Rail Ramazanov

Rail Arif oğlu Ramazanov (15 aprel 1997; Qusar rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Rail Ramazanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hil, Qusar, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Hil, Qusar, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbə Kiçik çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2021 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Rail Ramazanov 1997-ci il aprelin 15-də Qusar rayonunun Hil kəndində anadan olub.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun kiçik çavuşu olan Rail Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rail Ramazanov noyabrın 1-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Qusar rayonunun Hil kəndində dəfn olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.