1. Canlıların əzələlərini gərginləşdirmə vasitəsilə fiziki hərəkətlər etmə qabiliyyəti; insanın (heyvanın) fiziki enerjisi, qüvvəsi; qüvvə.
□ Güc almaq – güclənmək, qüvvətlənmək.
Güc etmək (eləmək) – bax güc vermək 1-ci mənada.
Güc gəlmək – bir işi güc işlədərək görmək.
Güc vermək – 1) bir şeyi qaldırmaq və ya yerindən tərpətmək üçün fiziki qüvvə sərf etmək;
2) gördüyü bir işi daha da gücləndirmək. Danışığa güc vermək.
Güc vurmaq – bax güc vermək 1-ci mənada.
Gücdən düşmək – 1) gücünü, qüvvətini itirmək, gücsüzləşmək;
2) etibarını, qüvvəsini itirmək.
Gücdən salmaq – gücsüz etmək, taqətdən salmaq. Xəstəlik onu gücdən saldı.
Gücə salmaq – 1) zor işlətməklə bir şeyi əldə etmək, yaxud əldə etməyə çalışmaq, zorla bir şeyə məcbur etmək. Gücə salıb əlindən almaq. – Qalalar, ay qalalar; Laçın orda balalar; Laçın balasın verməz; Bəlkə gücə salalar. (Bayatı);
2) gücü çatmayan bir şeyə güc vuraraq bədənin bir yerini zədələmək. Belini gücə salmaq.
Gücü çatmaq – bir işi görə bilməyə qüvvəsi çatmaq, qüvvəsi daxilində olmaq; bacarmaq.
Gücü düşmək – bax gücü çatmaq.
Gücü gəldikcə – bütün gücü ilə, bacardığı qədər, var qüvvəsi ilə.
2. Qüvvət, taqət. Əlinin gücü yoxdur.
□ Güc gətirmək – qüvvətlənmək, artmaq, üstünə gəlmək. Xəstəlik güc gətirdi.
Gücdən düşmək – qüvvəti getmək, taqətdən düşmək, zəifləşmək.
3. İşgörmə qabiliyyəti, enerji. Maşının yükqaldırma gücü. Suyun gücü. – El gücü, sel gücü. ( Ata. sözü ).
4. Bacarıq, qabiliyyət.
5. Qüdrət, qüvvət. Dövlətin gücü.
// Təsir qüvvəsi. Sözün gücü. Dəlillərin gücü.
6. İnandırma qabiliyyəti, təsir qüvvəsi. Təbliğatın gücü. Tərbiyənin gücü.
7. Bir şeyin təzahür dərəcəsi; intensivlik, gərginlik. Səsin gücü. Küləyin gücü. Partlayışın gücü.
8. Maddi cəhət, pul. Ev tikməyə gücüm yoxdur.
□ Gücü çatmaq – maddi vəziyyəti imkan vermək, bir işi görmək üçün pulu olmaq.
9. Üstünlük, qüvvə.
□ Güc gəlmək (gətirmək) – üstün gəlmək, qalib gəlmək.
10. Hüquqi cəhətdən qüvvəyə malik olma; səlahiyyət. Müqavilənin gücü.
□ Gücdən düşmək, gücünü itirmək hüq. – qüvvədən düşmək, daha məcburi olmamaq. Müqavilə gücdən düşdü. Qanun gücünü itirdi.
Gücə minmək hüq. – qüvvəyə minmək, artıq hamı üçün məcburi olmaq. Qanun ayın birindən gücə minmişdir.
11. Yardım, kömək. [Naçalnik:] Bəy, mən gəlmişəm ki, Nəbini tutam.
12. Məhsul yetirmə, göyərtmə qabiliyyəti (torpaq haqqında). Torpağın gücü. Torpaq gücdən düşüb.
13. Böyük istehsal qüvvəsinə malik olma; qüvvə. Fabrikin gücü. Zavod bütün gücü ilə işləyir.
14. Gücdür şəklində – çətindir, zordur.
15. Güclə şəklində zərf – zorla, çətinliklə, bütün qüvvəsini toplayaraq. Güclə yerimək. Güclə danışmaq.
16. Gücünə şəklində – yiyəlik halda olan isimlərdən və nisbət şəkilçili şəxs əvəzliklərindən sonra gələrək “
…köməyi ilə,
…yardımı ilə, …arxalanaraq” mənasında işlədilir. Biliyin gücünə…