Hayao Miyazaki
Hayao Miyazaki (yap. 宮﨑 駿 Miyazaki Hayao; 5 yanvar 1941[…], Bunkyo, Tokio) — Yaponiya film rejissoru, prodüseri, ssenari müəllifi, animasiyaçısı, yazıçısı və manqa rəssamı. Film və animasiya studiyası Studio Ghiblinin həmtəsisçisidir. O, usta hekayəçi və anime bədii filmləri yaradan rejissor kimi beynəlxalq bəyənmə qazanmışdır və ən böyük animasiya rejissorlarından biri olaraq qəbul edilir.
Tokionun Bunkyo şəhərində anadan olan Miyazaki, erkən yaşlarında animasiya və manqaya marağını ifadə edərək, 1963-cü ildə Toei Animation şirkətinə qatıldı. Şirkətdə ilk illəri əsnasında rəssamlarla birgə çalışmış və sonralar rejissor İsao Takahata ilə əməkdaşlıq etmişdir. Miyazakinin şirkətdə işlədiyi zamanlar çəkilmiş görkəmli filmlərə "İtlər martı" (ing. Doggie March) və "Qulliverin aydan başqa səyahəti" (ing. Gulliver's Travels Beyond the Moon) daxildir. O, 1971-ci ildə Shin-Ei Animation şirkətinə keçməzdən əvvəl, Toei Animationda "Çəkməli pişik" (ing.