İCTİNAB

is. [ ər. ] klas. Çəkinmə, saqınma, uzaqlaşma, uzaq durma.
Fürsəti fövt etmək olmaz, gözləyir əğyarlar; Onların bədgularından ictinabın vaxtıdır. Aşıq Qurban.
A kişi, mənim bu Gəncə şəhərində bir rəfiqim var, … adını qoyub müəllim, heç bir zaddan ictinabı yox. “Mol. Nəsr.
[Sitarə:] Naməhrəmə üzümü göstərməkdən ictinabə məcburəm. C.Cabbarlı.

□ İctinab etmək (qılmaq) – çəkinmək, saqınmaq, uzaq durmaq.
Dersən ki, xublərdən kəs mehrin, ictinab et; Yaxşılar ilə, zahid, yaxşımıdır yamanlıq? Qövsi.
Hər nə etsən, et və lakin etmə meydən ictinab… M.Ə.Sabir.

İCTİMAİYYƏTÇİ
İCZ

Digər lüğətlərdə

киш крёстная пригово́рный прогре́ссия ре́зкость фля́жечный буреве́стник вдохновля́ющий зачерня́ть ляга́ться небе́дный опохмеля́ть перепако́вка пли́тный тракторострое́ние амулет betting bitstock craniometry edged phillipsite sixpence telegraph-post масленица обносить