FİT

is.
1. Bir-birinə kiplənmiş dodaqların və ya dişlərin arasından güclü nəfəsvermə, yaxud fıştırıq və s. vasitəsilə çıxarılan kəskin zil səs. Gecə yarıdan addamışdı.
Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi. Ə.Haqverdiyev.
Həyətdə Cəfər əminin fiti və tənbəl-tənbəl atılan addımlarının səsi eşidilirdi. H.Nəzərli.

□ Fit çalmaq – bu üsulla ağızdan səs çıxarmaq.
Katib yenə heç bir şey eşitmirmiş kimi durub fit çaldı. M.İbrahimov.

// Bu cür səs çıxarmaq üçün alət; fıştırıq.
// Mexaniki fıştırıqla çıxarılan sürəkli zil səs; siqnal. Gəminin fiti. Parovozun fiti. Fit vermək.
– Mədən fitləri səhər saat altını vurur. M.İbrahimov.
[Göyçək] …sayıq yatmalı idi ki, qatarın fit səsini eşidəndə durub perrona çıxsın. Ə.Əbülhəsən.

2. Bəzi quş və heyvanların çıxardığı eyni tembrli və tonlu səs; fışqırıq.
3. Vıyıltı, uğultu.
◊ Fitə basmaq – fit çalmaqla öz nifrətini, narazılığını, hiddətini bildirmək; fitləmək.
Tahir bir istədi qışqırsın, tülküsifət natiqi fitə bassın, ona öz yerini göstərsin, amma məclisdə oturanların töhmətindən çəkinib dinmədi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FİT 1. FİT, SİQNAL 2. fit bax fıştırıq
FİŞƏNG
FİTƏ
OBASTAN VİKİ
Fit
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Google Fit
Google Fit — Android, Wear OS və iOS üçün Google tərəfindən hazırlanmış sağlamlıq izləmə platforması. Bu birdən çox proqram və cihazdan məlumatları birləşdirən tək API dəstidir. Google Fit istifadəçinin fiziki fəaliyyətlərini (məsələn, gəzinti, velosiped sürmək və s.) qeyd etmək üçün istifadəçinin fəaliyyət izləyicisindəki və ya mobil cihazındakı sensorlardan istifadə edir. Bu fəaliyyətin hərtərəfli görünüşünü təmin etmək üçün istifadəçinin qoyduğu məqsəd ilə müqayisə olunur. == Tarixi == Google Fit 25 iyun 2014-cü ildə Google I/O konfransında elan edildi. Google Fit üçün proqram təminatı tərtibat dəsti 7 avqust 2014-cü ildə yayımlandı. Fit 28 oktyabr 2014-cü ildə ictimaiyyətə təqdim edildi. 2018-ci ilin avqustunda Google Android Fit platformasına Amerika Ürək Assosiasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən müxtəlif hədəflər əlavə etdi. Güncəlləmələr Fit-ə gəzintidən başqa digər fəaliyyətlər üçün ölçüləri daha yaxşı təmin etməyə kömək etmək və istifadəçilərin idman zalına getməsini tələb etmədən ürək döyüntüsünü artıracaq fəaliyyətlərlə məşğul olmağa təşviq etmək üçün nəzərdə tutulub. 2019-cu ilin aprelində Google iOS üçün Google Fit-i elan etdi.
Əl-qanun fit-tibb
“əl-Qanun fit-Tibb (ərəb. القانون في الطب‎) — tibb tarixi ilə bağlı ən məşhur əsərlərdən biri. Əbu Əli İbn Sinanın kitabı. Şərqin böyük alimi Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” (“Tibb qanunları”) əsərinin II cildinin əlyazması qədimliyi, mükəmməlliyi ilə diqqəti cəlb edir. Əsər hicri 537, miladi 1143-cü ildə müəllifin ölümündən 6 il sonra köçürülmüşdür. Bu mənada, əlyazmanın bu nüsxəsi ən etibarlı nüsxələrdəndir. İslam Şərqinin elm tarixinin qədimliyini sübut edən bu əlyazma YUNESKO-nun təsis etdiyi “Dünyanın yaddaşı” Proqramının siyahısına daxil edilmişdir. “Tibb qanunları” Orta əsrlərdə həm Qərb, həm də Şərqdə tibb sahəsində yazılmış ən mükəmməl, tayı-bərabərı olmayan ensiklopedik əsər sayılırdı. XII əsrdə Kremonalı Gerard (1140-1187) bu kitabı ərəb dilindən latın dilinə çevirəndən sonra, o, yüzilliklər boyu Avropa Universitetlərində tibb üzrə ən mükəmməl dərs vəsaiti sayılmışdır. Kitab o qədər böyük şohrət qazanmışdı kı, dahi rəssam və heykəltaraş Mikelancelo onun haqqında bunları demişdi: “İbn Sinanın ardınca gedib yanılmaq, başqalarının ardınca gedib uğur qazanmaqdan daha yaxşıdır”.
Fit qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Fit registeri
Fit registeri (həmçinin fit notu, fit səsi və fit notası da deyilir) modal ve falsetto registerlərinden daha incə olan, insanın çıxarda biləcəyi ən incə registerdir. Bu register digər registerlərdən fərqli olaraq xüsusi bir fizioloji xüsusiyyətə malikdir. Bu səs rənginin yaratdığı səs, fit səsinə bənzəyir. Bəzi sopranolarda, modal register istehsalı tez-tez fit registeri adlandırılır. == İstifadəsi == Populyar musiqidə fit notası klassik musiqidən daha çox müxtəlif və incə səslər çıxarmaq üçün istifadə olunur. Daha çox Mariah Carey, Minnie Riperton, və Ariana Qrande kimi qadın müğənnilər tərəfindən istifadə olunur. Bəzi kişilərdə fit notasından istifadə edə bilərlər. Wang Xiaolong, bir kişinin çıxarda biləcəyi ən incə vokal notu ilə Ginnesin Rekordlar Kitabına düşmüşdür (Mi8, 5243 Hz). Qadın müğənni Georgia Brown 2005-ci ildə Ginnesin Rekordları Kitabında indiyə qədər əldə edilmiş ən incə nota (Sol10 veya 25 kHz) çatdı, lakin 2007-ci il mahnılar buraxılışında həqiqət olduğunu sübut edən heç bir qeyd olmadığı üçün bu iddia qaldırıldı.
Discovery Fit & Health
Discovery Fit & Health Discovery Communicationsun fitness və sağlamlığa həsr olunmuş yeni televiziya kanalı. Bu kanal Discovery Health və FitTV kanallarının birləşməsi nəticəsində yaradıldı.Kanal 1 fevral 2011-ci il tarixində yayıma başlamışdır.
Fit dağı qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Azərbaycan Respublikasında Fitosanitar Nəzarəti Xidməti
Azərbaycan Respublikasında Fitosanitar Nəzarəti Xidməti == Haqqında == 1931-ci ildə təşkil olunmuş və SSRİ–nin dağılmasına qədər Azərbaycan Respublikasının Nazirlər Soveti yanında Dövlət Bitki Karantini müfəttişliyi kimi mövcud olmuşdur. Müfəttişlik 2000-ci ildə ləğv olunmuş, Bitki mühafizəsi və karantini şöbəsi kimi Kənd Təsərrüfatı Nazirliyinin aparatına verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli 467 nömrəli Sərəncamına əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti yaradılmış və Prezidentin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "Dövlət Fitosanitar nəzarəti xidməti haqqında" Əsasnamə təsdiq edilmişdir. 12 may 2006-cı ildə "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq, onların mənbələrini vaxtında aşkar etmək, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq, flora və faunanın pestisidlərin və digər zəhərli maddələrin təsirindən qorumaq, Respublikanın ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq və digər bu kimi tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır.
Bred Fitspatrik
5 fevral 1980-ci ildə amerikalı proqramçı, “Livejournal.com” – pulsuz şəbəkə gündəlikləri saytının müəllifi Bred Fitspatrik (Brad Fitzpatrick) anadan olmuşdur. Hal-hazırda o, “Google” şirkətində proqram təminatının yaradılması üzrə mütəxəssis vəzifəsində çalışır. Brend Fitspatrik Ayova ştatında anadan olan Fitzpatrick Oreqon ştatının Beaverton şəhərində böyüyüb və Sietldəki Vaşinqton Universitetində kompüter elmləri üzrə ixtisaslaşıb . O, ilk şirkəti FreeVote.com-u orta məktəbdə olarkən qurdu.. == Həmçinin bax == Şəxsi veb saytı == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı x faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Gəzərgi fitçalan ördək
Gəzərgi fitçalan ördək (lat. Dendrocygna arcuata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Hakim fiti
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Hindistan fitçalan ördəyi
Hindistan fitçalan ördəyi (lat. Dendrocygna javanica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Lələkli fitçalan ördək
Lələkli fitçalan ördək (lat. Dendrocygna eytoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Məzahir Fitrət
Məzahir Fitrət – şair. == Həyatı == Məzahir Fitrət (Mahmudov Məzahir Nəsir oğlu) 1940-cı ildə Gədəbəy rayonunun Fərzalı kəndində anadan olub. 1949-cu ailəsi ilə birlikdə Tovuza köçüblər. 1958-ci ildə Tovuz Şəhər Axşam orta məktəbini bitirib və həmin ilin dekabr ayında Bakıya gəlib, neft mədənində əmək fəailyyətinə başlayıb. 1963-cü ildə ADU-nun filologiya fakültəsinə daxil olub, ancaq bir sıra qeyri-obyektiv səbəblər ucundan dəfələrlə təhsili atıb. 23 yaşlarından sonra mətbuata ayaq açan Məzahir Fitrət ömür boyu çox seyrək və çox çətinliklə çap oluna bilmişdir. 1995-ci ildə vəfat etmişdir.
Qara yekəqarın fitçalan ördək
Qara yekəqarın fitçalan ördək (lat. Dendrocygna autumnalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü. == Yarımnövləri == D. a. autumnalis (Linnaeus, 1758) D. a.
Robert Devid Fitzcerald
Robert Devid Fitzcerald (irl. Robert David Fitzgerald; 30 noyabr 1830 – 12 avqust 1892) — İrlandiya botaniki. Elmi f'aliyy'ti== Robert Devid Fitzcerald toxumlu bitkilər sahəsində ixtisaslaşıb.. Həm də böyük Alman-Avstraliyalı botanik Ferdinand von Mueller üçün orkide toplayırdı. == Əsərləri == Australian Orchids. 1875–1894..
Solğun fitçalan ördək
Solğun fitçalan ördək (lat. Dendrocygna viduata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Uilyam Vinsent Fitzcerald
Vilyam Vinsent Fitzcerald (ing. William Vincent Fitzgerald; 21 iyul 1867 – 6 avqust 1929, Yeni Qvineya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vilyam Vinsent Fitzcerald toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 160-dan çox bitki növünü təsnif etmişdir. == Əsərləri == Fitzgerald, W.V. (1918). The botany of the Kimberleys, North-West Australia. 123 p. 1905a. Diary of expeditions to the Kimberley 1905-6. 1 vol. 1905b.
Vilyam Vinsent Fitzcerald
Vilyam Vinsent Fitzcerald (ing. William Vincent Fitzgerald; 21 iyul 1867 – 6 avqust 1929, Yeni Qvineya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vilyam Vinsent Fitzcerald toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 160-dan çox bitki növünü təsnif etmişdir. == Əsərləri == Fitzgerald, W.V. (1918). The botany of the Kimberleys, North-West Australia. 123 p. 1905a. Diary of expeditions to the Kimberley 1905-6. 1 vol. 1905b.
W.Fitzg.
Vilyam Vinsent Fitzcerald (ing. William Vincent Fitzgerald; 21 iyul 1867 – 6 avqust 1929, Yeni Qvineya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vilyam Vinsent Fitzcerald toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 160-dan çox bitki növünü təsnif etmişdir. == Əsərləri == Fitzgerald, W.V. (1918). The botany of the Kimberleys, North-West Australia. 123 p. 1905a. Diary of expeditions to the Kimberley 1905-6. 1 vol. 1905b.
Xallı fitçalan ördək
Xallı fitçalan ördək (lat. Dendrocygna guttata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Şərqi Hindistan fitçalan ördəyi
Qaradimdik ağac ördəyi (lat. Dendrocygna arborea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Əbdürrauf Fitrət
Əbdürrauf Fitrət (özb. Abdurauf Fitrat; 1885—1938) — özbək şairi. == Həyatı == Əbdürrauf Fitrət 1885-ci ildə Buxarada anadan olmuşdu. atası Əbdürrəhman bəy, anası Bibican idi.İlk təhsilini "Mirərəb" mədrəsəsində almışdı. 1909-cu ildə Buxara cədidçilərin təşviqi ilə İstanbula getmişdi. 1909-1913-cü illər arası Türkiyədə yaşamışdı. Ə.Fitrət 1918-ci ilin sonları 1919-cu ilin əvvəllərində qurulan “Çağatay Grungi” adlı birliyin fəal üzvlərindən olmuşdur. Rus imperiya müstəmləkəsinin özbək xalqına verdiyi zülm, xalqın sovet rejiminə qarşı narazılığı, baş verən üsyanlar “Çağatay Grungi”nin yaranma səbəbi olmuşdur. Ə. Fitrət, Ə.Çolpanla yanaşı Kayum Ramazanov, Elbek, Şakircan Rəhimi, Gulam Zəfəri, Mir Mollo Şerməhəmmədov, Qazi Yunusov, Batu, Sancar Sıddıqov kimi cədidçilər “Çağatay Grungi”nin fəal üzvlərindən olmuşlar. == Yaradıcılığı == Təsadüfi deyil ki, Ə.Fitrət, Ə.Çolpan kimi yüksək sənətkarlıq bacarığına sahib ədiblər cədid hərəkatının öndə gedən isimləri idilər.
Əli Fitrət
Əli Məhəmməd oğlu (Əli Fitrət) - Cənubi Azərbaycanın tanınmış şairlərindən, "Azərbaycan şair və yazıçılar cəmiyyəti"nin təşkilatçılarından biri. == Həyatı == Əli Məhəmməd oğlu Fitrət 1890-cı ilin baharında Cənubi Azərbaycanda, Təbriz şəhərində ruhani ailəsində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Lakin atası Molla Məhəmməd ona klassik ədəbiyyatı, elmi-bilikləri və ərəb dilini mükəmməl öyrətmişdir. 15 yaşında ikən atası vəfat etdiyindən təhsilini yarımçıq qoyub mürəttib işləmişdir. Bədii yaradıcılığa bu dövrdən başlamışdır. Səttarxan hərəkatına qoşulmuş, fədai kimi əldə silah cəbhələrdə döyüşmüşdür. "Səttarxan medalı" ilə təltif olunmuşdur. İyirmi beş yaşında mürəttibliyi tərk edib, Təbriz-Culfa dəmiryolu idarəsində çalışmışdır. Gənclik dövründə farsca şeirlər yazsa da, sonra imtina edib, ana dilində yazmağı üstün tutmuşdur.
Birinci Fitnə
Birinci Fitnə (Ərəb dünyasında buna əsasən "Osmanın öldürülməsi ilə bağlı parçalanma" deyilir, ərəb. فتنة مقتل عثمان‎, ancaq başqa adlarla da qeyd edilir) — İslam tarixində xəlifə Osmanın evində öldürülməsi ilə başlayan və I Müaviyənin İslam Dövlətinin başçısı olması ilə sona çatan vətəndaş müharibəsi dövrünə verilən ad. == İlkin şərtlər == Vətəndaş müharibəsinin səbəbi müsəlman icması üzərində hakimiyyətin varisliyi ilə bağlı uzunmüddətli siyasi ziddiyyətlər olmuşdur. Məhəmməd peyğəmbərin vəfatından dərhal sonra onun Mədinədən olan ənsarların Saqifdə toplantısı olur . Mədinə ənsarları öz məclislərində xilafət olmağa haqqlarının olduğunu iddia edərək Səd ibn Ubadəni bu vəzifəyə təyin etmək qərarına gəlir. Bunu eşidən Muğirə ibn Şube Ömər ibn Xəttaba xəbərdarlıq edərək, bu vəziyyətə müdaxilə etməsini istəyir. Mərhum İslam peyğəmbərinin qohumları və səhabələri Əbu Bəkr Siddiq və Ömər ibn Xəttab, altı nəfərin müşayiəti ilə oraya çata bilirlər və onlarla görüşdə yeganə məkkəli Qureyşlilər məhs onlar olurlar. Qureyş və onlardan sonra ənsarlar uzun sürən mübahisədən sonra Əbu Bəkrə beyət edirlər. Bəzi Ənsarlar Əli ibn Əbu Talibin tərəfdarları olduqlarını bildirərək Əbu Bəkrə beyət etməkdən imtina edir. Məkkəlilər öz iradələrini tətbiq etməyə nail olurlar və Əbu Bəkr xəlifə elan edilir (“Allahın Rəsulunun müavini”).
Erythrina fitzalanii
Əlvan eritrina (lat. Erythrina variegata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin eritrina cinsinə aid bitki növü.
Yelizaveta Fitzalan (Norfolk hersoqinası)
Yelizaveta Fitzalan (ing. Elizabeth Fitzalan; 8 iyul 1366 – 8 iyul 1425) — İngilis əsilzadəsi, Norfolk hersoqinası. I Norfolk hersoqu Tomas Movbreyin ikinci xanımıdır. Ərinin ölümü və hersoqluğun ləğvindən sonra Norfolk qrafinyası olaraq həyatını davam etdirdi. == Mənbə == Weis, Frederick Lewis (2004). Ancestral Roots of Certain American Colonists Who Came to America before 1700, 8th Edition. Baltimore, MD 21211-1953: Genealogical Publishing Co., Inc. p. 22. ISBN 978-0-8063-1752-6 Rawcliffe, C., biography of USFLETE, Sir Gerard, of North Ferriby and Ousefleet, Yorks, published in The History of Parliament: the House of Commons 1386-1421, ed.
Fitilyö
Fitilyö (fr. Fitilieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartröz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38165. Kommunanın 1999-cu il üçün əhalisi 1275 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 280 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km şimalda yerləşir.
Maykl Qreyvs dizaynlı zəngli və fitli, paslanmayan polad çaydan
Maykl Qreyvs dizaynlı zəngli və fitli, paslanmayan polad çaydan və ya tanınan adı ilə Hitler çaydanı – 2013-cü ildə ABŞ-də "JCPenney" mağazalar şəbəkəsi tərəfindən satılmış polad çaydan. Nasist Almaniyasının diktatoru Adolf Hitlerə oxşadılması səbəbilə sosial mediada diqqət cəlb etmişdir. == Tarixi == Çaydan ABŞ memarı və dizayneri Maykl Qreyvs tərəfindən "JCPenney" üçün dizayn edilmiş məhsullar kolleksiyasının bir hissəsi idi. Kaliforniya ştatının Kalver-Siti şəhərinin 405-ci ştatlararası avtomagistralında quraşdırılmış reklam lövhəsinin fotolarının 2013-cü ilin mayında sosial şəbəkələrdə paylaşılmasından sonra çaydan internet, xüsusilə də, Reddit istifadəçi tərəfindən Nasist Almaniyasının diktatoru Adolf Hitlerə bənzədilmişdir. Çaydanın qara rəngdə olan qulpu və qapağı Hitlerin saç stili və bığı ilə, lüləyi isə nasist salamı verən sağ qolu ilə müqayisə olunmuşdur. "KPCC" dinləyiciləri arasında keçirilmiş sorğuda iştirakçıların 31%-i çaydanın diktatoru xatırlatdığını, 25%-i xatırlatmadığını bildirmişdir. == Cavab == Medianın diqqətindən sonra "JCPenney" məhsula marağın səbəb olduğu reklam lövhəsini yığışdırmış və çaydanın Hitlerlə bənzərliyinin təsadüfi olduğunu açıqlamışdır: "Əgər biz bir kəsə oxşayan çaydan dizayn etsəydik, biz bunu qar adamı ilə edərdik". Hitler çaydanı pareydoliyaya bir nümunə kimi göstərilir. "Haaretz" üçün yazan Qavriel Rozenfeld Hitler çaydanının populyarlığının "hitlerləşdirmə"nin və Hitler memləri fenomeninin bir parçası olduğunu bildirmişdir. Populyarlığı səbəbilə "JCPenney" mağazalarındakı bütün Hitler çaydanları satılmış, daha sonra eBay-da 199 ABŞ dolları qiymətində (orijinal qiyməti 40 ABŞ dolları) satışa çıxarılmışdır.

Digər lüğətlərdə