxeologiya və linqvistika fənlərinin sintezinə səbəb oldu.
Mona Liza haqqında fərziyyələr
XVI əsrdə Leonardo da Vinçi tərəfindən yağlı boya ilə qovaq paneli üzərində çəkilmiş "Mona Liza" (it. Monna Lisa) və ya "Cakonda" (it. La Joconde) portreti müxtəlif fərziyyələrin yaranmasına səbəb olmuşdur. Ənənəvi olaraq portretdə oturmuş xanımın Liza del Cakondo olması qəbul edilsə də, müxtəlif mənbələrdə modelin kimliyi ilə bağlı fərziyyələrə də yer verilmişdir. Həyatının son illərində Leonardo "möhtəşəm Culyano de Mediçidən florensiyalı xanımın sağ ikən çəkilmiş portretini" işləmək sifarişi alır. Liza del Cakondo və Culyano de Mediçi arasında hansısa əlaqənin olmasını sübut edən heç bir sənəd və ya məlumat tapılmadığından Leonardonun başqa florensiyalı xanımın da portretini işlədiyi iddia edilmişdir. Rəssam Syuzan Doroti Vayt Mona Lizanın maskulin ölçüləri və kəllə quruluşunu yazdığı "Təbəssüm anatomiyası: Monanın sümükləri" (ing. Anatomy of a Smile: Mona's Bones, 2002) və "Çeynəyən Mona" (ing. Mona Masticating, 2006) adlı əsərlərində tədqiq edir.. "Bell Labs"dan Lillian Şvarts hesab edir ki, "Mona Liza" əslində Leonardonun avtoportretidir.
Undasiya fərziyyəsi
Undasiya (rus. ундация, ing. undation) — unda-dalğa – nəhəng çökəkliklərin və qalxmaların əmələ gəlməsi, eləcə də dənizlərin transqressiya və reqressiyaları ilə müşaiət olunan, geniş sahədə yer qabığının dalğavari əyilməsi. Undasiya fərziyyəsi, van Bemmelen, 1933 – Yer qabığının geokimyəvi inkişaf konsepsiyası və dağ əmələgəlmənin birsəbəbli konsepsiyası kimi iki müddəaya əsaslanan fərziyyə. Müəllifə görə, termini izah etmək üçün qeyri-bircinslilik nəticəsində mantiyada baş verən konveksion axınlar haqqında təsəvvürlər kifayət deyil, çünki bu halda mantiya və qabıq materialında gedən geokimyəvi dəyişilmələr nəzərə alınmır. Əsasən qravitasion diferensasiya prosesləri ilə ifadə olunan bu dəyişilmələr nəticəsində Yer təkinin bəzi yerlərində ətrafa nisbətən yüngül, digər yerlərdə daha ağır material toplanır. Bu proses müvazinəti pozur və Yerin daxilində yüngül materialın yüxarıya, ağır materialın aşağıya doğru yerdəyişməsinə səbəb olur. Belə yerdəyişmələr bilavasitə tektonik hərəkətlərə səbəb olur. Maddənin sıxlığa görə laylaşması nəticəsində ayrılan enerji, həm də tektonik hərəkətlərin enerjisi hesab edilir. Diferensiasiya prosesində mantiyadan əriyib çıxarılan, mantiyanın peridotit tərkibli üst hissəsində toplanan bazalt Yer qabığına soxularaq onu qalınlaşdırır.
Yunan-Frig fərziyyəsi
Frigiya-yunan fərziyyəsi — Hind-Avropa dil qrupunun fərziyyəvi qolu. Bu qrup qədim yunan (müxtəlif dialektləri ilə birlikdə) və Frigiya dillərini birləşdirir. Yunan dili erməni (erməni-yunan; ari-yunan), qədim makedon və messap dilləriylə də uyğunlaşdırılmışdır. Ermənicə istisna olmaqla, bu dillər bəzən "yunan" qrupu altında sinifləşdirilir. Çexiya dilşünası Vatslav Blajek bu iki dilin qədimliyi və həmin dillərdə yazılmış mətnlərin az olmasından onların sinifləşdirilməsinin doğru olmadığını deyir. Klod Briks qədim yunan və frig dillərində digər dillərdə olmayan bənzərliklərin olduğunu deyir. Blajek, Vatslav. "On the internal classification of Indo-European languages: survey" (PDF). Linguistica Online. noyabr 2005.
Yunan-Frigiya fərziyyəsi
Frigiya-yunan fərziyyəsi — Hind-Avropa dil qrupunun fərziyyəvi qolu. Bu qrup qədim yunan (müxtəlif dialektləri ilə birlikdə) və Frigiya dillərini birləşdirir. Yunan dili erməni (erməni-yunan; ari-yunan), qədim makedon və messap dilləriylə də uyğunlaşdırılmışdır. Ermənicə istisna olmaqla, bu dillər bəzən "yunan" qrupu altında sinifləşdirilir. Çexiya dilşünası Vatslav Blajek bu iki dilin qədimliyi və həmin dillərdə yazılmış mətnlərin az olmasından onların sinifləşdirilməsinin doğru olmadığını deyir. Klod Briks qədim yunan və frig dillərində digər dillərdə olmayan bənzərliklərin olduğunu deyir. Blajek, Vatslav. "On the internal classification of Indo-European languages: survey" (PDF). Linguistica Online. noyabr 2005.
İzostasiya fərziyyəsi
İzostasiya fərziyyəsi (rus. гипотеза изостазии, ing. hypothesis of isostasy) — XIX əsrin ortalarında müəyyən edilmiş izostaziya hadisəsinə əsaslanır. İlk dəfə izostaziyanın tektonik amil kimi roluna 1892-ci ildə amerikan geoloqu Datton fikir vermişdir. O, qeyd etmişdir ki, yer qabığının qalxma sahələrindən daşınan materiallar materikləri yüngülləşdirərək onların izostaziya tarazlığını pozur və həmin sahələr qalxmaya, gətirilən materialların toplandığı qonşu sahələr isə enməyə məruz qalır.
Linqvistik relyativizm fərziyyəsi
Linqvistik relyativizm fərziyyəsi və ya Sapir–Vorf hipotezi — bir dilin quruluşunun onun danışanlarının dünyagörüşünə və baxışlarına, habelə onların idrak proseslərinə təsir etdiyini iddia edən fərziyyə. Bu fərziyyənin iki forması var: Sərt versiya: dil təfəkkürü müəyyən edir, buna uyğun olaraq linqvistik kateqoriyalar koqnitiv kateqoriyaları məhdudlaşdırır və müəyyən edir. Yumşaq versiya: dil yalnız təfəkkürə təsir edir, linqvistik kateqoriyalarla yanaşı, təfəkkürə ənənələr və bəzi qeyri-linqvistik davranış növləri də təsir edir. "Sapir–Vorf hipotezi" termini əslində yanlış adlandırmadır, çünki Edvard Sepir və Bencamin Vorf heç vaxt həmmüəllif olmayıblar və heç vaxt öz fikirlərini elmi fərziyyə kimi iddia etməyiblər. Fərziyyənin sərt və yumşaq variantlarının ortaya çıxması da sonrakı dövrlərə aiddir. Sepir və Vorf heç vaxt qəsdən belə fərqləndirmə etməsələr də, onların əsərlərində linqvistik relyativizm prinsipinin həm sərt, həm də yumşaq təsvirlərinə rast gəlmək mümkündür. Bəzi tədqiqatçıların fikrinə görə, fərziyyənin ilk müəllifi Sepir olmuşdur. Buna görə də hipotezin adlandırmasında onun adı birinci qeyd edilir. Linqvistik relyativizm prinsipi, həmçinin dil və düşüncə arasındakı əlaqə fəlsəfədən tutmuş psixologiya və antropologiyaya qədər müxtəlif elm sahələrinin marağına səbəb olmuş, ədəbi əsərlər və süni dillərin yaradılması üçün ilham mənbəyi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Бородай С. Ю. Язык и познание: введение в пострелятивизм Arxiv surəti 3 yanvar 2020 tarixindən Wayback Machine saytında.
Məryəm Ananın Fərziyyəsi Kilsəsi (Hrubeşov)
Hrubeşovda Məryəm Ananın Fərziyyəsi Kilsəsi (pol. Cerkiew Zaśnięcia Najświętszej Maryi Panny w Hrubieszowie) – Polşanın Hrubeşov şəhərində yerləşən pravoslav kilsəsi. Polşa kilsələri içərisində ən monumental kilsə hesab olunur. Hrubeşovda pravoslav kilsəsinə aid ən qədim yazılı mənbə 1510-cu ilə aiddir. İndiki kilsənin yerində yerləşən kilsə 1520-ci illərdə tikilmişdir. Kilsənin qurucusu və sponsoru Sofroniy Kozula adlı yerli sakin olmuşdur. Bu kilsə 1785-ci ildə sökülmüşdür. İndiki kilsə binası 1873–1875-ci illərdə tikilmişdir. Binanın təməli 11 may 1883-cü ildə atılmışdır. Kilsə 13 may 1876-cı ildə Xelm-Varşava arxiyepiskopu Leontis tərəfindən təqdis olunmuşdur.
Qaranlıq meşə fərziyyəsi
Qaranlıq meşə fərziyyəsi — kainatda bir çox yadplanetli sivilizasiyanın mövcud olduğu, lakin onların həm səssiz olmağı, həm də düşmən mövqe saxlaması, beləliklə başqa düşmən və aşkar edilməyən sivilizasiya tərəfindən məhv edilmək qorxusundan öz aşkar edilməzliyini qoruyub saxladıqları haqqında fərziyyə. Bu, Fermi paradoksunun bir çox mümkün izahatlarından biridir. Burada yadplanetli həyatı ilə təmasların olmaması bunun kimi potensiallara müqayisə olunur. Qaranlıq meşə fərziyyəsi "ölümcül tədqiqat raketləri" və ya "berserker" fərziyyələrinin bir variantıdır. Adını Lyu Sınsin tərəfindən 2008-ci ildə yazılmış romandan götürür. Yadplanetlilərin Yer kürəsini ziyarət etdiyinə və ya onunla əlaqə saxlamağa cəhd etdiyinə dair heç bir etibarlı və ya təkrarlana bilən sübut yoxdur. Ağıllı yerdənkənar həyatın heç bir möhkəm sübutu aşkar və ya müşahidə edilməmişdir. Bu, kainatın çoxlu sayda planetlə dolu olması ilə bağlı biliklərə ziddir və onların bəzilərində həyat üçün əlverişli şərait var. Həyat adətən bütün mövcud boşluqları doldurana qədər genişlənir. "Qaranlıq meşə" fərziyyəsinə görə, kosmosa uçan hər hansı bir sivilizasiya hər hansı digər ağıllı həyata qaçılmaz təhlükə kimi baxacaq və bununla da özünü tanıdan hər hansı yeni yaranan həyatı məhv edəcək.
Tibu fərziyyəsi
Tibu fərziyyəsi (Tibu modeli) — 1956-cı ildə Çarlz Tibu tərəfindən irəli sürülən yerli hökumətdə pulsuz atlı probleminin siyasi olmayan həlli. Müəyyən sayda bölgələrin mövcudluğu və iqtisadi agentlərin mümkün miqrasiyası şəraitində fiskal mərkəzsizləşdirmə Pareto səmərəliliyinə kömək edir, yerli ictimai mallara dair üstünlüklərin optimal müəyyənləşdirilməsi və bu üstünlüklərin iqtisadi agentlər arasında ən tam şəkildə həyata keçirilməsi üçün ilkin şərtlər yaradır. Hər bir təsərrüfat subyekti yaşayış yerini dəyişərək, öz yerli ictimai əmtəələri (ictimai xidmətlər) və onların xərclərini yerli vergilər kimi seçir. Nobel mükafatı laureatı Pol Samuelson 1954-cü ildə yazdığı “Dövlət Xərclərinin Təmiz Nəzəriyyəsi” adlı əsərində qeyd edirdi ki, istehlakçılar öz üstünlüklərini açıqlamaqda maraqlı olmadığı üçün cəmiyyət ictimai malların səmərəli təchizatı probleminin həllini tapa bilmir. ictimai mallar və onları gizlətmək (free-rider effekti var). Beləliklə, faktiki tədarük səviyyəsi optimaldan xeyli aşağıdır. Bununla belə, amerikalı iqtisadçı Çarlz Tibu 1956-cı ildə yazdığı “Yerli xərclərin təmiz nəzəriyyəsi” əsərində ictimai mallara üstünlüklərin müəyyən edilməsi probleminin həllini təqdim etmişdir. İstehlakçılara üstünlükləri aşkar etmək mexanizmi — mobillik bəxş etdi. Müəyyən sayda bölgələrin mövcudluğu və fərdlərin mümkün miqrasiyası mövcud olduqda, fiskal mərkəzsizləşdirmə Pareto-nun təkmilləşdirilməsinə kömək edir, yerli ictimai mallara dair üstünlüklərin optimal müəyyənləşdirilməsi və bu üstünlüklərin fərdlər arasında ən tam şəkildə həyata keçirilməsi üçün ilkin şərtlər yaradır. Yaşayış yerini dəyişən hər bir fərd özünün yerli ictimai mallar (dövlət xidmətləri) toplusunu və onların xərclərini yerli vergilər kimi seçir.

Digər lüğətlərdə