HAVE

have1

n pl the ~s and the have-nots varlılar və kasıblar (xalq, ölkə haq.)

have2

v I 1. malik / var olmaq; The door has no key to it Bu qapıya düşən açar yoxdur; Have you time to come with me? Mənimlə getməyə vaxtın / vaxtınız varmı?; Do you have time for reading? Sənin / Sizin oxumağa vaxtın / vaxtınız varmı?; 2. almaq, tutmaq, eşitmək, əldə etmək; They had no news of him Onlar onun haqqında heç nə eşitməyiblər; Let me have his order as soon as possible Onun sifarişini mümkün qədər tez mənə göndər / göndərin; to ~ one’s wish istədiyini almaq / əldə etmək; You may have it for five pounds Sən / Siz bunu beş funta ala bilərsən / bilərsiniz, 3. baş vermək, vaqe olmaq, əmələ gəlmək; We had an earthquake last month Keçən ay bizdə zəlzələ oldu / baş verdi; 4. bilmək, bacarmaq, əlindən gəlmək; He has small Latin and less Greek O, latın dilini pis, yunan dilini isə ondan da pis bilir; 3. d.d. başa düşmək, anlamaq; Now I have your idea İndi sənin / Sizin fikrini / fikrinizi başa düşürəm, İndi fikrin /fikriniz mənə çatır; You have me? Məni başa düşdün? / düşdünüz?; 6. qalib / üstün gəlmək, məğlub etmək; He had you in the first round Birinci raundda o səni / sizi məğlub etdi; 7. vaxt keçirmək; He wants to have a pleasant evening O, axşamı xoş keçirmək istəyir; 8. qida qəbul etmək, yemək, içmək; I have dinner at three Mən saat üçdə nahar edirəm; What will you have? Nə yeyəcəksən? / içəcəksən?; Let me have some more meat Mənə bir az da ət ver / verin; 9. başına gəlmək, çəkmək, görmək, dözmək, qatlaşmaq; They had quite an adventure Onların başına əsl macəra gəldi; She has a lot of trouble Onun başı bəlalar çəkir, Onun başı qovğadadır; 10. hiss etmək, ağrımaq, xəstəlik keçirmək; He has measles O qızılca çıxarıb / tutub; He had a bad cold in the head O, ağır zökəm keçirdi; 11. göstərmək (qayğı, rəhm, mərhəmət və s.); to ~ pity for smb. bir kəsə yazığı / rəhmi gəlmək; He has patience with children O, uşaqlarla səbrlə davranır; Have no doubt Şübhə etmiyə bilərsən / bilərsiniz; 12. nəticələnmək; təsir etmək / göstərmək; This policy had the desired effect Bu siyasət arzu olunan nəticəni verdi; 13. doğmaq, balalamaq; dünyaya övlad gətirmək; She is going to have a baby Onun uşağı olacaq; 14. arvad almaq; ərə getmək; And now the man won’t have her İndi də kişi onunla evlənmək istəmir; 15. bir kəsi qonaq kimi qəbul etmək, bir kəsi dəvət etmək / çağırmaq (evə); to ~ smb. in to dinner bir kəsi evinə nahara dəvət etmək; I had the doctor in Mən həkimi evə çağırdım / dəvət etdim; to ~ a swim / a walk / a wash / a dance / a smoke bir az üzmək / gəzmək / yuyunmaq / rəqs etmək / papiros çəkmək; to ~ a look nəzər salmaq / yetirmək; to ~ smb. (to) do / doing smth. bir kəsi bir şeyi etməyə məcbur etmək; I will have him come Mən onu gəlməyə məcbur edəcəyəm; He had his hair cut O, saçını / başını qırxdırdı; We had our photos taken Biz şəklimizi çəkdirdik; I had my money stolen Pulumu oğurladılar; He had his leg broken O, qıçını sındırdı; to ~ to do with smb. /smth. bir kəsə / şeyə dəxli olmaq, aid olmaq; This has nothing to do with you Bunun sənə / sizə heç bir dəxli / aidiyyəti yoxdur; to ~ smth. about / on üstündə / yanında bir şey olmaq; He hadn’t any money about / on him Onun üstündə / yanında pulu yox idi; to ~ rather daha yaxşı / üstün olmaq; I had rather do it myself Bunu mən özüm etsəydim, daha yaxşı olardı; one won’t/ can’t ~ smth. / smth. done yol / imkan verməmək, dözməmək; I won't have such conduct Mən bu cür rəftara dözmərəm; one won’t / can’t ~ smb. do / doing smth. bir kəsə bir şeyi etməyə imkan verməmək / dözməmək; I won't have you say / saying such things Mən sənə /sizə imkan vermərəm ki, belə sözlər danışasan / danışasınız; to ~ it out (with smb.) (bir kəslə) hər hansı bir məsələni aydınlaşdırmaq / müəyyənləşdirmək; He decided suddenly to call upon... Miss Barlow and have the matter out with her O, birdən qərara aldı ki, xanım Barloya baş çəksin və məsələni onunla aydınlaşdırsın

v II modal fel kimi: zərurilik, lazımlılıq, labüdlük, vaciblik bildirir: He has (got) to help us O bizə kömək etməlidir; You will have to wait a moment Sən / Siz bir an gözləməli olacaqsan / olacaqsınız;

◊ to ~ in mind düşünmək, fikrində tutmaq; nəzərə almaq; niyyətində olmaq; to ~ it off / away with smb. bir kəslə cinsi əlaqəyə girmək / əlaqədə olmaq; to ~ the law on smb. bir kəsi məhkəməyə vermək; to ~ a go / a shy / a shot / a bash / a stab at cəhd etmək, gücünü sınamaq; to ~ it qalib gəlmək; to ~ at smb. bir kəsin üstünə cummaq / şığımaq / atılmaq; Let us have at him Gəlin onun üstünə cumaq

HAUNT
HAVOC
OBASTAN VİKİ
Have a Nice Day
Have a Nice Day – Roxette qruppunun albomudur.
I Have A Dream
"Mənim bir arzum var" (ing. I have a dream) — amerikalı hüquq müdafiəçisi, 1964-cü il Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin 1963-cü il 28 avqust tarixində Vaşinqtona yürüş zamanı Linkoln memorialının qarşısında 200–300 min nümayişçinin önündə etdiyi məşhur çıxışı. Bu çıxışında o, gələcəkdə ağların və qaradərililərin bərabər hüquqlara malik olduğu bir Amerika görmək istədiyini ifadə etmişdir. Bu çıxış natiqlik sənətinin incilərindən hesab edilir. Öz üslubuna görə zənci baptist moizəsinə bənzəyir və İncilə, ABŞ İstiqlal Bəyannaməsinə, Qulların azad edilməsi haqda manifestə və ABŞ Konstitusiyasına allüziyalarla zəngindir. Millətimizin azadlığı uğrunda mübarizə tarixində azman bir hadisə kimi qalası bu nümayişdə sizinlə bir yerdə olduğuma görə xoşbəxtəm! Yüz il bundan əvvəl, rəmzi olaraq abidəsinin kölgəsinə yığışdığımız böyük amerikalı Avraam Linkoln Azadlıq bəyannaməsini imzaladı. Bu əlamətdar sənəd haqsızlığın dözülməz əsarəti altında inləməkdə olan milyonlarla qul zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun gecəsindən sonra sevincə açılan dan yerinə bənzəyirdi. Ancaq indi, yüz il keçəndən sonra müdhiş fakt qarşısında qalmışıq.
I Have No Cannons that Roar
I Have No Cannons that Roar — Yusuf İslamın 1998-ci ildə çıxartdığı albom.
Do I Have to Say the Words?
"Do I Have to Say the Words?" Brayan Adams tərəfindən ifa olunan, Adams, Robert Lunc ve Cim Uolens tərəfindən qələmə alınmış və bəstələnmiş soft-rok stilində bir mahnıdır. Mahnı Adamsın Waking Up the Neighbours (1991) adlı albomunda mövcüddür. Video klipi Adams Türkiyəyə konsert vermək üçün gələnda hələ orada İstanbulda çekmişdir. Mahnı olduqca uğurlu oldu. Billboard ümümi çartlarında nömrə 11, rok çartında isə nömrə 3 hiti olarkən, Adamsın vətəni Kanadada nömrə 4-ə qədər qalxdı. Mahnı Kanadada SOCAR mükafatı qazanmışdır. Billboard jurnalının məlumatına görə mahnı ilin ən çox qulaq asılmış 100 mahnısından biri olub (70-ci yer). == Video klip == Waking Up the Neighbours albomunun təqdimatı üçün dünyayı gəzməyə başlayan Brayan Adamsın ziyarət etdiyi ilk ölkələrdən biri Türkiyə oldu. Ölkə tarixindəki ilk stadyon konsertini verən müğənni bu mahnısına klipi də burada çekdi. Klipdə Brayan taksiyə minir.
Haveeru İdman Mükafatları
Haveeru İdman Mükafatları — Maldiv adalarının yeni jurnalı olan Haveeru Magazine tərəfindən verilən idman mükafatlarıdır.
Kay Havertz
Mike Havenaar
Mayk Havenaar (d. 20 may 1987) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Vatslav Havel
Václav Havel (çex. Václav Havel; 5 oktyabr 1936 – 18 dekabr 2011) — çex yazıçısı, dramaturq, dissident, insan hüquqları müdafiəçisi və dövlət xadimi, Çexoslovakiyanın doqquz və sonuncu (1989–1992), Çexiyanın birinci prezidenti (1993–2003). Çexoslovakiyada "Vətəndaş Forumu" (çex. Občanské fórum) ictimai-siyasi təşkilatının yaradıcılarından biri. Avropa Tolerantlıq və Barışıq Şurasının üzvü. Havel dramaturq kimi ilk dəfə Praqa teatrlarında şöhrət qazandı. O, əsərlərində kommunizmi tənqid etmək üçün (The Garden Party, The Momerandum) absurdist teatr janrından da istifadə edirdi. Praqa Baharı və Çexoslovakiyanın işğalındakı fəaliyyətinə görə qara siyahıya düşən Havel bundan sonra siyasi sferada daha aktiv fəaliyyətə başladı. O, bir çox dissidentlərin (Çarter 77, Ədalətsiz Mühakimələrin Müdafiəsi Komitəsi (Committee for the Defense of the Unjustly Prosecuted))təşəbbüskarı kimi də tanınmaqdadır. Siyasi fəaliyyəti onun polis nəzarəti altında olması və 1979–1983-cü illər həbsxana həyatı yaşamasına səbəb oldu.
Kay Haverts
Kay Havertz (11 iyun 1999, Aaxen, Almaniya Federativ Respublikası) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Arsenal klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Bayer 04 Leverkuzen === Havertz UEFA Çempionlar Liqasında debütünü Bayer Leverkuzen klubu ilə 21 fevral 2017-ci ildə 1/8 final mərhələsinin ilk görüşündə Atletiko Madrid klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Bayer Leverkuzen evdə Atletiko Madridə 4–2 hesabı ilə məğlub olmuşdur.
Mayk Havenaar
Mayk Havenaar (d. 20 may 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Vatslav Havel adına mükafat
Vatslav Havel adına mükafat və ya İnsan Hüquqları üzrə Vatslav Havel mükafatı qısa olaraq Vatslav Havel mükafatı — Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsində görkəmli nailiyyətlərə görə illik mükafat. Mükafat 2013-cü ildən Avropa Şurası Parlament Assambleyası, Vatslav Havel Kitabxanası və "Charta 77" Fondu ilə əməkdaşlıq çərçivəsində tədqim olunur. Mükafat Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti Vatslav Havelin (1936–2011) xatirəsinə həsr olunub. Mükafatın təsis edilməsi haqqında saziş 2013-cü il martın 25-də Praqada Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon, Vatslav Havel Kitabxanasının sədri Marta Smolikova və "Çarta 77" Fondu rəhbəri Frantişek Yanus və Çexiya Respublikasının Xarici İşlər Naziri Karel Şvarzenberin iştirakı ilə imzalanıb. Vatslav Havel mükafatı 2007-ci ildən hər 2 ildən bir verilən Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının varisidir. Vatslav Havel İnsan Hüquqları Mükafatından əvvəl Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının qalibləri: 2009 – Şimali İrlandiyadakı münaqişənin insan haqları ölçüsünü izləmək və regionda cəzasızlıqla mübarizə aparmaq işinə görə Britaniya QHT-si olan Britaniya İrlandiya "Human Rights Watch" təşkilatı (hazırda "Rights Watch UK" kimi tanınır). 2011 – İşgəncələrə Qarşı Komitə (rus. Комитет против пыток), Rusiya QHT-si, Rusiyada ciddi insan hüquqları pozuntularının qurbanlarına yardım etmək və rəsmi dövlət araşdırmaları ilə yanaşı, müstəqil araşdırmalar aparıb. Araşdırmalar xüsusən də Çeçenistan Respublikasında olub. Mükafatın qalibləri insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən şəxslər və ya qeyri-hökumət təşkilatları ola bilər.
Nyu Haven
Nyu Haven (ing. New Haven) — ABŞ-ın Konnektikut ştatında yerləşən bir şəhərdir və ölkənin ən qədim universitetlərindən biri olan Yel Universitetinin evi kimi tanınır. 1638-ci ildə İngiltərədən gələn puritan kolonistləri tərəfindən qurulmuş şəhər, ABŞ-ın ən qədim şəhərlərindən biridir və uzun tarixi ilə diqqət çəkir. Şəhərin mərkəzində yerləşən prestijli Yel Universiteti, Nyu Havenin əsas mədəni, iqtisadi və intellektual mərkəzi hesab olunur. Yel Universiteti şəhərin əsas cəlbedici məkanlarından biridir və şəhərə çoxsaylı tələbələr, tədqiqatçılar və akademiklər cəlb edir. Nyu Haven, ABŞ-da şəhər planlaması və ictimai parkların inkişafında öncül olan şəhərlərdən biri olmuşdur. Şəhər ilk dəfə "doqquz kvadrat planı" üzrə inşa edilmişdir və Amerika şəhər planlaşdırmasının erkən bir nümunəsidir. Şəhərin mərkəzi hissəsindəki Nyu Haven Qrin, ictimai park kimi fəaliyyət göstərir və tarixi bir məkandır. == Mədəniyyəti == Nyu Haven, geniş mədəniyyət və sənət səhnəsinə malikdir. Şəhərdə bir çox teatr, muzey və sənət qalereyaları yerləşir.