HİDDƏT

is. [ ər. ]
1. Qəzəb, acıq, qeyz, hirs, sərtlik.
[Gülər Gülsabaha:] Hiddət ancaq sizin boğazınızı yırta bilər. C.Cabbarlı.
Hiddətindən bağbanın gözləri qızardı. S.Rəhimov.

□ Hiddətə salmaq – bax hiddətləndirmək.
Mirzə Cəlil öz son məqalələri ilə ruhani və qoçuları hiddətə salacağını bilirdi. S.Vəliyev.

// məc. Şiddət, azğınlıq, tüğyan. Küləyin hiddəti.
– Dənizin coşduqca qeyzi, hiddəti; Anam hey soruşur məndən türbəti. M.Rahim.

2. Hiddətlə şəklində zərf – qeyzlə, sərtcəsinə. Hiddətlə cavab vermək.
– Fərhadoğlu … cibindən ağ dəsmalını çıxarıb … hiddətlə yaşaran gözlərini sildi. S.Rəhimov.

// Məc. mənada.
Yenə saymazyana qırmaclayaraq Abşeronu; Sovurur xəzri narın qumları hiddətlə, budur. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HİDDƏT qərəz — ədavət
  • HİDDƏT qəzəb — qeyz — hirs — acıq — kin
  • HİDDƏT azğınlıq — quduzluq — coşğunluq — qudurğanlıq — qızğınlıq — dəlilik
  • HİDDƏT HİDDƏT [Balağa:] Bu məğlubiyyət ona Həmidə pis təsir eləmişdi, hiddətindən bığlarını gəmirirdi (H.Abbaszadə); ACIQ Cəmil
HİDAYƏT
HİDDƏTLƏNDİRİLMƏ

Digər lüğətlərdə