GÜNEY

is.
1. Cənub. Güney tərəfə getmək.
[Hüseyn:] …Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən. N.Vəzirov.

// Sif. mənasında. Güney tərəf.
2. Gün düşən yer, gün tutan yer; günəşli yer (quzey əksi). Təpənin güneyi.
– Bura güney, hər tərəfdən gün şüalarını toplayan … bir yer idi. Ə.Əbülhəsən.

3. Dağın, təpənin günəş çox düşdüyündən yaxşı məhsul verən cənub yamacı. Güneydə xır əkmək.
– Dolur şirin səslərlə; kölgəli bağ, boz güney. Ə.Cavad.
Əriyir güneylər döşündəki qar; Yağış da isladır o göy çəməni. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜNEY 1. GÜNEY (gün düşən yer) Qayaları baş-başadır; Güneyləri tamaşadır... (S.Vurğun); GÜNƏVƏR Kəndin qarıları günəvər yerlərə çıxır, özlərini divarlara sö

Etimologiya

  • GÜNEY Türk dillərində ey sözünün əsas mənası “tərəf” demək olub. Qabaq tərəf ye­rinə, iləy (müqayisə et: iləri, yəni irəli) işlədilib
GÜNDÜZKÜ
GÜNEYLİK

Digər lüğətlərdə