GİDİ

Pis, alçaq, yaramaz, etibarsız. (“Koroğlu” dastanının lüğəti)

Gidi xonkar, qıl başının çarəsin,

Koroğlu üstünə dəllərlə gəlib.

Alıbdı qalanı, yıxıbdı bürcün,

Koroğlu üstünə şirlərlə gəlib.

                               (“Koroğlunun Bayazid səfəri”) (“Bəşir Əsəd oğlu”)

                       *

Ləşkərün götürüb gəldün üstümə,

Gidi Reyhan, məgər dəli olmusan?

Nə girmisən mənim canım qəsdinə,

Gidi Reyhan, məgər dəli olmusan?

                               (Paris nüsxəsi, 3-cü məclis)

GİCİMƏK
GİLƏ
OBASTAN VİKİ
Hey gidi günler (mahnı)

Digər lüğətlərdə