İCAZƏT klas. bax icazə 1-ci mənada. □ İcazət olunmaq – icazə verilmək, izin verilmək. Şah buyurdu ki, … bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Divan-dərəni bəndə çəkib aldı dübarə; Bu bidət olan əmrə icazət uçitellər. M.Ə.Sabir.