GÖYƏZƏ

(Beyləqan, Gəncə, Goranboy)
xəsis. – Çox göyəzə adamdı Qulu (Beyləqan)
GÖYƏVURMA
GÖYGƏNƏ
OBASTAN VİKİ
Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv
== Haqqında == Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv günbəzləri arasında özünün morfoloji ifadəliliyinin kəskinliyi ilə fərqlənir və ətraf ərazi üzərində baxımlı görünüşü ilə heyrətamiz bir mənzərə yaradır. Coğazçayın sol sahilində (Ağstafaçayın sağ qolu), Abasbəyli kəndinin yaxınlığında yerləşən bu günbəz azmeyilli dərətəpəli yerdə basdırılmış nəhəng daş sütununu xatırladır. Günbəz gec təbaşir (santon əsri) dövründə baş vermiş güclü vulkanik püskürmə mərkəzi yerində törəmişdir və albitləşmiş riolitlərdən ibarətdir. Günbəzin nisbi hündürlüyü 250 m, mütləq hündürlüyü 850 m, bünövrəsinin diametri isə 250 m təşkil edir. Göyəuzan günbəzi özünün vulkanik aparatının morfoloji əlamətlərinə görə Vest-İndiyadakı Martinika adasında yer səthinə çıxan (Karib dənizinin Kiçik Antil adaları) məşhur Mon-Pele vulkanik obeliskini xatırladır. Guman edilir ki, vulkanik aktivlik fazasında ekstruziv günbəz daha hündür olmuş və yüksəkliyi 500 m çatırdı. Hazırda bu ekstruziv günbəz Azərbaycan Respublikasının qərb regionundakı Avey təbiət-tarixi qoruğunun ərazisində yerləşir.
Göyəzən
Göyəzən (qəzet) —
Göyəzən (dağ)
Göyəzən dağı — Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Azərbaycanın Qazax rayonunun ərazisindədir. == Ümumi məlumat == Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər.
Göyəzən (qəzet)
Göyəzən qəzeti - Qazax rayonunun rəsmi orqanı. Baş redaktoru Elçin İsmayıldır. Qəzet A2 formatında 4 səhifədən ibarətdir. Azərbaycanda bu formatda nəşr olunan yeganə rayon qəzetidir. == Tarixi == Qəzet 12 mart 1932-ci ildə Qazax rayonunda "Kommuna yolu" adı ilə nəşr olunmağa başlamış, 1968-ci ildə isə adını dəyişərək Qalibiyyət bayrağı adı ilə fəaliyyətinə davam etmişdir. 1980-ci illərdə 14 min tiraja malik qəzet SSRİ-nin süqutundan sonra fəaliyyətini azaltdı. 1988-ci ildə yenidən adını dəyişən qəzetin son adı "Göyəzən" oldu. Azərbaycan respublikası qurulandan sonra qəzet ildə 1-2 dəfə olmaqla az tirajla çıxırdı. 2007-ci ildən başlayaraq ayda iki dəfə nəşr olunmağa başladı. Həmin il qəzetin tirajı 3000 ədəd idi.
Göyəzən FK
Göyəzən FK — Azərbaycanın Qazax rayonunu təmsil edən futbol klubu. 1977-ci ildə Qazaxda yaranmışdır. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Göyəzən Qazax FK
Göyəzən FK — Azərbaycanın Qazax rayonunu təmsil edən futbol klubu. 1977-ci ildə Qazaxda yaranmışdır. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Göyəzən dağı
Göyəzən dağı — Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Azərbaycanın Qazax rayonunun ərazisindədir. == Ümumi məlumat == Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər.
Göyəzən dağında Yeddibürclü qala
Yeddibürclü qala — Qazax rayonu ərazisindəki Göyəzən dağınin ətəyində yerləşən qala. İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir. Qala divarında yeddi bürc vardır, ona görə də ona yeddibürclü qala da deyirlər. Divarları və bəzi bürcləri yaxşı qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular mövcuddur. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi söylənir. Ətrafda qazıntı işləri aparılmışdır.
Göyəzən ekstruzivi
== Haqqında == Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv günbəzləri arasında özünün morfoloji ifadəliliyinin kəskinliyi ilə fərqlənir və ətraf ərazi üzərində baxımlı görünüşü ilə heyrətamiz bir mənzərə yaradır. Coğazçayın sol sahilində (Ağstafaçayın sağ qolu), Abasbəyli kəndinin yaxınlığında yerləşən bu günbəz azmeyilli dərətəpəli yerdə basdırılmış nəhəng daş sütununu xatırladır. Günbəz gec təbaşir (santon əsri) dövründə baş vermiş güclü vulkanik püskürmə mərkəzi yerində törəmişdir və albitləşmiş riolitlərdən ibarətdir. Günbəzin nisbi hündürlüyü 250 m, mütləq hündürlüyü 850 m, bünövrəsinin diametri isə 250 m təşkil edir. Göyəuzan günbəzi özünün vulkanik aparatının morfoloji əlamətlərinə görə Vest-İndiyadakı Martinika adasında yer səthinə çıxan (Karib dənizinin Kiçik Antil adaları) məşhur Mon-Pele vulkanik obeliskini xatırladır. Guman edilir ki, vulkanik aktivlik fazasında ekstruziv günbəz daha hündür olmuş və yüksəkliyi 500 m çatırdı. Hazırda bu ekstruziv günbəz Azərbaycan Respublikasının qərb regionundakı Avey təbiət-tarixi qoruğunun ərazisində yerləşir.
Göyəzən qalası
Göyəzən qalası — Qazax rayonunun Alpout kəndi yaxınlığında, Göyəzən dağının ətəyində yerləşən yerli əhəmiyyətli tarixi abidə. İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir. Qala divarında yeddi bürc vardır, ona görə də ona Yeddibürclü qala da deyirlər. Divarları və bəzi bürcləri yaxşı qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular mövcuddur. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi haqqında tarixşünaslıqda müxtəlif fikirlər söylənilir. Qala ətrafında kiçik miqyaslı arxeoloji qazıntı işləri aparılmışdır.
Moşu Göyəzənli
Moşu Göyəzənli - dramaturq Vaqif Səmədoğlunun "Bəxt üzüyü" pyesinin əsas qəhrəmanlarından biri. Şair və aşıq. 1991-ci ildə Azərbaycanın xalq şairinin eyni adlı pyesi əsasında lentə alınmış "Bəxt üzüyü" filmində eyni adlı və yüngül şairlik qabiliyyətinə malik, vətənpərvər, özünə xalq şairi deyən, Mehtər Babasının poemasını bitirə bilməyən, “xoşbəxtliy”ə qafiyə axtaran personaj. Moşu Göyəzənli Qazaxda doğulmuşdur. Həyat yoldaşı Söylüdən 6 oğul uşağı vardır və biri də dünyaya gəlmə ərəfəsindədir. Zəif bir şair olsa belə eyni zamanda güclü vətənpərvərdir və aşıqdır. Sözünü deyən, əsəbi və həyat yoldaşına xəyanət etməyən namuslu kişi xarakterinə malikdir. O, zəif sözbaz olduğu qədər də sadəlövhdür. Xoşbəxtliyə qafiyə axtararaq öz-özünü və ətrafındakıları aldadır.