1. Eni çox olan, gen (dar əksi). Geniş alın. Geniş eyvan. Geniş küçə. Geniş arx.
2. Sahə etibarilə çox böyük. Geniş tarla. Geniş çöllər. Geniş düzənlik.
// Məc. mənada.
// məc. Ucsuz-bucaqsız, sonsuz, nəhayətsiz. Geniş üfüq.
3. Böyük, iri (addım haqqında).
4. məc. Miqyası, qavrama dairəsi, ölçüsü böyük. Geniş ticarət. Geniş vəsait. Geniş imkanlar.
5. məc. Hamını, yaxud çoxunu əhatə edən, hamıya yaxud çoxuna şamil olan; kütləvi. Geniş tamaşaçı kütləsi. Geniş müşavirə. Geniş seçki kampaniyası. Elmi şuranın geniş iclası.
// Hamı üçün, çoxları üçün olan. Geniş istehlak malları.
6. məc. Azad, sərbəst, heç bir şeylə məhdudlaşdırılmayan. Geniş həyat.
7. məc. Dərin, əsaslı, məhdudluqdan azad, ətraflı. Həyata geniş (z.) baxmaq. Sözü geniş mənada başa düşmək lazımdır. geniş-geniş 1) zərf Geniş, geniş surətdə.
2) sif. Geniş (çoxluq bildirir). Geniş-geniş tarlalar. Geniş-geniş meydanlar.