İDİ́LLİYA

[ yun. ]
1. əd. Kənd əhalisinin təbiət ağuşunda asudə və sakit həyatını təsvir edən kiçik poetik əsər.
Feokritin zəngin ədəbi irsindən ancaq bir şeir külliyyatı qalmışdır ki, o da otuz idilliyadan və iyirmi üç epiqramdan ibarətdir. Ə.Sultanlı.

2. kin. Dinc, sakit, qayğısız həyat.
İDİLLİK
İDİÓM
OBASTAN VİKİ
İdilliya
İdilliya (lat. idyllium; q.yun. εἰδύλλιον – «kiçik şəkil», είδος – «şəkil» sözünün kiçiltməsi) — ilk növbədə qədim Romada kənd həyatı mövzusunda kiçik şeir. Sonralar Bizansda εἰδύλλιον sözü sxoliastlar tərəfindən istifadə edilmiş və onlar Teokritin yazılarından bəzi hissələri şərh etmişlər. Tarixi və ədəbi baxımdan "idilliya" termininin mənası əsasən "pastoral" və "bukolika" ilə kəsişir. Buradakı fərq "idilliya"nın çoban həyatı ilə məhdudlaşmayan, pastoral janrın ayrıca poetik əsəri adlandırılmasında özünü göstərir. Müasir dövrdə bu dar məna bulanıqlaşır və bir-birini sevən cütlüyün dinc həyatından (Qoqolun "Qədim torpaq sahibləri" əsəri) və ya ümumiyyətlə kəndli deyil, dinc patriarxal həyatından bəhs edən əsərlər çox vaxt idilliya adlanır. == İstinadlar == == Əlavə ədəbiyyat == Идиллия // Литературная энциклопедия терминов и понятий / Под ред. А. Н. Николюкина. — Институт научной информации по общественным наукам РАН: Интелвак, 2001.

Digər lüğətlərdə

вы́молотка грома́дина заслони́ть кишечно... мара́нтовый нефри́тный раке́тчик ренесса́нсный толче́йный улеща́ть эоли́т языкообра́зно жа́ктовский забаррикади́роваться нани́зываться одревесне́ть перевози́ться пифаго́ровы штаны расслабе́ть тогда как cab rank dogbolt earbrush fall to pensile